Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2184/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı onunla əsaslandırdı ki, istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, 4 saylı evin, 11 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evin kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən mənzilində təbii qazdan istifadə olunması üçün müqavilə bağlanıb, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılıb və həmin sayğacın üzərinə plomb qoyulub. İstifadə etdiyi təbii qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişdir.2002-ci ilin mart ayında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşı ona bildirdi ki, sayğacda nazaslıq var, dəyişmək lazımdır. O da razılıq verdi.Sonradan “Azəriqazın” əməkdaşı onun xəbəri olmadan gəlib mart ayında sayğacı dəyişdi. Sonra isə 31 mart 2022-ci ildə ******* saylı akt tərtib etdilər və Aktda qeyd etdilər ki, 31 mart 2022-ci il tarixli 29/1710-01276 -İN-li MSK-ya əsasən 1202AY **********8t №-li sayğaca baxış, keçirildi sayğacın çıxış plasmas kaseti deşilib, sayğac mənfi işləyir, xətalar normadan artıqdır. Nəticədə cavabdehə maddi ziyan vurmuşdur və 508 manat borcu yaranıb.Cavabdeh təşkilat tərəfindən tərtib edilən həmin akta, habelə akta əsasən hesablanan borca qəti etirazını bildirir. Nə o, nə də ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə olunmayıb habelə təbii qazdan qeyri-qanuni istifadə edilməyib. Təbii qazın verilməsi və əsassız hesablanan borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalıb, şifahi qaydada ona bildiriblər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nörəli Qərarı ilə təstiq edilən “Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndində qeyd olunur ki, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz palyayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.Həmin «Qaydalar»ın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Qeyd olunanlara əsasən “Azərqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, 4 saylı evin, 11 saylı mənzilinə dair “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 508 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “Azəriqaz” İB məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. 05 aprel 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh iştirak etmiş və iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki, iş materiallarında olan aktdan və saldodan da, görünür ki, sayğaca müdaxilə olunub və buna görə də, borc hesablanıb. Hesablanma qaydası müəssisə tərəfindən müəyyən edildiyi üçün 508 manat hesablanıb. Qeyd etdiyi kimi borc yaranıb və qarşı tərəf həmin borcu ödəməlidir. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edirə ki, iddia təmin olunmasın. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 31 mart 2022-ci ildə ******* saylı akt tərtib edilmiş aktd qeyd olunur ki, 31 mart 2022ci il tarixli 29/1710-01276 -İN-li MSK-ya əsasən 1202AY **********8t №-li sayğaca baxış, keçirildi sayğacın çıxış plasmas kaseti deşilib, sayğac mənfi işləyir, xətalar normadan artıqdır.Dəymiş ziyan hesablansın və ödənilsin. Həmin tarixdə tərtib olunmuş digər aktda göstərilir ki,sayğacda olan qüsurlara görə 4320 m3 dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin istinad olunan maddələrinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İşin hallarından görünür ki,iddiaçıya məxsus olan mənzildə quraşdırılmış sayğaca “Azəriqaz”İB-nin əməkdaşları təərfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın çıxış plasmas kaseti deşilib, sayğac mənfiyə işləyir, xətalar normadan artıqdır.Lakin həmin qüsurların qeyd olunan mənzildə yaşayan sakinlər tərəfindən sayğaca müdaxilə olunması nəticəsində baş verməsi göstərilməmişdir. Belə olan halda obonentə 508 manat borcun hesablanması əsasızdır və ona dəymiş zərə kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki,abonentə 508 manat borc əsassız hesablandığı üçün silinməlidir. Məhkəmə aktın ləğv olunması hissəsində iddia tələbinə qiymət verərkən hesab edir ki,həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki,həmin aktla iddiaçının üzərinə hər hansı bir hüquq və vəzifə qoyulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, 4 saylı evin, 11 saylı mənzilinə dair 1202AY **********8t №-li sayğacda olan qüsurlara görə hesablanmış 508 manat borc silinsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2184/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2184/2022
14.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver