Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2187/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "ABC TELECOM” MMC ilə 25.02.2018-ci il, 05.01.2019-cu il, 05.01.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********43687 olan HOFFMANN Neo A300 markalı telefon, TOSHİBA markalı kondisioner, İMEİ kodu **********64657 olan LG Q6 markalı telefon almış və nəticədə 676 (altı yüz yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.02.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 264 (iki yüz altmış dörd) manat (24 ay x il manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********43687 olan HOFFMANN Neo A300 markalı telefon üçün ümumilikdə, 60 (altmış) manat olmaqla ondan, 55 (əlli beş) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə, 05.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1100 (min yüz) manat (İİ ayx 100 manat + 0 manat ilkin ödəniş) TOSHİBA markalı kondisioner üçün ümumilikdə, 356 (üç yüz əlli altı) manat olmaqla ondan, 324 (üç yüz iyirmi dörd) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 (otuz iki) manat cərimə, 05.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (12 ay x 48 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********64657 olan LG Q6 markalı telefon üçün ümumilikdə, 260 (iki yüz altmış) manat olmaqla ondan, 237 (iki yüz otuz yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1324 manat təşkil edir. Qeyd olunanlara əsasən 25.02.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43687 olan HOFFMANN Neo A300 markalı telefon üçün 55 (əlli beş) ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 05.01.2019-cu il tarixli müqaviləsinə əsasən, TOSHİBA markalı kondisioner üçün 324 (üç yü/ iyirmi dörd) ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, 05.01.2019-cu il tarixli müqaviləsinə əsasən. İMEİ kodu **********64657 olan LG Q6 markalı telefon üçün 237 (iki yüz otuz yeddi) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə miqdarında borc yaranmış, ümumilikdə. 676 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 706 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.02.2018-ci il tarixli 58778 nömrəli kredit müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə İMEİ kodu **********43687 olan HOFFMANN Neo A300 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 25.02.2018-ci il tarixli 58778 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 25-dən gec olmayaraq 24 ay müddətinə 11 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 31.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.02.2018-ci il tarixli 58778 nömrəli kredit müqaviləsi üzrə 55 manat ödənilməmiş hissə, 5 manat cərimə, cəmi 60 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2019-cu il tarixli 00456646 nömrəli kredit müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə TOSHİBA markalı kondinsioner verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 05.01.2019-cu il tarixli 00456646 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 10-dan gec olmayaraq 11 ay müddətinə 100 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 31.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 05.01.2019-cu il tarixli 00456646 nömrəli kredit müqaviləsi üzrə 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, cəmi 356 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2019-ci il tarixli 00456646 nömrəli kredit müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə İMEİ kodu **********64657 olan LG Q6 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 05.01.2019-cu il tarixli 00456646 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 10-dan gec olmayaraq 12 ay müddətinə 48 manat ödəniş etməlidir İşə əlavə olunmuş "xxxx" MMC-nin 31.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.01.2019-cu il tarixli 00456646 nömrəli kredit müqaviləsi üzrə 237 manat ödənilməmiş hissə, 23 manat cərimə, cəmi 260 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh göndərilmiş 04.06.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 01.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 25.02.2018-ci il tarixli 58778 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə İMEİ kodu **********43687 olan HOFFMANN Neo A300 markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 25.02.2018-ci il tarixli 58778 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh 25-dən gec olmayaraq 24 ay müddətinə 11 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 05.01.2019-cu il tarixli 00456646 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə TOSHİBA markalı kondinsioner verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 05.01.2019-cu il tarixli 00456646 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh 10-dan gec olmayaraq 11 ay müddətinə 100 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 05.01.2019-cu il tarixli 00456646 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə İMEİ kodu **********64657 olan LG Q6 markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 05.01.2019-cu il tarixli 00456646 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh 10-dan gec olmayaraq 12 ay müddətinə 48 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 25.02.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43687 olan HOFFMANN Neo A300 markalı telefon üçün 55 (əlli beş) ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 05.01.2019-cu il tarixli müqaviləsinə əsasən, TOSHİBA markalı kondisioner üçün 324 (üç yü/ iyirmi dörd) ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, 05.01.2019cu il tarixli müqaviləsinə əsasən. İMEİ kodu **********64657 olan LG Q6 markalı telefon üçün 237 (iki yüz otuz yeddi) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə miqdarında borc yaranmış, ümumilikdə. 676 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 706 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2187/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2187/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver