Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2190/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 03 oktyabr 2018-ci il, 18 noyabr 2019-cu il, 16 oktyabr 2019-cu il, 08 noyabr 2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********85774 olan “Samsung J3” markalı telefon, “Samsung LED” markalı televizor, İMEİ kodu **********84469 olan “Samsung Galaxy A50” markalı telefon, “Lenovo” markalı notebook, “Trust” markalı mouse, notebook çantası almış və nəticədə 3570 (üç min beş yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərin pozmuş və nəticədə 30 sentyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 486 (dörd yüz səksən altı) manat (18 ay x 27 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********85774 olan “Samsung J3” markalı telefon üçün 38 (otuz səkkiz) manat olmaqla ondan, 30 (otuz) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat dəbbə pulu; 18 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1260 (min iki yüz altmış) manat (18 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan “Samsung LED” markalı televizor üçün 1575 (min beş yüz yetmiş beş) manat olmaqla ondan, 1260 (min iki yüz altmış) manat ödənilməmiş hissə, 315 (üç yüz on beş) manat dəbbə pulu; 16 oktyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (12 ay x 54 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********84469 olan “Samsung Galaxy A50” markalı telefon üçün 772 (yeddi yüz yetmiş iki) manat olmaqla ondan 594 (beş yüz doxsan dörd) manat ödənilməmiş hissə, 178 (yüz yetmiş səkkiz) manat dəbbə pulu; 08 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 912 (doqquz yüz on iki) manat (12 ay x 76 manat + 0 manat ilkin ödəniş) olan “Lenovo” markalı notebook, “Trust” markalı mouse, notebook çantası üçün 1185 (min yüz səksən beş) manat olmaqla ondan 912 (doqquz yüz on iki) manat ödənilməmiş hissə, 273 (iki yüz yetmiş üç) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 510 manat təşkil edir. Ümumilikdə, 3570 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3600 manat pulun Cavabdeh alınaraq “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, izahatında göstərdi ki, o, qeyd olunan əşyaları maddi imkanı olmadığı üçün satıb ehtiyaclarını ödəmək məqsədilə götürüb satmışdır. Belə ki, həmin ərəfədə övladı dünyaya gələcəyi üçün ona pul lazım olmuşdur. Qətnamə çıxarılarkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 03 oktyabr 2018-ci il, 18 noyabr 2019-cu il, 16 oktyabr 2019-cu il və 08 noyabr 2019-cu il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 03 oktyabr 2018-ci il, 18 noyabr 2019-cu il, 16 oktyabr 2019-cu il və 08 noyabr 2019-cu il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh həmin tarixli müqavilələr üzrə əşyaları (malları) “xxxx” MMC-dən təhvil almışdır; - “xxxx” MMC tərəfindən cavabdehə ünvanlanmış 21 may 2020-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 01 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; -“xxxx” MMC-nin 31 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 oktyabr 2018-ci il, 18 noyabr 2019-cu il, 16 oktyabr 2019-cu il və 08 noyabr 2019-cu il tarixli müqavilələr üzrə müvafiq olaraq 30 manat əsas borcu, 8 manat dəbbə borcu, 1260 manat əsas borcu, 315 manat dəbbə borcu, 594 manat əsas borcu, 178 manat dəbbə borcu və 912 manat əsas borcu, 273 manat dəbbə borcu olmaqla, cəmi 1185 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2018-ci il, 18 noyabr 2019-cu il, 16 oktyabr 2019-cu il və 08 noyabr 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də onların predmeti olan əşyaları (malları) “xxxx” MMC-dən təhvil almışdır. Lakin cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 03 oktyabr 2018-ci il, 18 noyabr 2019-cu il, 16 oktyabr 2019-cu il və 08 noyabr 2019-cu il tarixli müqavilələr əsasında iddiaçı “xxxx” MMC-dən müvafiq əşyalar (mallar) almış, lakin o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulları) əsas borclara münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 03 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 30 manat əsas borc, 3 manat dəbbə pulu (cərimə), 18 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1260 manat əsas borc, 126 manat dəbbə pulu (cərimə), 16 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 594 manat əsas borc, 59 manat dəbbə pulu (cərimə) və 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 912 manat əsas borc, 91 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 3075 manat borc Cavabdeh alınaraq, “xxxx” MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 30 (otuz) manat əsas borc, 3 (üç) manat dəbbə pulu (cərimə), 18 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1260 (min iki yüz altmış) manat əsas borc, 126 (yüz iyirmi altı) manat dəbbə pulu (cərimə), 16 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 594 (beş yüz doxsan dörd) manat əsas borc, 59 (əlli doqquz) manat dəbbə pulu (cərimə) və 08 noyabr 2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 912 (doqquz yüz on iki) manat əsas borc, 91 (doxsan bir) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 3075 (üç min yetmiş beş) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2190/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2190/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver