Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2191/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi X1 Qurbanovun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 05.03.2019-cu il tarixli, 08.09.2019-cu il tarixli və 31.10.2019-cu il tarixli müqavilələrinə əsasən iMEİ kodu **********44849 olan Samsung Galaxy S10 markalı telefon, İMEi kodu **********21290 olan X4 10 markalı telefon, İMEİ kodu **********6019 olan Samsung Galaxy S10+ markalı telefon almış və nəticədə 6292 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.03.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2274 manat (18 ay * 126 manat + 6 manat ilkin ödəniş) iMEİ kodu **********44849 olan Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə 687 manat olmaqla, ondan 536 manat ödənilməmiş hissə, 151 manat dəbbə puludur. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2448 manat (18 ay * 136 manat + 0 manat ilkin ödəniş) İMEi kodu **********21290 olan X4 10 markalı telefon üçün ümumilikdə 2652 manat olmaqla, ondan 2040 manat ödənilməmiş hissə, 612 manat dəbbə puludur. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2556 manat (18 ay * 142 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********6019 olan Samsung Galaxy S10+ markalı telefon üçün ümumilikdə 2953 manat olmaqla, ondan 2272 manat ödənilməmiş hissə, 681 manat dəbbə puludur. Cavabdehin cəmi ödədiyi məbləğ 2430 manat təşkil edir. Qeyd olunanlara əsasən 05.03.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********44849 olan Samsung Galaxy S10 markalı telefon üçün 536 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 08.09.2019-cu il tarixli müqavilə üzrə İMEi kodu **********21290 olan X4 10 markalı telefon üçün 2040 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 31.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********6019 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2272 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, ümumilikdə 6292 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6322 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdeh "xxxx" MMC ilə bağladığı müqavilələrə əsasən 3 ədəd telefon nisyə götürərək nəticədə 6292 manat borc yaranıb. Cavabdeh müqavilələrin tələblərini pozub və nəticədə ümumilikdə 6292 manat borcu yaranıb. Cavabdeh borcunu ödəməkdən yayınır. Borcun ödənilməsi dəfələrlə cavabdehə təklif olunsa da, bunun nəticəsi olmayıb. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, həqiqətən də, sözü gedən telefonlar götürülüb. O ilk vaxtlar borcunu ödəsə də, sonradan baş verən pandemiya ilə bağlı ödəniş etmək iqtidarında olmadığı üçün ödənişi edə bilməmişdir. Hesablanan cərimə borcu silinsin, qalan borcu isə hissə-hissə ödəyəcəkdir. Telefonlar onda yoxdur. İddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.03.2019-cu il tarixli 00544732 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə iMEİ kodu **********44849 olan Samsung Galaxy S10 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 05.03.2019-cu il tarixli 00544732 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 18-dən gec olmayaraq 18 ay müddətinə 126 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 31.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 05.03.2019-cu il tarixli 00544732 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 536 manat ödənilməmiş hissə, 151 manat cərimə borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.09.2019-cu il tarixli 00899186 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEi kodu **********21290 olan X4 10 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 08.09.2019-cu il tarixli 00899186 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 21-dən gec olmayaraq 18 ay müddətinə 136 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 31.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 08.09.2019-cu il tarixli 00899186 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 2040 manat ödənilməmiş hissə, 612 manat cərimə borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.10.2019-cu il tarixli 01020204 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********6019 olan Samsung Galaxy S10+ markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 31.10.2019-cu il tarixli 01020204 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 31-dən gec olmayaraq 18 ay müddətinə 142 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 31.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 31.10.2019-cu il tarixli 01020204 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 2272 manat ödənilməmiş hissə, 681 manat cərimə borcu vardır. İşə əlavə olunmuş 01.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş bildirişlərdən görünür ki, 05.03.2019-cu il tarixli, 08.09.2019-cu il tarixli və 31.10.2019-cu il tarixli müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada üçüncü şəxsə verilə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. İşə əlavə olunmuş "xxxx" MMC-nin 12.06.2020-ci il tarixli xəbərdarlığının surətindən görünür ki, Cavabdeh qısa müddət ərzində borcunu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 05.03.2019-cu il tarixli, 08.09.2019-cu il tarixli və 31.10.2019-cu il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən iMEİ kodu **********44849 olan Samsung Galaxy S10 markalı telefon, İMEi kodu **********21290 olan X4 10 markalı telefon, İMEİ kodu **********6019 olan Samsung Galaxy S10+ markalı telefon almış və nəticədə 6292 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, 05.03.2019-cu il tarixli 00544732 nömrəli müqaviləyə əsasən iMEİ kodu **********44849 olan Samsung Galaxy S10 markalı telefon üçün 151 manat miqdarında cərimə pulu 536 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 40 manat saxlanılmalıdır. 08.09.2019-cu il tarixli 00899186 nömrəli müqaviləyə əsasən İMEi kodu **********21290 olan X4 10 markalı telefon üçün 612 manat miqdarında cərimə pulu 2040 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 50 manat saxlanılmalıdır. 31.10.2019-cu il tarixli 01020204 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********6019 olan Samsung Galaxy S10+ markalı telefon üçün 681 manat miqdarında cərimə pulu 2272 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 50 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan "ABC-TELECOM" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 05.03.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********44849 olan Samsung Galaxy S10 markalı telefon üçün 536 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 08.09.2019-cu il tarixli müqavilə üzrə İMEi kodu **********21290 olan X4 10 markalı telefon üçün 2040 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 31.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********6019 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2272 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, ümumilikdə 6292 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6322 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05.03.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********44849 olan Samsung Galaxy S10 markalı telefon üçün 536 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 08.09.2019-cu il tarixli müqavilə üzrə İMEi kodu **********21290 olan X4 10 markalı telefon üçün 2040 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 31.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********6019 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2272 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, ümumilikdə 6292 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6322 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2191/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2191/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver