Məhkəmə qərarları › İş №2(007)-2192/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2192/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2192/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 18 dekabr 2019-cu il, 30 oktyabr 2019-cu il, 11 noyabr 2019-cu il, 22 dekabr 2019-cu il və 18 dekabr 2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, “Xiaomi” markalı 2 ədəd saat, İMEİ kodu **********05529 olan “Samsung Galaxy A50” markalı telefon, “Samsung LED” markalı televizor, “Sony” markalı Playstation-4 və İMEİ kodu **********19140 olan “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 4984 (dörd min doqquz yüz səksən dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərin pozmuş və nəticədə 18 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 240 (iki yüz qırx) manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) “Xiaomi” markalı 2 ədəd saat üçün ümumilikdə, 234 (iki yüz otuz dörd) manat olmaqla ondan, 180 (yüz səksən) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə; 30 oktyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 756 (yeddi yüz əlli altı) manat (12 ay x 63 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********05529 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 656 (altı yüz əlli altı) manat olmaqla ondan, 543 (beş yüz qırx üç) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə; 11 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1697 (min altı yüz doxsan yeddi) manat (18 ay x 94 manat + 5 manat ilkin ödəniş) “Samsung LED” markalı TV üçün ümumilikdə, 1898 (min səkkiz yüz doxsan səkkiz) manat olmaqla ondan, 1504 (min beş yüz dörd) manat ödənilməmiş hissə, 394 (üç yüz doxsan dörd) manat dəbbə; 22 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1186,4 (min yüz səksən altı manat qırx qəpik) manat (12 ay x 54.8 manat + 200 manat ilkin ödəniş) PLAYSTATİON-4 SONY üçün ümumilikdə, 1213 (min iki yüz on üç) manat olmaqla ondan, 986,4 (doqquz yüz səksən altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 226,6 (iki yüz iyirmi altı manat altmış qəpik) manat dəbbə; 18 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 873,2 (səkkiz yüz yetmiş üç manat iyirmi qəpik) manat (12 ay x 68,6 manat + 49 manat ilkin ödəniş) İMEİ kodu **********19140 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə, 983 (doqquz yüz səksən üç) manat olmaqla ondan, 758,2 (yeddi yüz əlli səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 224,8 (iki yüz iyirmi dörd manat səksən qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 781 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablarmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Ümumilikdə, 4984 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5014 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh faktiki olduğu yer məlum olmadığından, məhkəmə bildirişləri cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 18 dekabr 2019-cu il, 30 oktyabr 2019-cu il, 11 noyabr 2019-cu il, 22 dekabr 2019-cu il və 18 dekabr 2019-cu il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 18 dekabr 2019-cu il, 30 oktyabr 2019-cu il, 11 noyabr 2019-cu il, 22 dekabr 2019-cu il və 18 dekabr 2019-cu il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh həmin tarixli müqavilələr üzrə əşyaları (malları) "xxxx" MMC-dən təhvil almışdır; - "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 19 iyun 2020-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 30 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; -"xxxx" MMC-nin 29 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 dekabr 2019-cu il, 30 oktyabr 2019-cu il, 11 noyabr 2019-cu il, 22 dekabr 2019-cu il və 18 dekabr 2019-cu il tarixli müqavilələr üzrə müvafiq olaraq 180 manat əsas borcu, 54 manat dəbbə borcu, 543 manat əsas borcu, 113 manat dəbbə borcu, 1504 manat əsas borcu, 394 manat dəbbə borcu, 986,4 manat əsas borcu, 226,6 manat dəbbə borcu və 758,2 manat əsas borcu, 224,8 manat dəbbə borcu olmaqla, cəmi 4984 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il, 30 oktyabr 2019-cu il, 11 noyabr 2019-cu il, 22 dekabr 2019-cu il və 18 dekabr 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də onların predmeti olan əşyaları (malları) "xxxx" MMCdən təhvil almışdır. Lakin cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 18 dekabr 2019-cu il, 30 oktyabr 2019-cu il, 11 noyabr 2019-cu il, 22 dekabr 2019-cu il və 18 dekabr 2019-cu il tarixli müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar (mallar) almış, lakin o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulları) əsas borclara münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 18 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 180 (yüz səksən) manat əsas borc, 18 (on səkkiz) manat dəbbə pulu (cərimə), 30 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 543 (beş yüz qırx üç) manat əsas borc, 54 (əlli dörd) manat dəbbə pulu (cərimə), 11 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1504 (min beş yüz dörd) manat əsas borc, 150 (yüz əlli) manat dəbbə pulu (cərimə), 22 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 986,4 (doqquz yüz səksən altı manat qırx qəpik) manat əsas borc, 98,6 (doxsan səkkiz manat altmış qəpik) manat dəbbə pulu (cərimə) və 18 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 758,2 (yeddi yüz əlli səkkiz manat iyirmi qəpik) manat əsas borc, 75,8 (yetmiş beş manat səksən qəpik) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 4368 (dörd min üç yüz altmış səkkiz) manat borc Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 180 (yüz səksən) manat əsas borc, 18 (on səkkiz) manat dəbbə pulu (cərimə), 30 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 543 (beş yüz qırx üç) manat əsas borc, 54 (əlli dörd) manat dəbbə pulu (cərimə), 11 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1504 (min beş yüz dörd) manat əsas borc, 150 (yüz əlli) manat dəbbə pulu (cərimə), 22 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 986,4 (doqquz yüz səksən altı manat qırx qəpik) manat əsas borc, 98,6 (doxsan səkkiz manat altmış qəpik) manat dəbbə pulu (cərimə) və 18 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 758,2 (yeddi yüz əlli səkkiz manat iyirmi qəpik) manat əsas borc, 75,8 (yetmiş beş manat səksən qəpik) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 4368 (dörd min üç yüz altmış səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar