Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2202/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh oğluna qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.02.2016-cı il tarixli müqavilə üzrə GORENJE markalı Şirəçəkən və lndesit markalı Soyuducu üçün, 282 (iki yüz səksən iki) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, ümumilikdə 310 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 330 manat Cavabdeh alınıraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 21.02.2016-cı il tarixli müqaviləyə əsasən, GORENJE markalı Şirəçəkən və İndesit markalı soyuducu almış və nəticədə 310 (üç yüz on) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1008 (min səkkiz) manat (12 ay x 84 manat + 0 manat ilkin ödəniş olan GORENJE markalı Şirəçəkən və İndesit markalı Soyuducu üçün üımımilikdə 310 (üç yüz on) manat olmaqla, ondan 282 (iki yüz səksən iki) manat ödənilməmiş hissə, 75 manat cərimə (0,84 manat x 90 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin son ödəniş tarixi 24.02.2020-ci il olmaqla cəmi ödədiyi məbləğ 726 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 27.07.2020-ci il tarixdə göndərilmişdir., Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh Maliyyə və Ödəniş Cədvəllərindən görünür ki, Cavabdeh 21.02.2016-cı il tarixli GORENJE markalı Şirəçəkən və lndesit markalı Soyuducu üçün cəmi 310 manat ödənilməmiş borcu vardır. - "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 21.02.2016-cı il tarixli K19256 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 1008 manat məbləğində GORENJE markalı Şirəçəkən və lndesit markalı Soyuducu əldə etmiş və həmin məbləği aylıq 84 manat olmaqla 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 21.02.2016-cı il tarixli bildirişlərdən görünür ki, 21.02.2016-cı il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada üçüncü şəxsə verilə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktlarından görünür ki, Cavabdeh K19256 nömrəli müqaviləyə əsasən GORENJE markalı Şirəçəkəni və lndesit markalı Soyuducunu, tam qüsursuz halda təhvil almışdır. - "xxxx" MMC-nin 02.05.2017-ci il tarixli xəbərdarlığının surətindən görünür ki, Cavabdeh oğlu qısa bir zamanda borcunu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - 16.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 20,0 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 21.02.2016-cı il tarixli müqavilə bağlanmışdır. 21.02.2016-cı il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1008 manat məbləğində GORENJE markalı Şirəçəkən və lndesit markalı Soyuducunu ilkin ödənişsiz, aylıq ödənişi 84 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, GORENJE markalı Şirəçəkən və lndesit markalı Soyuducu üçün 282 (iki yüz səksən iki) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, ümumilikdə 310 manat borc, 20 manat dövlət rüsumu, cəmi 330 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. GORENJE markalı Şirəçəkən və lndesit markalı Soyuducu üçün 282 (iki yüz səksən iki) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, ümumilikdə 310 manat borc, 20 manat dövlət rüsumu, cəmi 330 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2202/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2202/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver