Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2223/2025 06.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 11 fevral 2007-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, X3 (FİN: 8REVLBU) 11 fevral 2007-ci ildə Bakı şəhərində anadan olub və ünvan 1 ünvanında qeydiyyatdadır. Oğlu X1 “Kvadroplegik spastik serebral iflic” xəstəliyindən əziyyət çəkir və ona birinci dərəcəli əlillik verilib. X3 həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Oğlu özü-özünü müstəqil idarə etmək iqtidarında malik deyil, etdiyi hərəkətlərin mənasını dərk etmir. Ona görə hesab edir ki, 11 fevral 2007-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X3 birinci dərəcəli əlil olduğundan və faktiki olaraq fəaliyyət qabilyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Hesab edir ki, məhkəmə X7 faliyyət qabliyyəti olmayan hesab etməlidir.
İş materialları:
3. AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixində Ermənistan Respublikasının Zəngibasar rayonunda anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır;
4. AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır;
5. AZ-İ seriyalı, 925881 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci ildə doğulmuşdur, atası X9, anası Ərizəçidır.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 xəstədir. Uşaqlıqda həm inkişafdan qalma müşahidə olunub. UNX və ərazi üzrə uşaq poliklinikasında mütəmadi otaraq müalicə alıb. İmmobil olduğu üçün stasionar müalicə mümkünsüzdür. Xəstənin vəziyyəti ağır olaraq dəyərləndirilir. Yataq vəziyyətindədir. Kontakta girmir, verilən suallara anası cavab verir Xəstə qışqırır, səsə qeyri-adekvat reaksiya verir, xaotik ani əl-qol hərəkətləri atmalar, diksinmələr baş ver verir. Əzələ tonusu hədsiz yüksəkdir. Ətraflarda konfrakturalar, deformasiyalar qeyd olunur. Kontraktura və deformasiyalar səbəbi ilə gündəlik gigiyenik baxımı hədsiz çətinlik və s.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025ci il tarixli, 2311 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X6 “X16 NƏTİCƏSİNDƏ YARANMİŞ AĞİR DƏRƏCƏLİ (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) ƏQLİ GERİLİK” (F72) qeyd olunur. Bunu anamnestık məlumatlar (doğuş travması ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “26 nömrəli şəhər poliklinikası” X13 “Kvadroplegik spastik serebral iflic” diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, simasında çaşqın ifadənin olması, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, amnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs X6 X16 nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir. Yoxlanılan şəxs X2 onun məhkəmə iclasına çağırılmasına yol verir
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025ci il tarixli, 3-28-27/2-1514/2025 saylı məktubundan görünür ki, 2(007)2223/2025 saylı mülki iş üzrə keçən X8 barəsində ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2311 saylı rəyində texniki səhvə yol verilmişdir. Belə ki, həmin rəyin 3-cü səhvəsində sonuncu cümlədə “X2 onun məhkəmə iclasına çağırılmasına yol vermir” əvəzinə səhvən “X2 onun məhkəmə iclasına çağırılmasına yol verir” yazılmışdır. Qeyd olunan texniki səhvi nəzərə almağınız xahiş olunur.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir (məhkəmənin hazırlıq iclasında maraqlı şəxsin nümayəndəsi iştirak etmişdir). Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X10 ərizənin təmin edilməsinə etiraz etməmişdir.
Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
16. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.2007-ci il tarixdə doğulmuş X3nda “X16 nəticəsində yaranmış Ağır Dərəcəli (İmbesillik Dərəcəsində) Əqli Gerilik” qeyd olunub. O, qeyd olunan xəstəlik nəticəsində özünü idarə etmək və psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2025-ci il tarixli, 2311 saylı rəy verilmişdir.
17. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.
Nəticə:
18. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyat olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
19. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
20. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır.
21. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyat olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva