Məhkəmə qərarları › İş №2(007)-2224/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2224/2021

19.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2224/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X15 Mirzəyevin sədrliyi, X10 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3, 3-cü şəxslər X8 və Azərbaycan Respublikası DİN-nin Baş X19 İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, həmin alqı satqı müqavilələri əsasında verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X7,Cavabdeh2, Cavabdeh3, 3-cü şəxslər X8 və Azərbaycan Respublikası DİN-nin Baş X19 İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, həmin alqı satqı müqavilələri əsasında verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs 18 yanvar 2007-ci il tarixində X11 ilə ailə həyatı quraraq Masallı Rayon WADQ şöbəsində 07 nömrəli qeydlə nikah haqqında şəhadətnamə əldə etmişdir.Daha sonra aralarındakı nikah Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2018-ci il tarixli, 2(006)- 617/2018 saylı qətnaməsi ilə pozulub. Birgə nikah dövründə qazanılan birgə vəsait hesabına X6 adına avtomobillər əldə olunub. Həmin avtomobillərdən sonuncusu 2011-ci il istehsalı ** UA *** dövlət qeydiyyat nişanlı, Toyota Camry minik markalı avtomobil olub. O, həmin avtomobili 22.08.2015-ci il tarixində alqısatqı yolu ilə atası mərhum X3 adına rəsmiləşdirib. Bu alqı-satqı baş versə də bu barədə Cəfərzadə Ceyhun tərəfindən iddiaçıya məlumat verilməyərək gizli saxlanılıb. İddiaçı bu barədə məlumat aldıqdan sonra alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və 1/2 hissədə onun, 1/2 hissədə isə X6 pay hüququnun tanınması tələbinə dair cavabdeh X8 və X4 qarşı məhkəmədə iddia qaldırıb. Mülki işə 11 oktyabr 2019-cu il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında baxılaraq iddianın təmin edilməsi, 2011-ci il istehsalı olan “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X9 ilə X11 arasında bağlanan 22.08.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində İddiaçı ilə X6 hər birinin 1/2 hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilib. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(006)-4966/2019 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən şikayət verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib.09 yanvar 2020-ci il tarixində mülki işə Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilib. Həmin qətnamə ilə də razı olmayan cavabdehlər Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş ediblər.Mülki işə 01 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq apellyasiya şikayətinin təmin olunmaması barədə 01 sentyabr 2020-ci il tarixli, 2(102)- 3823/2020 saylı qərar qəbul edilib. Yekun qərar qəbul edildikdən sonra icra olunması üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilib. İcra məmuru tərəfindən icra vərəqəsi icra olunması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinə göndərilib.Sonuncu tərəfindən icra vərəqəsi icra edilmədən geri qaytarılaraq həmin avtomobilin artıq başqa şəxslərin adına rəsmiləşdirilməsi səbəbilə icrasının mümkünsüz olması qeyd edilib. Verilən cavabdan məlum olub ki, aralarında mövcud olan məhkəmə mübahisəsinin getdiyi zaman ərzində iş üzrə cavabdeh olan mərhum X9 həmin avtomobili 01.07.2020-ci il tarixində Cavabdeh1, daha sonra 20.11.2020-ci il tarixində Cavabdeh1 tərəfindən Cavabdeh2 daha sonra isə 25.11.2020-ci il tarixində Cavabdeh2 tərəfindən Cavabdeh3 satılıb. Bu alqı-satqıların məqsədi mülki məsuliyyətdən yayınaraq iddiaçının məhkəmə qətnaməsi ilə tanınmış pay hüququmun ələ keçirilməsi olub. Bu səbəblə də 2011-ci il istehsalı olan Toyota Camry minik markalı, 6T153BK400X115528 ban nömrəli, A803323 mühərrik nömrəli avtomobilin alqı-satqısına dair cavabdehlərlə bağlanan müqavilələrin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında avtonəqliyyat vasitələrinə dair alıcılara verilən “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamə”-lərinin ləğv edilərək 1/2 hissədə iddiaçının, 1/2 hissədə isə X6 adına yeni qeydiyyat şəhadətnaməsinin verilməsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. Əlavə olaraq bildirmək istəyir ki, X9 bir müddət öncə vəfat etdiyinə görə onunla Cavabdeh1 arasında bağlanan müqavilənin etibarsızlığı iddiaçı tərəfindən hazırki iddia ilə tələb edilsə də onun vəfat etməsi səbəbilə cavabdeh kimi işə cəlb edilməsi mümkünsüz olub. Qoşmaya əlavə edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin 26 yanvar 2021-ci il tarixli 8652/221 saylı qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından da göründüyü kimi 2011 -ci il buraxılışlı, Toyota Camry minik markalı avtomobil üzrə alqı-satqılar edilərkən, 22.08.2015ci il tarixində X5 atası X1 sonra dövlət qeydiyyat nişanı dəyişdirilməyib,alqı-satqıdan sonra 22.08.2015-ci il tarixli, AC549165 nömrəli yeni şəhadətnamə əldə edilib. 01.07.2020-ci il tarixində avtomobil X9 tərəfindən Cavabdeh1 satıldıqdan sonra 01.07.2020-ci il tarixli, AD81441 1 nömrəli yeni şəhadətnamə alınıb və avtomobilin dövlət qeydiyyat nişanı **-CF- ***-ə dəyişdirilib. 20.11.2020-ci il tarixində avtomobil Cavabdeh1 tərəfindən Cavabdeh2 satıldıqdan sonra 20.11.2020-ci il tarixli, AD 899203 nömrəli yeni şəhadətnamə alınıb və avtomobilin dövlət qeydiyyat nişanı ** OK *** nömrəsinə dəyişdirilib. 25.11.2020-ci il tarixində isə Cavabdeh2 tərəfindən avtomobil Cavabdeh3 satılıb və sonuncunun adına AD900554 nömrəli, 25.11.2020-ci il tarixli şəhadətnamə əldə edilib.Qeyd olunanlara əsasən 2011-ci il istehsalı olan, 6T153BK400X115528 ban nömrəli, A803323 mühərrik nömrəli “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair X9 ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş ** CF *** dövlət qeydiyyat nişanlı, AD814411 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi,həmin avtomobilin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.11.2020ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** OK *** dövlət qeydiyyat nişanlı),AD899203 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi;Həmin avtomobilin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 25.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək alqısatqıdan sonra verilmiş (** OK *** dövlət qeydiyyat nişanlı), AD900554 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi,1/2 hissədə İddiaçı,1/2 hissədə isə X6 adına yeni qeydiyyat şəhadətnaməsinin verilməsinin Azərbaycan Respublikası DİN-nin Baş X19 İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,Cəfərzadə Ceyhun iddia ərizəsində qeyd olunanları qəbul etməsə də, bu mübahisənin həllinə nail olmaq üçün əlindən gələni etməyə hazırdır. Sözü gedən avtomobili dəyərini 13000 manat qiymətləndirərək həmin vəsaitin 1/2 hissəsinin iddiaçıya verilməklə tərəflər arasında razılıq əldə olunmasına etiraz etmir.Hüquqlarını müdafiə etdiyi şəxs həmin vəsaiti bir dəfəyə ödəyə bilməsə də müəyyən müddətə hissəhissə ödəməyə razıdır. Odur ki, bu təklifi qarşı tərəfin anlayışla qarşılayacağına ümid edir. Cavabdehlər X12,Cavabdeh2,Cavabdeh3,3-cü şəxs Azərbaycan Respublikası DİNnin Baş X19 İdarəsi məhkəmə iclasınınn vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmiş və ya öz nümayəndələrini göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsaslı olduğindan təmin olunmalıdır. İş materiallarında olan: Məhkəmə qərarlarından görünür ki, iddiaçı İddiaçı cavabdehlər X4 və X8 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s”tələblərinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmuş, 2011-ci il istehsalı olan “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X9 ilə X11 arasında bağlanan 22.08.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində İddiaçı ilə X6 hər birinin 1/2 hissədə pay hüququnun müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş X19 İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan ünvanlanmış 26.01.2021-ci il tarixli məktubun və ona əlavə olunmuş kompütür çıxarışının məzmunundan görünür ki, X9 ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2011-ci il istehsalı olan, 6T153BK400X115528 ban nömrəli, A803323 mühərrik nömrəli “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin avtomobil Cavabdeh2, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 25.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinəsasən isə Cavabdeh3 satılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki,məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və X8 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.”tələblərinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmuş, 2011-ci il istehsalı olan “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X9 ilə X11 arasında bağlanan 22.08.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində İddiaçı ilə X6 hər birinin 1/2 hissədə pay hüququnun müəyyən edilməsi qət edilmişdir. Bu o anlama gəlir ki,hazırkı mübahisənin predmeti olan avtomobilin X2 barədə alqısatqı müqaviləsi etibarsız əqd hesab edilmiş və avtomobilə İddiaçı ilə X6 hər birinin 1/2 hissədə payları tanınmışdır.Belə olan halda X3 həmin avtomobili başqa şəxsə satması və əmlakın alqı-satqı nəticəsində bir-neçə şəxsə, son olaraq Cavabdeh3 satılması barədə bağlanmış bütün əqdlər də etibarsız əqdlərdir və hər-hansı bir hüquqi nəticə yaratmır. Etibarsız əqd bağlandığı andan etibarsız olduğu üçün onun sonradan yaratmış olduğu bütün hüquqi nəticələr aradan qaldırılmalıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbinin qanuni əsası mövcuddur. Ona görə də iddia əsaslı olduğundan təmin olunmalı, 2011-ci il istehsalı olan, 6T153BK400X115528 ban nömrəli, A803323 mühərrik nömrəli “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair X9 ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş ** CF *** dövlət qeydiyyat nişanlı, AD814411 nömrəli qeydiyyat şəhadətnaməsin ləğv edilməli,həmin avtomobilin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** OK *** dövlət qeydiyyat nişanlı),AD899203 nömrəli qeydiyyat şəhadətnaməsi ləğv edilməli,həmin avtomobilin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 25.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** OK *** dövlət qeydiyyat nişanlı), AD900554 nömrəli qeydiyyat şəhadətnaməsi ləğv edilməli, 2011-ci il istehsalı olan, 6T153BK400X115528 ban nömrəli, A803323 mühərrik nömrəli “Toyota Camry” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 1/2 hissədə İddiaçı,1/2 hissədə isə X6 adına yeni qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası DİN-nin Baş X19 İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 2011-ci il istehsalı olan, 6T153BK400X115528 ban nömrəli, A803323 mühərrik nömrəli “Toyota Camry” minik markalı, **-OK-*** (əvvəlki nömrə **-UA-***) dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair X9 ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Alqı-satqıdan sonra verilmiş ** CF *** dövlət qeydiyyat nişanlı, AD814411 nömrəli qeydiyyat şəhadətnamə ləğv edilsin. Həmin avtomobilin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək alqı-satqıdan sonra verilmiş (** OK *** dövlət qeydiyyat nişanlı),AD899203 nömrəli qeydiyyat şəhadətnaməsi ləğv edilsin Həmin avtomobilin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 25.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək alqısatqıdan sonra verilmiş (** OK *** dövlət qeydiyyat nişanlı), AD900554 nömrəli qeydiyyat şəhadətnaməsi ləğv edilsin. 2011-ci il istehsalı olan, 6T153BK400X115528 ban nömrəli, A803323 mühərrik nömrəli “Toyota Camry” minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı (əvvəlki nömrə **-UA-***) avtomobilə dair 1/2 hissədə İddiaçı,1/2 hissədə isə X6 adına yeni qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası DİN-nin Baş X19 İdarəsinə həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar