Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-223/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Mirzəyev Fikrət Xasay оğlunun sədrliyi, X2 kаtibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Ərizəçi İddiaçı şəxsin fəaliyyət qabiliyyətli hesab edilmsəi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 16.07.1994-cü il təvəllüdlü, oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 espertiza rəyinin nəzərə alınaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, ərizə təmin еdilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünr ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 117 saylı evin 7 saylı mənzilində qeydiyyatdadır. Doğum haqqında şəhadətnamədən görünür ki, X4 16.07.1994-cü il tarixdə anadan olmuşdur.Atası İddiaçı,anası X1r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X8 16.02.2022-ci il tarixli rəyindən görünür ki, 16.07.1994-cü il təvəllüdlü, oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. 16.07.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-223/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-223/2022
26.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver