Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2231/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyun 2019-cu il tarixli müqaviləyə əsasən “Hoffman” markalı ventilyator üçün 36 manat əsas borcun, 3 manat cərimənin, 10 iyul 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********01021 olan “Samsung Galaxy A20” markalı telefon və qulaqlıq üçün 250 manat əsas borcun, 25 manat cərimənin, 03 oktyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********83706 olan “Samsung Galaxy J2” markalı telefon, “X2 True Earphones” qulaqcıq üçün 160 manat əsas borcun, 16 manat cərimənin və 13 iyul 2019-cu il tarixli müqavilə üzrə “X1” markalı qulaqcıq üçün 162 manat əsas borcun, 16 manat cərimənin, ümumilikdə isə 668 manat borc, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 698 manat pulun Cavabdeh alınaraq, “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 19 iyun 2019-cu il, 10 iyul 2019-cu il, 03 oktyabr 2019-cu il və 13 iyul 2019-cu il tarixli müqaviləsinə əsasən, “HOFFMANN” markalı ventilyator, İMEİ kodu **********01021 olan “Samsung Galaxy A20” markalı telefon və qulaqlıq, İMEİ kodu **********09048 olan “Samsung J2” markalı telefon, “X1” markalı qulaqlıq almış və nəticədə 668 (altı yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19 iyun 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 132 (yüz otuz iki) manat (11 ay x 12 manat + 0 manat ilkin ödəniş) “HOFFMANN” markalı ventilyator üçün ümumilikdə, 39 (otuz doqquz) manat olmaqla ondan, 36 (otuz altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə miqdarında borc yaranmışdır. 10 iyul 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altı yüz) manat (12 ay x 50 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********01021 olan “Samsung Galaxy A20” markalı telefon və qulaqlıq üçün ümumilikdə, 275 (iki yüz yetmiş beş) manat olmaqla ondan, 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə; 03 oktyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 240 (iki yüz qırx) manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********09048 olan “Samsung J2” markalı telefon üçün ümumilikdə, 176 (yüz yetmiş altı) manat olmaqla ondan, 160 (yüz altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə; 13 iyul 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş) “X1” markalı qulaqlıq üçün ümumilikdə, 178 (yüz yetmiş səkkiz) manat olmaqla ondan, 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 688 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gıinünə hesablanmış 1%-i həcmində “Müştəri’' mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2019-cu il tarixli, 00732150 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 132 manat olan, “Hoffman” markalı ventilyator satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2019-cu il tarixli, 00773094 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 600 manat olan İMEİ kodu **********01021 olan “Samsung Galaxy A20” markalı telefon və qulaqlıq satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli, 00956087 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 240 manat olan İMEİ kodu **********83706 olan “Samsung Galaxy J2” markalı telefon, “X2 True Earphones” qulaqcıq satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2019-cu il tarixli, 00778954 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 324 manat olan “X1” markalı qulaqcıq satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 05 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 iyun 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 36 manat, cərimə borcu üzrə 3 manat olmaqla, ümumilikdə 39 manat borcu vardır. Cavabdeh 10 iyul 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 250 manat, cərimə borcu üzrə 25 manat olmaqla, ümumilikdə 275 manat borcu vardır. Cavabdeh 03 oktyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 160 manat, cərimə borcu üzrə 16 manat olmaqla, ümumilikdə 176 manat borcu vardır. Cavabdeh 13 iyul 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 162 manat, cərimə borcu üzrə 16 manat olmaqla, ümumilikdə 178 manat borcu vardır. Hər dörd müqavilə üzrə ümumilikdə 668 manat borcu vardır. İşə əlavə olunmuş 06 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 19 iyun 2019-cu il tarixli, 10 iyul 2019-cu il tarixli, 03 oktyabr 2019-cu il və 13 iyul 2019-cu il tarixli müqavilələr əsasında “xxxx” MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 19 iyun 2019-cu il tarixli müqavilə üzrə 36 (otuz altı) manat əsas borc, 3 (üç) manat cərimə borcu, 10 iyul 2019-cu il tarixli müqavilə üzrə 250 (iki yüz əlli) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu, 03 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 160 (yüz altmış) manat əsas borc, 16 (on altı) manat cərimə borcu və 13 iyul 2019-cu il tarixli müqavilə üzrə 162 (yüz altmış iki) manat əsas borc, 16 (on altı) manat cərimə borcu olmaqla, ümumilikdə 668 (altı yüz altmış səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2231/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2231/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver