Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2231/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhər İcrayə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 saylı qərarına əsasən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Pirşağı bağlar sahəsinin 218 saylı BTK nəznində olan 0,12 hektar torpaq sahəsində olan 555 B nömrəli bağın ayrılması barədə 13 saylı orderdə X6 olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, X2, anası isə X1r. X2 13 07 2002-ci il tarixdə vəfat etmişdir. X4 Bakı şəhər İcrayə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 saylı qərarına əsasən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Pirşağı bağlar sahəsinin 218 saylı BTK nəznində olan 0,12 hektar torpaq sahəsində olan 555 B nömrəli bağ ayrılmışdır. Həmin bağın ayrılması barədə orderdə atasının adı səhvən "Qasım" kimi yazılmışdır, halbuki atasının adı Həsəndir. Bütün sənədlərdə atasının adı Həsən kimi göstərilib. Yalnız həmin bağ sahəsinin ayrılması barədə sənəddə "Qasım" kimi göstərilmişdir.
İş materialları :
3. İş materiallarına əlavə edilmiş13 nömrəli orderin surətindən görünür ki, X5 Bakı şəhər İcrayə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 saylı qərarına əsasən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Pirşağı bağlar sahəsinin 218 saylı BTK nəzdində olan 0,12 hektar torpaq sahəsi olan 555 B nömrəli bağ ayrılmışdır.
4. 081658 nömrəli “evlənmək haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X3 ilə X6 arasında Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.1953-cü il tarixdə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 260 nömrə ilə qeyd edilmişdir, ərə Şahverənov arvada Şahverənova soyadı verilmişdir.
5. ******* saylı hərbi biletdən görünür ki, X6 1926-cı ildə anadan olmuş, Az.SSR hərbi komissarlığında 1964-cü ildə qeydiyyatda keçmişdir.
6. XV ЖГ № 465756 saylı “doğum haqqında şəhadətnamə”-nin surətindən görünür ki X7 xx.xx.1958-ci ildə Bakı şəhərindən doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 1927 nömrə ilə qeyd edilmişdir, X2, anası X1r.
7. SSSR-in Qaz Sənayesi Nazirliyi tərəfindən verilmiş 1267 saylı xx.xx.1990-cı il tarixli “xidməti vəsiqə”-dən görünür ki, X6 bağban vəzifəsində çalışmışdır.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, təqdim edilən orderdə hüquq sahibinin adı fərqli qeyd edildiyi üçün, həmçinin idarənin arxivində eyni Bağ-Tikinti Kooperativi nəzdində “555b” saylı bağın digər şəxsə verilməsinə dair order mövcud olduğu üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
İşin faktiki halı:
9. Ərizəçi eyni tələb ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1460/2024 saylı qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, Ərizəçi göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (“ExpressPay” VÖEN: **********, Tranzaksiya: 2222785; qəbz nömrəsi: **********; Rüsum nömrəsi : 14221303; tarix: xx.xx.2024, saat: 16:21) dövlət büdcəsindən ərizəçiyə qaytarılması qərara alınmışdır.
10. Ərizəçi nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edərkən hazırki ərizəyə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1460/2024 saylı qərardadı ilə ona qaytarılmış dövlət rüsumuna dair qəbzi (“ExpressPay” VÖEN: **********, Tranzaksiya: 2222785; qəbz nömrəsi: **********; Rüsum nömrəsi : 14221303; tarix: xx.xx.2024, saat: 16:21) yenidən əlavə etmişdir.
Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
12. “Dövlət rüsumu haqqında” Qanun : 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
Məhkəmənin mövqeyi :
13. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
14. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilmədiyi müəyyən edilmişdir.
15. Belə ki, işin faktiki hallarından görünür ki, ərizəçinin hazırki iş materiallarına əlavə etdiyi dövlət rüsumuna dair qəbz üzrə ödənilmiş dövlət rüsumu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1460/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi geri qaytarılmışdır. Həmin qərardad dövlət rüsumunun ərizəçiyə qaytarılmasına dair hissədə icra edilməsi üçün Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə göndərilmişdir.
16. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.
17. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi mübahisəli orderin atasına məxsus olması faktının müəyyən edilməsidir.
18. Mülki prosessual qanunvericiliyə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilməlidir. (MPM 307.2.5 m)
19. Belə olan halda məhkəmə ərizəçinin nəzərinə çatdırmağı zəruri hesab edir ki, ərizəçi orderdə qeyd edilən şəxsin atası olması faktının deyil, orderin atasına məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməlidir.
Nəticə :
20. Beləliklə, məhkəmə qeyd edir ki, dövlət rüsumunun ödənilməsinə dair mülki prosessual qanunvericiliyin tələbinə riayət edilmədiyi üçün Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.
21. Ərizəçiyə izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
22. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva