Məhkəmə qərarları › İş №2(007)-2240/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2240/2021

02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2240/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı-Aeraport yolunun sol tərəfində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsi həmin müddətdən ərizəçinin istifadəsindədir və bu müddət ərzində onu heç kəs narahat etməyib. Bir müddət öncə torpaq sahəsini adına rəsmiləşdirmək istədikdə müəyyən edib ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamında adı səhvən “Səyyad” kimi qeyd edilib. Həmin səhvin aradan qaldırılması məqsədi ilə tərəfindən Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət olunmuş, lakin sonuncu müraciətinə imtina etmiş və ona ünvanlanmış 29.01.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyətinin 10.01.2002-ci il tarixli məktubunda Torpaq Məcəlləsinin 59-cu maddəsinə və “Torpaq islahatları haqqında” AR Qanunun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə 29 dekabr 2000-ci il tarixli qanununa əsasən 01 yanvar 91-ci il tarixdən etibarən Bakı şəhərində vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılmasının rayon İcra Hakimiyyətlərinin səlahiyyətləri xaricində olduğu üçün və bu sahələr üzrə verilmiş sərəncamların isə qeyri-qanuni hesab edildiyi bildirilmişdir.” Hesab edir ki, inzibati orqanın qeyd edilən imtinası əsassızdır və onun hüquqularını kobud şəkildə pozur. Belə ki, yuxarıda qeyd etdiyim kimi, sərəncam əsasında ona ayrılmış torpaq sahəsi 19 ildən çox müddətdir ki, aşkar istifadəsindədir. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamı hazırda qüvvədədir və həmin sərəncamın ləğv edilməsi ilə bağlı heç bir subyekt məhkəməyə və ya başqa dövlət orqanına müraciət etməyib. Belə olan halda imtina əsassızdır. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamının ona, yəni Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin oolunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, o ərizəçini tanıyır. Ərizəçi qonşusudur. Onun 4 sot torpağı var. Evləri 2008-2009-cu ildən tikilir. Tikili hələdə yarımçıq vəziyyətdədir. Ərizəçi özü və oğlu tez-tez gəlib gedirlər. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, ərizəçini tanıyır, qonşusudur. Ərizəçinin 4 sot torpağı var. Özü və oğlu tez tez gəlib gedirlər. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilnin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İİ-SL seriyalı 277526 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1961-ci il təvəllüldü Ərizəçi anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi Ermənistanın Kalinino rayonunda anadan olmuşdur, evlidir, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamından görünür ki, X3 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində, cizgidə göstərilmiş sahədə, 400 kv.metr torpaq ayrılmasına dair sərəncam imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin BA-03228- 2021 nömrəli 16.07.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Milli Arxiv İdarəsi tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsindən daxil olmuş sorğuya əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamını və həmin sərəncama əlavə edilmiş arayış məhkəməyə göndərilmişdir. İş materiallarında olan Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 459279, 459280 və 459281 nömrəli ödəniş qəbzlərindən və "xxxx" ASC-nin abonent saldosundan göründüyü kimi Ərizəçi adı “Sayat” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndindən göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmçinin həmin qərarın 6.1.-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, şahid ifadələri, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də ərizəçiyə məxsus doğum haqqında şəhadətnamədə, eləcə də ona məxsus şəxsiyyət vəsiqəsində onun adı "Ərizəçi" olduğu halda, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamında texniki səhv olaraq adı “Səyyad” yazılmışdır. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamı tikintiyə hüquqların reallaşdırılması üçün zəruri vasitə rolunu oynayır və bu səbəbdən hüquqmüəyyənedici sənəddir. Həmin hüquqmüəyyənedici sənədin şəxsə məxsusluğu məhkəmə tərəfindən müəyyənləşdirilə bilər. Məhkəmə hesab edir ki, qeyd olunan fakt hüquqi əhəmiyyəti olduğundan və ərizəçinin müraciət etməsinə baxmayaraq hüquqmüəyyənedici sənədi verən Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən sənəddə olan səhv aradan qaldırılmaqdan yəni ərizəçinin adının onun doğum haqqında şəhadətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun düzəldilməsindən, yeni sənədin verilməsindən imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamının eyni şəxsə, yəni xx.xx.1961-ci il təvəllüdlü Ermənistanın Kalinino rayonunda anadan olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilməli, həmin qətnamə Ərizəçi məxsus olan Suraxanı rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamında “Səyyad” adının “Sayat” adı ilə əvəz olunması üçün əsas olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamının eyni şəxsə, yəni xx.xx.1961-ci il təvəllüdlü Ermənistanın Kalinino rayonunda anadan olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilsin. Həmin qətnamə Ərizəçi məxsus olan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2002-ci il tarixli, 757 nömrəli sərəncamında “Səyyad” adının “Sayat” adı ilə əvəz olunması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar