Məhkəmə qərarları › İş №2(007)-2246/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2246/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2246/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 01.08.2019-cu il müqaviləsinə əsasən İMEİ kodu **********27816 olan Huawei P Smart Z markalı telefon və 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********88451 olan Huawei P Smart, İMEİ kodu **********58172 olan Xiaomi Redmi 7 markalı telefon almış və nəticədə 1128 (min yüz iyirmi səkkiz) manat borc yaranmışdır. Cavabdeh 01.08.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 702 (yeddi yüz iki) manat (yəni 12 ay x 58 manat + 6 manat ilkin ödəniş), İMEİ kodu **********27816 olan Huawei P Smart Z markalı telefon üçün ümumilikdə 380 (üç yüz səksən) manat olmaqla ondan 346 (üç yüz qırx altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 (otuz dörd) manat cərimə pulu borcu yaranmışdır. 10.08.2019-cu il tarixli müqavilə üzrə də cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1039 (min otuz doqquz) manat (yəni 12 ay x 85 manat + 19 manat ilkin ödəniş), İMEİ kodu **********88451 olan Huawei P Smart, İMEİ kodu **********58172 olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat olmaqla ondan 680 (altı yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68 (altmış səkkiz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 715 manat təşkil edir. Qeyd olunanlara əsasən iddiaçı 01.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********27816 olan Huawei P Smart Z markalı telefon üçün 346 (üç yüz qırx altı) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********88451 olan Huawei P Smart, İMEİ kodu **********58172 olan Xiaomi Redmi 7 markalı telefon üçün 680 (altı yüz səksən) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə, ümumilikdə 1128 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1158 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli 00818670 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********27816 olan Huawei P Smart Z markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 01.08.2019-cu il tarixli 00818670 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 30-dan gec olmayaraq 12 ay müddətinə 58 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 02.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 01.08.2019-cu il tarixli 00818670 saylı kredit müqaviləsi üzrə Cavabdeh 346 manat ödənilməmiş hissə, 34 manat cərimə, cəmi 380 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 10.08.2019-cu il tarixli 00835946 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********88451 olan Huawei P Smart, İMEİ kodu **********58172 olan Xiaomi Redmi 7 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 10.08.2019-cu il tarixli 00835946 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 20-dən gec olmayaraq 12 ay müddətinə 85 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 02.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 10.08.2019-cu il tarixli 00835946 saylı kredit müqaviləsi üzrə Cavabdeh 680 manat ödənilməmiş hissə, 68 manat cərimə, cəmi 748 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC-nin Cavabdeh ünvanlanmış 12.06.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.08.2019-cu il və 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********27816 olan Huawei P Smart Z markalı telefon, İMEİ kodu **********88451 olan Huawei P Smart, İMEİ kodu **********58172 olan Xiaomi Redmi 7 markalı telefon almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. “xxxx” MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edirem. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 05.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, 01.08.2019-cu il tarixli 00818670 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********27816 olan Huawei P Smart Z markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 01.08.2019-cu il tarixli 00818670 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 30-dan gec olmayaraq 12 ay müddətinə 58 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 10.08.2019-cu il tarixli 00835946 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdehnın sahibliyinə və istifadəsinə İMEİ kodu **********88451 olan Huawei P Smart, İMEİ kodu **********58172 olan Xiaomi Redmi 7 markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 10.08.2019-cu il tarixli 00835946 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 20-dən gec olmayaraq 12 ay müddətinə 85 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, 01.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********27816 olan Huawei P Smart Z markalı telefon üçün 346 (üç yüz qırx altı) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********88451 olan Huawei P Smart, İMEİ kodu **********58172 olan Xiaomi Redmi 7 markalı telefon üçün 680 (altı yüz səksən) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə, ümumilikdə 1128 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1158 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 01.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********27816 olan Huawei P Smart Z markalı telefon üçün 346 (üç yüz qırx altı) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********88451 olan Huawei P Smart, İMEİ kodu **********58172 olan Xiaomi Redmi 7 markalı telefon üçün 680 (altı yüz səksən) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə, ümumilikdə 1128 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1158 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar