Məhkəmə qərarları › İş №2(007)-2246/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2246/2022

03.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2246/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “vərəsəliyin qəbulu ilə bağlı ötürülmüş müddətin bərpası” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı “vərəsəliyin qəbulu ilə bağlı ötürülmüş müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-ci il tarixdə vəfat etmiş ataları X3 miras qalmış əmlakın qəbulu və qanun üzrə vərəsəlik hüququ haqqında şədətnamənin alınması ilə bağlı vərəsəliyin qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Bundan sonra onlar bir sıra səbəblərdən vərəsəlik işi ilə bağlı notariat kontoruna müraciət edə bilməmişlər. Lakin atalarından qalmış torpaq sahəsi var ki, həmin torpaq daima onların sahibliyində olmuşdur. Belə ki, X7 inkişafı və Fəaliyyəti Birliyinin xx.xx.1988-ci il tarixli 1186/1 saylı orderi ilə mərhum X1na Bağ sahəsi verilmişdir. Həmin orderə əsasən atasına ayrılmış 0.12 ha torpaq sahəsi daim onların sahibliklərində olmuşdur. Hazırda həmin sahəni özəlləşdirmək istədikdə ki, bu da ancaq atasının vərəsəliyinin açılması ilə mümkündür. Bununla bağlı müvafiq vərəsəlik işinin açılması üçün Cavabdehna müraciət etmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixi B-24 saylı məktubu ilə müddət keçməsini əsas gətirərək vərəsəlik işinin açılmasından imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı onun qardaşıdır və xəstədir. Atası Ali Məhkəmənin üzvü olduğu üçün 12 sot boş torpaq sahəsini işdən vermişlər atası 1989-cu il tarixdə rəhmətə getmiş, atası rəhmətə gedəndən sonra vərəsəliklə bağlı müraciət etməmişlər, hal-hazırda qardaşı evin böyüyü olduğu üçün o müraciət etmişdir. Onlar atalarının belə bir əmlakı olduğunu bilirdilər, həmin torpaq sahəsini hasara almışlar və torpaq sahəsinin orderi var. Onlar bir bacı iki qardaşdırlar, heç kəsin etirazı və torpaqla bağlı heç bir mübahisə yoxdur. Onlar səhlənkarlıq edərək vərəsəliyin qəbulu ilə bağlı müddəti ötürmüşlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 30 saylı Notariat ofisi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri 30 saylı Notariat Ofisi məhkəməyə müraciət edərək, məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və mübahisənin həllini məhkəmə heyətinə həvalə etdiklərini bildirmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, X7 İnkişafı və Fəaliyyəti Birliyinin xx.xx.1988ci il tarixli 1186/1 saylı orderi ilə X4 0.12 ha Bağ sahəsi verilmişdir. Həmin sahə iddiaçının atasının istifadəsində olmuşdur. X1 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. İddiaçı miras qalmış əmlakın qəbulu və adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisinə miras əmlakla bağlı müraciət etmiş, xx.xx.2022-ci il tarixli, B-24 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin, mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçı tərəfindən notariat kontoruna müraciət edildiyi təsdiq edilmir. Bundan əlavə məhkəmə qeyd edir ki, İV-ЖГ ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1989-ci il tarixdə ölmüş, onun ölümü ilə miras açılmışdır. İddiaçı X1 öldüyündən 6 ay müddətinə yəni, xx.xx.1990-cu il tarixinə kimi mirası qəbul etməsi barədə ərizə verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı göstərdiyi səbəblər mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması üçün üzrlü səbəb hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehna qarşı “xx.xx.1989-ci il tarixdə vəfat etmiş ataları X3 miras qalmış əmlakın qəbulu və qanun üzrə vərəsəlik hüququ haqqında şədətnamənin alınması ilə bağlı vərəsəliyin qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda bildirir ki, İddiaçı miras əmlakının faktiki qəbulu ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehna qarşı “xx.xx.1989-ci il tarixdə vəfat etmiş ataları X3 miras qalmış əmlakın qəbulu və qanun üzrə vərəsəlik hüququ haqqında şədətnamənin alınması ilə bağlı vərəsəliyin qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar