Məhkəmə qərarları › İş №2(007)-2259/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2259/2023

19.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2259/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qeydiyyatda olduğu və xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu. Əli Vəliyev küçəsi, 9 nömrəli evin 88-ci mənzilini Kazbek Cabiyevdən alıb. 2014-cü ildə isə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alıb. Buna baxmayaraq, abunə vərəqəsi Kazbek Cabiyevin adına qalıb. Abunə vərəqini, sayğacı öz adına dəyişmək istəyərkən ona məlum olub ki, mənzildə xx.xx.2002-ci il tarixədək 1747,42 manat dəyərində borcu qalıb. Məsələ ilə bağlı "xxxx" ASC-nə müraciət edib, sonuncu ona xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edib ki, göstərilən məbləğin ödənişi yalnız abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. "xxxx" ASC-nin mənzilə təqdim etdiyi bildirişlərdə heç vaxt 1747,42 manat dəyərində borc barədə məlumat olmayıb. Nizami rayonundakı “Asan Kommunal”a gedib həmin borcun ona aid olmadığını və silinməsini tələb edib, ona borcunu ödəməsini, borcu silə bilməyəcəklərini deyiblər. Abunə vərəqinə nəzər salınsa, xx.xx.1999-xx.xx.2002-ci il tarixlərdəki göstərici və məbləğlərin ağlabatan olmadığını görünər. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Abunə vərəqəsindəki sayğac göstəriciləri və aylıq ödəmələrə baxış keçirildikdə, 1747,42 manat borc məbləğinin həqiqətə uyğun olmaması açıq-aşkar görünür. Əks halda cavabdeh çoxdan onu məhkəməyə verərdi. Artıq borcun yazılmasından 10 ildən artıq vaxt keçir, bu müddət ərzində "xxxx" ASC qeyd edilən borcu tələb etmək hüququnu itirmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2009-cı il tarixli qərarı ilə əhalinin elektrik enerisinə dair olan borcları silinmişdir, lakin "xxxx" ASC Prezidentin sözü gedən qərarını da icra etməmişdir. Yaranmış vəziyyət mənbəyi məlum olmayan, tələb etmək müddəti ötürülmüş borcun mülkiyyətçisi olduğu mənzilin Abunə vərəqində qalması onun istehlakçı kimi hüquqlarını pozur. Qeyd edilənlərə əsasən mülkiyyətçisi olduğu və "xxxx" ASC-də **********90088 nömrəli abunə kodu ilə qeydiyyatda olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 9 nömrəli evin 88-ci mənzilinə görə Kazbek Cabiyevin adına olan abunə vərəqində xx.xx.2002-ci il tarixədək 1747,42 manat dəyərində borcun silinməsi və cavabdehin üzərinə elektrik enerjisinin alqısatqı müqaviləsinin onunla bağlanılaraq abunə vərəqinin onun adına keçirilməsi öhdəliyi qoyulması barədə qətnamə çıxaırlmasını xahiş edilmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırda iddia tələbinin “cavabdehin üzərinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin onunla bağlanılaraq abunə vərəqinin onun adına keçirilməsi öhdəliyi qoyulması” hissəsində geri götürür və iddia tələləbi Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq dəqiqləşdirir. Qeyd edilənlərə əsasən məhkəmədən mülkiyyətçisi olduğu və "xxxx" ASC-də **********90088 nömrəli abunə kodu ilə qeydiyyatda olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 9 nömrəli evin 88-ci mənzilinə görə Kazbek Cabiyevin adına olan abunə vərəqində xx.xx.2002-ci il tarixədək 1747,42 manat dəyərində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, hazırda ünvan 1 ünvanında yerləşən mənzili üzrə mübahisələndirilən borc xx.xx.2002-ci il tarixinədək yaranmış borcdur. Cəmiyyət həmin borcu silə bilmədiyi üçün bununla bağlı məhkəmə qətnaməsi olmalıdır. Hazırda borcun silinməsinə etiraz etmir. İddiaçıya qarşı hər hansı bir tələbləri yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 13-13/2-2/18-P- 3937-5/2023 saylı məktubun surətindən görünür ki, **********90088 nömrəli abunə kodu ilə qeydiyyatda olan mənzilin elektrik enerji hesabatı dövriyyəsi təhlil olunarkən məlum olmuşdur ki, onun mənzilində xx.xx.2002-ci il tarixəədk 1747,42 manat dəyərində elektrik enerjisi istehlak edilmiş, lakin ödənişi aparılmamışdır. Qeyd edirlər ki, göstərilən məbləğin ödənişi yanlız Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmamamsı barədə arayış alınarkən tələb olunur; - "xxxx" ASC-ni bildiriş xəbədarlığından görünür ki, **********90088 nömrəli abunə kodu üzrə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə 10,16 manat borc müəyyən edilmişdir. Qalıq borc 0,001 manatdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********90088 olan abunəçi Kazbek Cabiyevin 1747,42 manat borc müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2014-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Həmin mənzilin işıq ödənişləri Kazbek Cabiyevin adından həyata keçirilir. Hazırda iddiaçı işıqdan istifadəyə görə xx.xx.2002-ci il tarixinədək olan 1747,42 amant borcun silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövüründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təminetməlidir. Belə ki, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindən və işıqdan istifadəyə görə ödənişləri iddiaçı edir. İddiaçı xx.xx.2002-ci il tarixinədək işıqdan istifadəyə görə yaranmış 1747,42 mnat borcun silinməsini xahiş etmiş, cavabdeh isə borcun silinməsi məsələsinə etiraz etməmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən borca görə evin işıqla təmin edilməsi dayandırılmamış, cavabdeh tərəfindən borcun ödənilməsi tələb edilməmiş və ya borcla bağlı məhkəməyə müraciət olunmamışdır. Kazbek Cabiyevin adına olan abunə haqqında məlumatın borc bölməsində 1747,42 manat borc olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 1747,42 manat məbləğində yaranmış borcun yaranması əsasının və borcun həqiqətən mövcud olub-olmamasının müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri sayır ki, iş materiallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği xx.xx.2002-ci il tarixinə kimi olan borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə göstərişlərinə əsasən, qeyd edilən borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzil üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış 1747,42 manat borc cavabdeh "xxxx" ASC tərəfindən Kazbek Cabiyevin (abonent kodu: **********90088) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış 1747,42 manat borc cavabdeh "xxxx" ASC tərəfindən Kazbek Cabiyevin (abonent kodu: **********90088) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar