Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2261/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı X1, Cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Novxanı kəndində yerləşən fərdi yaşayış evinə dair «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib olunmuş xx.xx.2022-cı il tarixli, ******* saylı Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 1036,80 manat borcum silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2022-cı il tarixli aktla hesablanmış 1036,80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində olan Novxanı bağları, 683 nömrəli fərdi yaşayış evində yaşayır. Həmin evin kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən evinə təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtlı-vaxtında ödəmişdir. Onun xəbəri olmadan cavabdeh tərəfindən Novxanı kənd ərazisində yerləşən bağ evinə dair «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixdə ******* saylı Akt tərtib edilmişdir. Nəticədə isə ona 1035 manat borcu yaranmışdır. Nəzərə çatdırır ki, o, yaşlı qadındır, həmin evdə yay aylarında tək yaşayır. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin Akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Bir daha bildirir ki, onun tərəfindən qaz sayğacına müdaxilə olunmamış, habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifahi qaydada ona bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, sayğac onun adına rəsmiləşdirilib. Sayğac əvvəl smart idi. 2022-ci ildə xəbəri olmadan gəlib mexanikaya dəyişiblər. Bir gün nəzarətçi zəng vurub sayğacın qapağının sındığını demiş o, da gəlib sayğacın qapağının həqiqətən sındırıldığını görmüş. İki, üç gün ərzində sayğacı dəyişdilər dedilər plombu və qapağı sınıb. Akt tərtib olunanda özü iştirak edib. Sayğacı göndərdilər labaratoriyaya. Qeyd olunan bağ evində heç kim yaşamır ara-bir gedir nəzarət üçün. Qaz sayğacına onun tərəfindən müdaxilə olunmayıb. Sayğac küçədə yerləşdirilib istənilən adam müdaxilə edə bilər. Ona görə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 25 noyabr 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, X2 məxsus ünvan 1i ünvanına quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı metrologiya departamentinin rəyinə görə G4 13487505 nömrəli plomb kəsilərək G-4S14/5219 saylı qutu açıldı. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. - Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 4x24x90=8640 m3 - ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinin X2 ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt QİS-i bildirir ki, ona məxsus ünvanda olan G-4 markalı **********9 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən tamamilə aralandığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 64.67 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X5 müraciət olunacaqdır. - Qaz sayğacının yoxlanması barədə 30 noyabr 2022-ci il tarixli, MSK-29/1710- 04491-1 nömrəli aktın surətindən görünür ki, 13487505 nömrəli plomb kəsilərək G- 4S14/5219 saylı qutu açıldı. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. - Abonentin saldosundan görünür ki, ünvan 1i ünvanında X3 adlı abonentə 14 oktyabr 2022-ci il tarixdə ZENNER G4T SMART markalı, **********668 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********04790-dur. Abonentə ayın sonuna 1036.80 manat borc hesablanmışdır, 2022-ci ilin sonuna qalıq 1036.80 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, 127/11-22 nömrəli aktdan görünür ki, aşağıda imza edənlər sayğacların ekspertiza şöbəsinin rəis müavini Ceyhun Məmmədov sayğacların müayinəsi laboratoriyasının böyük mühəndisi Nüsrət Səmədov, Abonent İddiaçı bu aktı tərtib edirik ondan ötəri ki, BRQSD-nın Metrologiya departamentinə gətirdiyi G4 markalı **********9 nömrəli mexaniki qaz sayğacına birlikdə baxış keçirildi. 13487505 № li plomb kəsilərək G- 4 SM / 5219 saylı qutu açıldı. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. Mexanika 00746m3. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli Aktından görünür ki, kənar təsir nəticəsində sayğacın hesablama mexanizmi korpusdan ayrılıb. - Hesabdan çıxarışdan görünür ki, 2021-ci ilin oktyabr ayında 5 manat ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 25 noyabr 2022-ci il tarixdə iddiaçının iştirakı ilə Cavabdeh nümayəndələri tərəfindən akt tərtib edilmiş və sayğac labaratoriyaya göndərilmişdir. 30 noyabr 2022-ci il tarixli qaz sayğacının yoxlanması barədə akt tərtib olunmuş və iddiaçı X2 məxsus ünvan 1i ünvanına quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən tamamilə aralanması, qaz keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İddiaçıya 1036.80 manat borc hesablanmışdır. İddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac evdən kənarda küçədə quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla iddiaçı X1 (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Əksinə iddiaçıya məlumat verilən kimi gəlib özü iştirak edib və sayğacın labaratoriyaya göndərilməsinə etiraz etməyib. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Bundan başqa itirilmiş qaz 90 gün müddətinə hesablanaraq (4x24x90=8640 m2) iddiaçıya 1036,80 manat borc yazılmışdır. Halbuki, mexaniki sayğaclara Cavabdeh nümayəndələri tərəfindən hər ay baxış keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş 25 noyabr 2022-ci il tarixli ******* nömrəli akt ləğv edilməli, həmin akt əsasında hesablanmış 1036.80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən X2 məxsus **********04790 abonent kodu üzrə hesablanmış 1036.80 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2261/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2261/2023
15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver