Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-227/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh prosessual hüquq varisləri X2 və Atakişiyev Dərgahın vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh prosessual hüquq varisləri X2 və Atakişiyev Dərgah qarşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50500 (əlli min beş yüz) manat, vəkilin göstərdiyi yardıma görə ödədiyi 310 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 19 iyun 1999-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 01 avqust 2002-ci il təvəllüdlü X9 və 17 fevral 2013-cü il təvəllüdlü X10 adında iki uşaqları vardır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1660/2018 saylı 28 mart 2018-ci il tarixli qətnaməsinə əsasən, aralarında olan nikahın pozulması, 01 avqust 2002-ci il təvəllüdlü X6 atası Cavabdeh, 17 fevral 2013-ci il təvəllüdlü X7 isə onun yanında qalması qət edilmişdir. Hələ boşanmamışdan əvvəl aralarında "Əmlakın bölünməsinə dair" müqavilə bağlamışlar. Müqavilə 21 avqust 2016-cı il tarixdə 2 saylı Bakı “Asan xidmət" mərkəzində Reyestrdə 3M-470 nömrə ilə qeydə alınmışdır. Müqavilənin 3-cü bəndinə əsasən, cavabdeh uşaqların yaşaması üçün daşınmaz əmlakın alınması məqsədi ilə birdəfəlik ilkin olaraq 20.000 manat, sonrakı aylarda hər ay ***-**** manat cəmi 70.000 manat pulu ona verməlidir. Müqavilənin 5.4-cü bəndində göstərilir ki, bu müqavilə nikah pozulacağı halda, əgər müqavilənin 3-cü bəndində göstərilən öhdəliklər nikahın pozulması gününədək icra olunmayıbsa, nikaha xitam verilməsi anından sonra da qüvvədə qalır. Müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə 70.000 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2(007)-2897/2018 saylı 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 19500 manat məbləğində pulun onun xeyrinə tutulması qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, "müqavilə 25 avqust 2016-cı il tarixdə bağlanmışdır və məhkəməyə müraciət olunanadək (22.06.2018-ci il) ayların sayı 21-ə bərabərdir. Belə olan halda cavabdeh birdəfəlik ödənişdən 8500, aylq ödənişlərdən isə 11000 (hər ay ən azı 500 olmaqla)-cəmi 19500 manat ödəməmişdir. Cavabdeh 19500 manat alınaraq ona verilməlidir". Qətnamə çıxdıqdan sonra cavabdeh 19500 manatdan 7320 manat ödəmiş, 12180 manatı isə ödəməmiş, ödənişləri dayandırmışdır. Bu səbəbdən Nizarmi rayon Məhkəməsinin 8(007)-120/2019 saylı 01.03.2019-cu il tarixli qərardadı ilə cavabdehin mülkiyyətində olan "QAZ 33022" yük markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh avtomobili gizlətmişdir. Nizami rayon Məhkəməsinin 8(007)-312/2019 saylı 26.08.2019-cu il tarixli qərardadı ilə cavabdehin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Görülən tədbirlərə baxmayaraq, cavabdeh qətnamə üzrə müəyyən olunmuş pulu ödəməmişdir. Bundan başqa, 22.06.2018-ci ildən hal-hazıra qədər olan dövr üçün cavabdeh müqavilə üzrə də ona pul ödəməmişdir. O, həm qətnamə üzrə müəyyən olunmuş məbləği tam ödəmədiyinə, həm də müqavilə üzrə öhdəliyini 22.06.2018-ci il tarixdən hal-hazıra qədər icra etmədiyindən müqavilə üzrə ödənilməmiş qalan 50500 manatı ondan dərhal tələb edə bilər. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında göstərmişdir ki, Cavabdeh 24.10.2020-ci il tarixdə şəhid olmuşdur. Cavabdeh vərəsələri olaraq atası Atakişiyev Dərgah, anası X3, oğlanları X10 və X6 miras əmlakı üzrə “Hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası qanununa əsasən ödənilən 11000 manat məbləğində pulu almaqdan ötrü Bakı şəhəri 50 nömrəli notariat kontoru tərəfindən 10.02.2021-ci il tarixdə “qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamə verilmişdir. Buna görə də cavabdeh olmuş Cavabdeh atası Atakişiyev Dərgah və anası X2 məhkəmə prosesində hüquqi varisi kimi əvəz olunmasını xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, Cavabdeh tərəfindən müqavilə üzrə ümumilkidə 30300 manat ödənilmiş həmin vəsaitdən 39700 manat vəsait qalmışdır. Ona görə də müqavilə üzrə qalan məbləğ də ödənilməlidir. İddiaçının cavabdehin digər vərəsələri olan öz övladlarına qarşı pul tələbi yoxdur. Cavabdeh prosessual hüquqi varisləri X2 və Atakişiyev Dərgahın vəkili və nümayəndəsi Vəkil2 oğlu iddianı qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin o məhkəməyə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh 21.08.2016-cı il tarixdə bağlanmış "Əmlakın bölünməsinə dair Müqavilə”nin şərtlərinə əməl edərək, 2018-ci ilin yay aylarına qədər həmin Müqavilə üzrə ödənilməli olan ümumilikdə 70.000 manatun pulun 51.500 manat hissəsini ödəsə də İddiaçı həmin məbləği təyinatı üzrə xərcləməmiş, yəni mənzil almamışdır. Məhz bundan sonra Cavabdeh qalan məbləğin ödənilməsini təmin etməmiş, çünki İddiaçı həmin məbləği təyinatı üzrə xərcləməmiş və bundan sonra da şəxsi məqsədləri üçün xərcləyəcəyini bildirmiş, halbuki bunun nəticəsində uşaqlar evsiz qala bilərdi. Bundan sonra Nizami rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) icraatında olan 2(007)- 2897/18 saylı iş üzrə İddiaçı tərəfindən Cavabdeh qarşı «cavabdehdən Cavabdeh ilə İddiaçı arasında bağlanmış 21.08.2016-cı il tarixli "Əmlakın bölünməsinə dair Müqavilə" üzrə 70.000 manat pulun tutulması» tələbinə dair iddia qaldırılmış, Məhkəmənin 2(007)-2897/18 saylı 24.09.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh həmin Müqavilə üzrə ödənilməli olan 70.000 manat pulun 51.500 manat hissəsini ödəməsi nəzərə alınaraq, Cavabdeh İddiaçı xeyrinə 19.500 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmişdir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı özü etiraf edir ki, “qətnamə çıxdıqdan sonra cavabdeh 19.500 manatdan 7.320 manat ödəmiş, 12,180 manat isə ödəməmiş, ödənişləri dayandırmışdır, bu səbəbdən Nizami rayon Məhkəməsinin 2(007)-120/19 saylı 01.03.2019-cu il tarixli qərardadı ilə cavabdehin mülkiyyətində olan QAZ 3302 yük markalı ** CL *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur'. Ən əvvəl qeyd edim ki, iddiaçının qətnamə çıxdıqdan sonra cavabdehin 19.500 manatdan 7.320 manat ödəməsi, 12.180 manat borcunun qalması barədə xüsusat doğru olsa da, sonradan ödənişləri dayandırması barədə xüsusat tamamilə əsassızdır. Belə ki, baxmayaraq ki, icra sənədi üzrə icranı təmin etmək məqsədilə Məhkəmənin 01.03.2019-cu il tarixli qərardadı ilə cavabdehin mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmuşdu və həmin avtomobilin dəyəri qalan borcun ödənilməsinə yetərli idi, bununla belə Cavabdeh hər ay minimum 500 manat ödəniş etmişdir. Belə ki, təkcə bir faktı qeyd edək ki, iddia ərizəsinin imzalandığı 10.03.2020-ci il tarixdən cəmi 6 gün əvvəl, yəni 04.03.2020-ci il tarixdə də İddiaçı "xxxx" ASC-də olan ******************** nömrəli hesabına bankomat vasitəsilə 500 manat ödəniş edilmişdir. Cavabdeh sonradan ödənişləri dayandırması barədə xüsusat tamamilə əsassızdır. Bir faktı da qeyd edək ki, iddia ərizəsinin imzalandığı 10.03.2020-ci il tarixdən sonra da yəni mülki işə baxıldığı müddətdə də Cavabdeh ödənişləri davam etdirmişdir. Onların məhkəməyə təqdim etdikləri 10 nüsxədən ibarət qəbzlərin əslindən (eyni zamanda surətindən) göründüyü kimi, Cavabdeh hazırkı iş üzrə iddiaçı (icra sənədi üzrə tələbkar) İddiaçı "xxxx" ASC-də olan hesabına bankomat vasitəsilə hər ay, özü də şəhid olduğu günədək ödəniş etmişdir. Belə ki, Cavabdeh 03.04.2020-ci il tarixli qəbzlə 500 manat, 30.04.2020-ci il tarixli qəbzlə 500 manat, 29.05.2020-ci il tarixli qəbzlə 150 manat, 11.06.2020-ci il tarixli qəbzlə 350 manat, 24.06.2020-ci il tarixli qəbzlə 500 manat, 11.07.2020-ci il tarixli qəbzlə 500 manat, 05.08.2020-ci il tarixli qəbzlə 700 manat, 01.09.2020-ci il tarixli qəbzlə 500 manat, 26.09.2020- ci il tarixli qəbzlə 500 manat, 28.09.2020-ci il tarixli qəbzlə 6.000 manat, cəmi 10.200 manat ödəniş etmişdir. Cavabdeh 21 sentyabr 2020-ci il tarixdən ehtiyatda olan zabit kimi hərbi təlimlərə çağrılmışdır, təlimdə ola-ola 21.09.2020-ci il tarixdən sonra iki dəfə, özü də sonuncu dəfə 6.000 manat ödəniş etmiş. 28.09.2020-ci il tarixdə sonuncu ödənişi edərək, məhkəməyə məlumat verməklə həmin gün cəbhəyə yollanmış, bundan cəmi 26 gün sonra 24.10.2020-ci il tarixdə şəhid olmuşdur. Cavabdeh cəbhədə ola-ola yaxınları (valideynləri) vasitəsilə 1 dəfə, yəni 07.10.2020-ci il tarixli qəbzlə 500 manat, şəhid olduqdan sonra isə iki dəfə - 07.11.2020-ci il tarixli qəbzlə 500 manat, 04.12.2020-ci il tarixli qəbzlə 500 manat, 26.07.2021-ci il tarixli qəbzlə 480 manat, cəmi 1980 manat ödəniş edilmişdir. Cəbhəyə gedərkən Tərlan borcdan qalan məbləğin də ödənilməsini yaxınlarına, yəni valideynlərinə tapşırmış, onlar da bunu tam icra etmişdir. Beləliklə, hazırkı iş üzrə iddia qaldırıldıqdan sonra qalan 12.180 manat borc Cavabdeh özü və şəhid olduqdan sonra isə valideynləri tərəfindən İddiaçı "xxxx" ASC-də olan ******************** hesabına tam olaraq ödənilmişdir (10.2004-1.980=12.180). Cavabdeh vərəsələri olan atası Dərgah Atakişiyev və anası Həqiqət Atakişiyeva "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən onlara ödənilməli olan 11.000 manat məbləğində pulun yarısının, yəni 5500 manat hissəsinin 3.000 manatını ana - İddiaçı himayəsində olan uşaqlara vermişlər. İddiaçı bütün sadalananları, yəni sabiq əri-Cavabdeh hələ şəhid olana qədər, borcun əksər hissəsini ödədiyini, qalan məbləğin isə onun şəhid olmasından sonra mərhumun valideynləri tərəfindən ödənildiyini bilə-bilə, Cavabdeh əl çəkmir. Əlbəttə, bu, təəssüf və təəccüb doğurur. Belə ki, diqqət çəkən bir məqam da odur ki, İddiaçı Cavabdeh sağlığında olduğu kimi, bu gün də, yəni şəhid olduqdan sonra da mərhuma qarşı əsassız iddialarını davam etdirir. Halbuki, tərəflər arasında 21.08.2016-cı il tarixli "Əmlakın bölünməsinə dair Müqavilə"nin 3.2-ci bəndində qeyd edilmişdir ki, “Tərəfilər razılığa gəlirlər ki, arvad müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan öhdəlik qarşılığında nikahın pozulması zamanı ərə qarşı heç bir əmlak tələbi irəli sürməyəcək”. Tərəflər arasında bağlanmış 21.08.2016-cı il tarixli "Əmlakın bölünməsinə dair Müqavilə” üzrə borc tam ödənildiyindən, hazırkı iddianın qaldırılması üçün çəkilmiş xərclər də iddiaçının özünə aid edilməlidir. Həmçinin o bildirdi ki, Cavabdeh tərəfindən qətnamə üzrə müəyyən edilmiş məbləğdən sonra 31000 manat qalan vəsait də ödənilmişdir. Hazırda iddiaçıya hər hansı məbləğ ödənilməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 558.1-ci maddəsinə görə əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar Məhkəmə iclasında müəyyən olundu ki, mərhum Cavabdeh ilə İddiaçı arasında bağlanılmış nikah pozulmuşdur. Nikah pozulmadan öncə onlar arasında "Əmlakın bölünməsinə dair" müqavilə bağlamışlar. Müqavilə 21 avqust 2016-cı il tarixdə 2 saylı Bakı “Asan xidmət" mərkəzində Reyestrdə 3M-470 nömrə ilə qeydə alınmışdır. Müqavilənin 3cü bəndinə əsasən cavabdeh uşaqların yaşaması üçün daşınmaz əmlakın alınması məqsədi ilə birdəfəlik ilkin olaraq 20.000 manat, sonrakı aylarda hər ay ***-**** manat cəmi 70.000 manat pulu ona verməlidir. Müqavilənin 5.4-cü bəndində göstərilir ki, bu müqavilə nikah pozulacağı halda, əgər müqavilənin 3-cü bəndində göstərilən öhdəliklər nikahın pozulması günədək icra olunmayıbsa, nikaha xitam verilməsi anından sonra da qüvvədə qalır. Müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyini yerinə yetirmədiyinə görə 70.000 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2(007)-2897/2018 saylı 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 19500 manat məbləğində pulun onun xeyrinə tutulması qət edilmişdir. Həmin qənaməyə əsasən müqavilənin 25 avqust 2016-cı il tarixdə bağlanması və iddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək , yəni 22.06.2018-ci il tarixədək olan dövr üzrə ayların sayı 21-ə bərabər olması əsas götürülməklə cavabdehin birdəfəlik ödənişdən 8500, aylq ödənişlərdən isə 11000 (hər ay ən azı 500 olmaqla)-cəmi 19500 manat ödənilməməsi və Cavabdeh 19500 manat alınaraq ona verilməsi müəyyən olunmuşdur. Qətnamə çıxdıqdan sonra hazırki dövrədək Cavabdeh tərəfindən 30300 manat vəsait ödənilmişdir. Həmin qətnamə üzrə ödənilməmiş borc qətnamənin icrası qaydasında həll edilməli məsələ olduğundan məhkəmə həmin hissəsyə hüquqi qiymət vermir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Cavabdeh Azərbaycan Respublikasının ikinci vətən müharibəsində iştirak etmiş və 24.10.2020-ci il tarixdə şəhid olmuşdur. Onun ölümündən sonra qanun üzrə vərəsəlik işi açılımş və ondan miras qalan əmlak “Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödənilən 11.000,00 manat məbləğində pul vəsaitinə 1\4 hissədə onun atası Atakişiyev Dərgahın, 1\4 hissədə anası X2, 1\4 hissədə oğlu X4, 1\4 hissədə isə digər oğlu X5 qanun üzrə vərəsəlik hüququ müəyyən olunmuşdur. Hazırda iddiaçı borc məbləğini yalnız iki vərəsə Atakişiyev Dərgah və X1 tələb edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, 21 avqust 2016-cı il tarixli "Əmlakın bölünməsinə dair" müqaviləyə əsasən, qalan borc məbləği Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2897/2018 saylı 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə hesablanmamış dövrdən, yəni, 22.06.2018-ci il tarixdən başlanılmaqla Cavabdeh ölüm tarixinədək, yəni 24.10.2020-ci il tarixədək olan dövr üçün müəyyən edilməlidir. Bu zaman dövrü iki il dörd ayı əhatə edir. Belə olan halda müqavilə üzrə hər ay ən azı 500 olmaqla, (28 ay *500) cəmi 14.000 manat borc məbləği ödənilməmişdir. Ona görə də qanun üzrə vərəsələr Atakişiyev Dərgahdan və X1 onlara miras qalmış əmlakdan 1\4 hissədə, yəni hər birindən 3500 manat (14000:4) məbləğində vəsait tutulmalıdır. Lakin miras əmlakın 11.000 manat olmasını və hər bir vərəsəyə 2750 manat miras qalmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi xidmətə görə 310 manat və məhkəmədə iddia qaldırılmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də nəzərə alınmaqla Atakişiyev Dərgahdan 2750 manat və X1 2750 manat tutularaq İddiaçı ödənilməli iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin olunsun. Atakı̇ şı̇ yev Tərlan Dərgah oğlu ilə İddiaçı Fı̇ rdus qızı arasında bağlanılmış 21.08.2016-cı il tarixli müqavilə üzrə Atakı̇ şı̇ yeva Həqiqət Babalar qızından və Atakı̇ şı̇ yev Dərgahdan hüquqi xidmətə görə 310 manat və məhkəmədə iddia qaldırılmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də nəzərə alınmaqla hər birindən 2750 (iki min yeddi yüz əlli) manat olmaqla ümumilikdə 5500 (beş min beş yüz) manat tutularaq İddiaçı Fı̇ rdus qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-227/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-227/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver