Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-227/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilənin və müqaviləyə əlavənin ləğv edilməsi, dəymiş ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilənin və müqaviləyə əlavənin ləğv edilməsi, dəymiş ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma müqaviləsinin, həmin müqaviləyə edilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli əlavənin ləğv edilməsi, cavabdehdən onun xerinə "xxxx" MTK tərəfindən inşa olunmuş B2, B3, B4 saylı hər bina üzrə 466,66 kv.metrilik yaşayış sahəsinin, cəmi 1166,64 kv.m əvəzi olaraq 700000 manat vəsaitinin və "xxxx" MTK öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün ona 5 il müddətində, yəni adi mülki dövriyyə şəraitində əldə edəcəyi 700000 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DƏDRX xx.xx.2019-cu il tarixli çıxarışına əsasən Masazır kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsi faktiki onun olsa da, torpaq sahəsini əvvəlcə tanışı X2 adına sonra isə 2019-cu ilin noyabr ayında öz adına alqı-satqı yolu ilə sənədləşdirilib. Onun razılığı əsasında xx.xx.2013-cü il tarixdə “Viktoriya-313 MTK” ilə birgə fəaliyyət haqqında razılaşma müqaviləsi bağlanılıb və bunun əsasında mülkiyyətində olan torpaq sahəsində "xxxx" MTK tərəfindən yüksək mərtəbəli yaşayış sahəsini tikintisi nəzərdə tutulub. xx.xx.2013-cü il tarixli müqaviləyə əlavə isə xx.xx.2017-ci il tarixdə imzalanmaqla təsdiq olunub. xx.xx.2017-ci il tarixli müqaviləyə əlavə xx.xx.2013-cü il tarixli müqavilənin tərkibi kimi qəbul edilib. Həmin müqaviləyə əsasən onun mülkiyyətində olan 2.0 ha torpaq sahəsində 1-ci binanın tikinti-quraşdırma işləri müqavilə bağlandıqdan sonra yəni, xx.xx.2017-ci il tarixdən sonra 3 ay müddətində, 2-ci binanın tikinti-quraşdırma işləri xx.xx.2018-ci il tarixə kimi, 3-cü binanın tikinti-quraşdırma işləri xx.xx.2019-cu il tarixə kimi, 4-cü binanın tikinti-quraşdırma işləri xx.xx.2020-ci il tarixə kimi, 5 və 6-cı binaların tikintiquraşdırma işləri xx.xx.2021-ci il tarixə kimi başlanılır və 6 binanın tikintisi müqavilə bağlandıqdan sonra 5 il müddətinə, yəni 08.12.22-ci ildə başa çatdırılır. Eyni zamanda əlavənin 5-ci bəndinə əsasən 1-ci tərəfin (yəni, Cavabdeh MTK-nın) 3-cü şəxslər, o cümlədən dövlət orqanları qarşısında öhdəliklərini yerinə yetirməyəcəyi və ya yetirə bilməyəcəyi tikinti işlərinin dayanacağı, tamamlanmayacağı və ya ləngiyəcəyi, kooperativ tərəfindən hər hansı qanun pozuntusuna yol veriləcəyi halda, hazırki müqavilə üzrə şərtlərin yerinə yetirməyəcəyi halda 2-ci tərəf torpaqla bağlı riskləri qorumaq, torpağın gələcək müqəddəratın həll etmək, torpaq sahəsinin tikilməsi ilə bağlı sərəncam vermək, o cümlədən özgələşdirmək, tikinti işləri aparmaq məqsədilə "Birgə fəaliyyət haqqında razılaşma müqaviləsini“ və ona əlavəni ləğv edə və növbəli binaların tikilməsindən imtina edə bilər. Alqı-salqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi onun adına sənədləşdirilərkən Nizami Kərimovla Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin və xx.xx.2017-ci il tarixli həmin müqaviləyə əlavənin öhdəliklərini o, öz üzərinə qəbul edib və Cavabdeh MTK ilə həmin müqavilədən gələn öhdəliklərin icra olunması üçün təşəbbüs göstərib. Müqaviləyə əlavə imzalanndıqdan sonra “Viktoriya-313 MTK” tərəfindən cəmi 1 binanın tikinti-quraşdırılma işlələri başlanılıb, tikinti işləri kobudcasına ləngiyib və ha-hazırda demək olar ki, iş dayandırılıb. xx.xx.2018-ci il tarixə kimi başlanılmalı olduğu 2-ci binanın tikinti-quraşdırılma işləri ümumiyyətlə aparılmayıb, bünövrəsi qoyulmayıb, müqaviləyə əlavənin 10-cu bəndinə əməl edilməyib. Hal-hazırda isə müqavilənin müddəti xx.xx.2022-ci ildə başa çatmasına baxmayaraq heç bir tikintiquraşdırılma işləri aparılmır. Müqavilə şərtlərinə əməl edilmədiyi üçün müqaviləyə marağını itirib və torpaqla bağlı riskləri qorumaq, torpağın gələcək müqəddəratını həll etmək, torpaq sahəsinin tikilməyən hissələri ilə bağlı sərəncam vermək, o cümlədən özgəninkiləşdirmək, tikinti işləri aparmaq məqsədi ilə müqaviləm və ona əlavəni ləğv etmək, növbəti binaların tikilməsindən intina etməyi qərara alıb. Digər əhəmiyyətli məqam ondan ibarətdir ki, cavabdehin dövlət orqanları o cümlədən vergi, sosial sığorta orqanları qarşısında 1,5 milyon manatdan artıq borcu yaranıb, öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmir. O, bununla bağlı Cavabdeh MTK-ya pretenziya ilə müraciət edərək, xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma müqaviləsinin həmin müqaviləyə əlavə edilmiş və notariat qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli əlavənin müddətini xx.xx.2022-ci ildə bitdiyini və həmin müqavilənin müddətinin artırılmasından imtina etdiyini həmin müqavilədən irəli gələn vurulmuş zərərin ödənilməsini və həmin müqavilələrin etibarsız hesab edilməsini təklif edib. Pretenziyası Cavabdeh MTK tərəfindən xx.xx.2023cü il tarixdə alınsa da, heç bir cavab verilməyib. İşin hallarindan görunur ki, mülkiyyət hüququna məxsus olan 2.0 ha torpaq sahəsi bu məqsədlə "xxxx" MTK-nin istifadəsinə verilib ki, bağlanmış müqavilədə göstərilmiş müddət ərzində nəzərdə tutulmuş 5 binanın tikintisi aparılsa ona hər binadan 700 kv.m olmaqla, 4200 kv.m yaşayış sahəsi verilsin. Buna baxmayaraq ona yalnız birinci binadan 700 kv.m yaşayış sahəsi verilmə ehtimalı olsa da, ona veriləcək 3500 kv.m (4200-700 =3500) yasayış sahəsinin alınması ehtimalı yoxdur. O, həmin mənzil sahələrindən əldə edəcəyi gəlirdən məhrum olub. Əgər "xxxx" MTK öhdəliyi vaxtinda yerinə yetirsəydi, bu 5 il müddətinə əlavə 700000 manatda gəlir götürə bilərdi. Yəni o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) 700000 artiq ola bilərdi. Lakin verilmiş öhdəlik "xxxx" MTK tərəfindən yerinə yetirilməyib, yalniz 1-ci binanın tikinti quraşdirına işləri başlanıb, müqavilənin müddəti başa çatsa da, hənmin binanın da tikintisi tam başa çatdmayıb. Digər 5 binanin tikintisinə ümumiyyətlə başlanılmayıb. "xxxx" MTK-nın büdcəyə 1.5 milyondan artıq vergi borcu yaranıb, hal-hazırda şirkətin maliyyə durumu ağır vəziyyətdədir. Halbuki, Cavabdeh MTKya kifayət qədər, milyonlarla vəsait daxil olsa da, həmin vəsait rəhbərlik tərəfindən öz şəxsi işlərinə xərcləyib və müqaviləyə isə etinasız yanaşılıb. Bu da onu deməyə əsas verir ki, "Viktoriya-313” MTK-nın bağladığı xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri bundan sonra yerinə yetirmə ehtimalı yoxdur. Müqavilə bağlanarkən ümid etdiyi haqqı çatanlardan məhrum olub və müqavilə müddətinin artırılmasına ehtiyac yoxdur. Bundan əlavə, mülkiyyətindən olan torpaq sahəsi üzərində 9 binanı tikintisi, bunun müqavilində 4200 kv.m yaşayış sahəsinin ona verilməsi nəzərdə tutulub. Binalar artıq tikilib başa çatdırıldığı və həmin binalarda yaşayış sahəsi qalması üçün 4200 kv.m yaşayış sahəsinin tikiləcək 6 binadan verilməsi şərtləndirilib. Hazıkı dövrdə üç binanın tikintisi başa çatdırılıb. 1-ci binanı işləri aparılır və bunun müqavilində ona cəmi 700 kv.m yaşayış sahəsi ayrılıb. 4 bina üzrə ona verilməli yaşayış sahəsi 1866,64 k.m (4 bina x 466,66 kv.m) təşkil edir. Müqavilənin ləğv edilməsi və tikintisi başa çatdırılmış 3 bina üzrə yaşayış qalmadığı üçün verilməyən 1166,64 kv.m (180,64-700=1166,64) yaşayış sahəsinin dəyəri kimi ziyan cavabdehdən onun xeyrinə tutulmalıdır. İddiaçı iddia tələbininin dəqiqləşdiriləməsi barədə ərizə ilə məhkəməyə müraciət verərək qeyd etmişdir ki, iddia qaldırandan sonra məhkəmə tərəfindən ekspertiza təyin edilməklə cavab alınıb. Göstərilib ki, ünvan 1i B2,B3,B4 saylı binalar üzrə hər birində sahəsi 466,66 kv.metr olmaqla, cəmi 1166,64 kv.m olan mənzillərin təmirsiz olduğu nəzərə alınaraq 1 kv.m-nin orta bazar dəyəri təqribən 800 manat, 1166,64 kv.m-nin qiyməti 933312 manat, likivid dəyəri isə 839980 manat (933312 manat-10%) müəyyən edilir. Qeyd edilənlərə əsasən Cavabdeh MTK ilə bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma müqaviləsinin, həmin müqaviləyə edilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli əlavənin ləğv edilməsi və cavabdehdən onun xeyrinə Cavabdeh MTK tərəfindən inşa olunmuş B2, B3, B4 saylı hər bir bina üzrə 466,66 kv.metrlik yaşayış sahəsinin, cəmi 1166.64 kv.m əvəzi olaraq 933312 manat pulun və "xxxx" MTK öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün ona 6 il müddətində, yəni adi mülki dövriyyə şəraitində əldə edəcəyi 700000 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Hazırkı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməyib və gəlməməsinin səbəbi barədə məlumat verməyib. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia tələbini qəbul edir və təmin olunmasına etiraz etmir. Etirafın nəticələri ona aydındır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Masazır kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin mülkiyyətçisi X5r. Torpaq sahəsi iddiaçının adına xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. - "xxxx" MTK (birinci tərəf) ilə X8 (ikinci tərəf) arasında bağlanmış xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma müqaviləsinin surətindən görünür ki, tərəflər bu müqaviuləyə əsasən DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış ilə X6 məxsus, Masazır kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında yaşayış binalarının tikilməsi üçün səylərini birləşdirərək birgə fəaliyyət göstərməyi nəzərdə tuturlar. Həmin müqavilənin 2.1-ci bənsinə əsasən birinci tərəf DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış ilə X6 məxsus Masazır kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında yaşayış binalarının tikintisini özü üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ikinci tərəf həmin binaların tikilməsi üçün razılıq verir. - xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma müqaviləsinə edilmiş xx.xx.2017-ci il tarixli əlavənin 5-ci bəndində qeyd olunur ki, 1-ci tərəfin (yəni Cavabdeh MTK-nın) 3-cü şəxslər, o cümlədən dövlət orqanları qarşısında öhdəliklərini yerinə yetirməyəcəyi və ya yetirə bilməyəcəyi, tikinti işlərinin dayanacağı, tamamlanmayacağı və ya ləngiyəcəyi, kooperativ tərəfindən hər hansı qanun pozuntusuna yol veriləcəyi halda, hazırkı müqavilə üzrə şərtlərin yerinə yetirilməyəcəyi halda 2-ci tərəf (yəni X8) torpaqla bağlı riskləri qorumaq, torpağın gələcək müqəddəratını həll etmək, torpaq sahəsinin tikilməyən hissələri ilə bağlı sərəncam vermək, o cümlədən özgəninkiləşdirmək, tikinti işləri aparmaq məqsədi ilə “Birgə fəaliyyət haqqında razılaşma müqaviləsi”ni və ona əlavəni ləğv edə və növbəti binaların tikilməsindən imtina edə bilər. 10-cu bəndində qeyd olunur ki, hazırkı əlavə xx.xx.2013-cü il tarixli müqavilənin tərkib hissəsidir və imzalandığı andan qüvvəyə minir. 1-ci binanın tikinti-quraşdırma işləri müqavilə bağlandıqdan sonra 3 ay müddətində, 2-ci binanın tikinti-quraşdırma işləri xx.xx.2018-ci il tarixinə kimi, 3-cü binanın tikinti-quraşdırma işləri xx.xx.2019-cu il tarixinə kimi, 4-cü binanın tikintiquraşdırma işləri xx.xx.2020-ci il tarixinə kimi, 5 və 6-cı binaların tikinti- quraşdırma işləri xx.xx.2021-ci il tarixinə kimi başlanılır və 6 binanın tikintisi müqavilə bağlandıqdan sonra 5 (beş) il müddətinə başa çatdırılır. - X8 ilə İddiaçı arasında xx.xx.2019-cu tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-2679 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 rayonu, Masazır kəndi ünvannd ayerləşə ümumi sahəsi 2 ha olan torpaq sahəsini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı torpaq sahəsini 50000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2012/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, "xxxx" MTK-dan vurulmuş maddi ziyana görə 700000 manatın X3 xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1958/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, həmin iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2012/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11920/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili X9 apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1432/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə ilkin iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1432/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, X8 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma barədə müqavilə və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli əlavənin ləğv edilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, "xxxx" MTKnın və X10 cavabdeh X6 qarşı müavilənin qismən etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/95xx-xx/9333 saylı rəyindən görünür ki,ekspert baxışına təqdim edilmiş ünvan 1i B2, B3, B4 saylı binalar üzrə hər birində sahəsi 466,66 kv.metr olmaqla, cəmi 1166,64 kv.metr olan mənzillərin təmirsiz olduğu nəzərə alınaraq 1 kv.metrinin orta bazar dəyəri təqribən 800 manat, 1166,64 kv.metrinin qiyməti 933312 manat, likvid dəyəri isə 839980 manat (933312 manat – 10%) müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Masazır kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin mülkiyyətçisi X8 olmuşdur. "xxxx" MTK və X8 həmin torpaq sahəsində yaşayış binalarının tikilməsi məqsədi ilə birgə fəaliyyət göstərməyə razılaşmış və xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma müqaviləsi, həmin müqaviləyə xx.xx.2017-ci il tarixli əlavə imzalanmışdır. xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma müqaviləsinə əsasən MTK torpaq sahəsində razılaşdırılmış eskiz əsasında yaşayış binalarının tikintisini öz üzərinə götürmüş, ikinci tərəf isə həmin binaların tikilməsi üçün razılıq vermişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə həmin müqaviləyə əlavə imzalanmış və əlavəyə əsasən, MTK təsdiq edilmiş layihə sənədləri əsasında inşa ediləcək 6 yaşayış binasının altında yerləşən torpaq sahəsinin dəyəri kimi Nizami Kərimova tikiləcək hər bir binadan 700 kv.metr, cəmi 4200 kv.metr yaşayış sahəsi verməyi öhdəsinə götürmüşdür. X8 onun adına olan Masazır kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsini 07 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satmış, sonuncunun adına xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. Hazırda iddiaçı "xxxx" MTK ilə bağlanmış xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma barədə müqavilə və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli əlavənin ləğv edilməsi, ona verilməyən 1166,64 kv.m yaşayış sahəsinin dəyərinin və "xxxx" MTK öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün ona 6 il müddətində, yəni adi mülki dövriyyə şəraitində əldə edəcəyi 700000 manat əldən çıxmış faydanın cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X8 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma barədə müqavilə və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli əlavə ləğv edilməli, Cavabdeh MTK tərəfindən inşa olunmuş B2, B3, B4 saylı hər bir bina üzrə 466,66 kv.metrlik yaşayış sahəsinin, cəmi 1166.64 kv.m-in əvəzi olaraq cavabdeh "xxxx" MTK-dan 933.312 (doqquz yüz otuz üç min üç yüz on iki) manat, əldən çıxmış fayda kimi 700.000 (yeddi yüz min) manat olmaqla, ümumiliklə 1.633.312 (bir milyon altı yüz otuz üç min üç yüz on iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli 9/95xx-xx/9333 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyindən və iddiaçı məcburi köçkün olduğundan (dövlət rüsumu ödəməkdən azaddır) məhkəmə hesab edir ki, iddia üzrə ödənilməli olan 1606,66 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət büdcəsinə köçürülməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 150 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X8 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli birgə fəaliyyət haqqında razılaşma barədə müqavilə və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli əlavə ləğv edilsin. Cavabdeh MTK tərəfindən inşa olunmuş B2, B3, B4 saylı hər bir bina üzrə 466,66 kv.metrlik yaşayış sahəsinin, cəmi 1166.64 kv.m-in əvəzi olaraq cavabdeh "xxxx" MTK-dan 933.312 (doqquz yüz otuz üç min üç yüz on iki) manat, əldən çıxmış fayda kimi 700.000 (yeddi yüz min) manat olmaqla, ümumiliklə 1.633.312 (bir milyon altı yüz otuz üç min üç yüz on iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri Cavabdeh MTK-ya aid edilsin, Cavabdeh MTK-dan 1606,66 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-227/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-227/2024
19.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver