Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2282/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 sentyabr 2019-cu il tarixdə 01/166/19 saylı nisyə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, iddiaçı qiyməti 3,000.04 manat olan 1 ədəd 2018-ci il buraxılışlı TEPLO markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan ödəniş qrafikinə əsasən, 07.04.2021-ci il tarixinədək müqavilə üzrə 800,04 manat, dəbbə pulu üzrə 729,50 manat olmaqla, cəmi 1529,54 manat məbləğində borcu yaranıb. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 308 gün müddətində gecikdirilib və beləliklə də müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Müqavilənin müddəti 15.09.2020-ci il tarixdə bitib. Qeyd olunanlara əsasən, 12 sentyabr 2019-cu il tarixdə 01/166/19 saylı nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 800,05 manat, cərimə üzrə 729,50 manat, cəmi 1529,54 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 12.09.2019-cu il tarixli NAS-01/166/19 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC əmlak dəyəri 3000,05 manat olan 1 ədəd divardan asılan məişət qaz qazanını hər ay ödəniş qrafiki ilə müəyyən edilmiş məbləğdə ödəniş etmək şərti ilə Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, cavabdeh hər ayın 15-dən gec olmayaraq 12 ay müddətinə hər ay 250 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.09.2019-cu il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, cavabdeh 1 ədəd TEPLO markalı divardan asılan məişət qaz qazanını təhvil almışdır. İş materiallarında olan 07.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ödənişlər üzrə 800,04 manat borc qalığı, 729,50 manat dəbbə pulu, ümumi 1529,54 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki iddiaçı pretenziya qaydasına əməl etmişdir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutlara qiymət verərək hesab edir ki, əsas borca görə 800,04 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddianın dəbbə pulu ilə bağlı hissəsinə qiymət verərkən hesab edir ki, 729,50 manat cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 729,50 manat məbləğində dəbbə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə,məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 800,04 manat məbləğində pul, 50 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01/166/19 saylı, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 800,04 manat əsas borc, 50 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 880,04 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2282/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2282/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver