Məhkəmə qərarları › İş №2(007)-2299/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2299/2025

15.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2299/2025 15.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8rşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8rşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin qanunsuz hərəkətlərinin dayandırılması; ona məxsus **********010 saylı abonent koduna qanunsuz hesablanmış 219,10 manat su borcunun siinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 880 A saylı fərdi yaşayış evinə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 tərəfindən hesablanmış 219,10 manat su borcunun siinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 186 saylı qərarı ilə X3 mülkiyyətinə verilmiş Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən 1200 kv.metr (12 sot) torpaq sahəsinin 600 kv.metr (6 sot) torpaq sahəsi X5 tərəfindən ona verilmiş xx.xx.2021ci il tarixli etibarnamə əsasında onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsi mişar daşı ilə hasarlanmış və sonradan müxtəlif vaxtlar kəsimində 2 (iki) il ərzində içərisində ev tikdirsə də 2024-cü ilin yay aylarınadək həmin evdə bir gün olsa belə yaşayış olmamışdır. Bunu təqdim edəcəyi "xxxx" ASC tərəfindən adı çəkilən yaşayış evində işıq enerjisindən istifadə olunmamasına dair arayışla sübut edə bilər. O, "xxxx" ASC-nin Sabunçu Rayon Sukanal İdarəsinə müraciət edərək torpaq sahəsinə su çəkilməsini xahiş etdi. "xxxx" ASC onun müraciəti əsasında xx.xx.2021-ci i tarixli № 01/594 saylı “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün Texniki şərtlərini” təqdim etdi və eyni zamanda onunla “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair 44640852 saylı Müqavilə bağlandı, həmçinin ona **********010 saylı abonent kodu verildi. “İstehlakçıların su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün Texniki Şərtləri”nin 1.3-cü su təchizatı bölməsində bildirilmişdir ki, su sərfinin dəqiq qeydiyyatı aparılması məqsədilə fərdi yaşayış evi üçün ayrılmış sahənin girişində müvafiq ölçülərə malik mühafizə qutusu və müvafiq avadanlıqla təchiz olunmuş Smart kart tipli elektron su sayğacı quraşdırılsın. Lakin torpaq sahəsinə su sayğacı quraşdırlmamışdır. Bildirir ki, o, sahibliyində və istifadəsində olan 6 sot torpaq sahəsində tikilmiş yaşayış evində 2024-cü ilin yay aylarınadək bir gün belə olsun yaşamamışdır, heç bir yaşıllaşdırma tədbiri görməmiş, evin tikintisi zamanı isə lazım olan su ehtiyatını öz vəsaiti hesabına su avtomobiləri vasitəsilə gətirərək öz həyətində olan su çəninə tökərək istifadə etmişdir. Bir sözlə, o, qeyd etdiyi müdddət ərzində, yəni xx.xx.2021-ci il tarixdən 2024-cü ilin yay aylarınadək adı çəkilən torpaq sahəsində qeyri-qanuni olaraq sudan istifadə etməmişdir. 2023-cü ilin avqustsentyabr aylarında "xxxx" ASC-nin müştəri xidmətlərinin vəzifəli şəxsi onun şəxsi istifadəsində olan mobil nömrəyə zəng edərək onun "xxxx" ASC-yə 326,20 manat borcunun olduğunu bildirmiş və həmin məbləği ödəməyi tələb etmişdir. O, bu borcun necə yarandığını araşdırmaq üçün "xxxx" ASC-nin Sabunçu rayon şöbəsinə getdi və orada ona ərizə yazmağını və ərizəsi əsasında məsələni araşdırıb borcu siləcəklərini bildirdilər. Bununla bağlı "xxxx" ASC-nin əməkdaşları onunla birlikdə torраq sahəsinə gələrək oraya baxış keçirib ərazinin şəkillərini çəkdikdən sonra bu barədə akt tərtib etdilər. Bundan sonra isə su sayğacı gətirərək onun torpaq sahəsində olan su xətttinə quraşdırdılar. Bir qədər sonra ona qeyd etdiyi 326,20 manatdan təxminən 100 manat borcu silsələr də yerdə qalan borcu silmək üçün mütləq şəkildə məhkəmə orqanları qarşısında idda qaldırmaqla məsələnin həll yolunu tapa biləcəyini tövsiyə etdilər. Beləliklə "xxxx" ASC onun adına olan **********010 saylı Abonent koduna qanunsuz olaraq 219,10 manat su borcu hesablamşdır və həmin qanunsuz hesablanmış borcu onun ödəməyini tələb edirlər. Hesab edir ki, "xxxx" ASC qanunsuz olaraq ona su borcu hesablamışdır və onun adına olan **********010 saylı abonent koduna qanunsuz hesablanmış 219,10 manat su borcunun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı və qanunsuz olaraq ona hesablanmış 219,10 manat borc silinməlidir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, su xətti çəkilməmişdir, ev tikiləndən sonra su xətti çəkdilər. Sayğac da quraşdırılmamışdır. İki il keçəndən sonra gəlib bildirdilər ki, 319,10 manat borc var. Gəlib sayğac quraşdırdılar və 100 manat borcdan sildilər. Yaşayış yoxdu, həyətdə ağac da yoxdu ki, suvarılsın. Kanalizasiya belə yoxdur. "xxxx" ASC tərəfindən adı çəkilən yaşayış evində işıq enerjisindən istifadə olunmamasına dair abonent saldosunu da təqdim ediblər. Özlər çəkiliş də ediblər və görüblər ki, həyətdə nə yaşayış var nə də ağac. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 nümayəndəsi X6 bildirdi ki, abonentlə xx.xx.2021-ci ildə müqavilə bağlanıb, sayğac quraşdırılıb. Borc 2021-ci ildə sayğac quraşdırılanadək yaranan borcdu, sayğac olmayan müddəti bir illik sərfiyyatla götürüblər.

İş materialları:

6. Bakı Şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 186 saylı qərarı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən 1200 kv.metr (12 sot) torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir.

7. AR seriyalı, 304518 nömrəli etibarnamənin surətindən görünür ki, X1 Afət Mustafa oğluna 100 il müddətinə etibarnamə vermişdir.

8. Hesab fakturadan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 880 A saylı fərdi yaşayış evinə 326,20 manat borc hesablanmışdır.

9. Hesab fakturadan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 880 A saylı fərdi yaşayış evinə 219,10 manat borc hesablanmışdır.

10. "xxxx" ASC-yə məxsus abonent saldosundan görünür ki, 2021-2024-cü il tarixinə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 880 A saylı fərdi yaşayış evinə borc hesablanmamışdır.

11. Abonent kartından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 880 A saylı fərdi yaşayış evinə 219,10 manat borc hesablanmışdır. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 880 A saylı fərdi yaşayış evinə sayğac quraşdırılmadan öncəki dövrə bir illik sərfiyyat hesablanmaqla cavabdeh tərəfindən 219,10 manat borc hesablanmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 880 A saylı fərdi yaşayış evinə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 tərəfindən hesablanmış 219,10 manat su borcunun silinməsini xahiş edir.

Tətbiq edilən hüquq:

13. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun:

8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş, “X7”:

Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan su ölçən cihazın göstəricilərinə əsasən, su ölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. Həmin Qərarın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

16. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.

17. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.

18. Tərəflər arasında suyun alqı-satqısı ilə bağlı xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Bu işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 tərəfindən İddiaçı sudan isdifadəsinə görə tutulan pul ilə bağlıdır.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 326,10 manat məbləğində borc su sayğacı quraşdırılmadığı halda hesablanmışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də borcdan 100 manat silinmiş, qalan borc məbləği qalmışdır. "xxxx" ASC-yə məxsus abonent saldosundan görünür ki, 2021-2024-cü illərdə sözügedən fərdi yaşayış evində heç kəs yaşamamışdır. Lakin cavabdeh tərəfindən istehlakçıya istehlak etmədiyi suya görə borc hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hesablanmış 219,10 manat borc silinməlidir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 880 A saylı fərdi yaşayış evinə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 tərəfindən hesablanmış 219,10 manat borc silinməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 880 A saylı fərdi yaşayış evinə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 tərəfindən hesablanmış 219,10 manat borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar