Məhkəmə qərarları › İş №2(007)-23/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-23/2022

03.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-23/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Nümayəndə vəkili və nümayəndəsi Vəkil4, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh13, Cavabdeh9 Cavabdeh11, Cavabdeh10 MTK, Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Cavabdeh8nə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8, Azərbaycan Respublikası Baş X19 İdarəsi cəlb edilməklə “bağışlama müqavilələrinin, mənzilin alınması ilə bağlı müqavilənin, maliyyə arayışının və həmin müqavilələrə əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının müəyyən edilməsi və miras payına uyğun pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh13, Cavabdeh9 Cavabdeh11, Cavabdeh10 MTK, Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Cavabdeh8nə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı üçüncü şəxs qismində X8, Azərbaycan Respublikası Baş X19 İdarəsi cəlb edilməklə “bağışlama müqavilələrinin, mənzilin alınması ilə bağlı müqavilənin, maliyyə arayışının və həmin müqavilələrə əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının müəyyən edilməsi və miras payına uyğun pul” tələbinə dair iddia ərizəsi, onun dəqiqləşdirmə və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 53 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Nərimanov rayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyriyaşayış sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ evinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin torpaq sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin torpaq sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hərəkətlərində cinayətin əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi, X6 mülkiyyətində olan “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 ilə Cavabdeh9 arasında bağlanmış müqavilənin və Cavabdeh9 adına verilmiş arayışın (maliyyə arayışının) etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakların siyahısına daxil edilməsi və vərəsə İddiaçı Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzil üzərində 1/3 hissədə miras payının müəyyən edilməsi, ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı miras payının müəyyən edilməsi və həmin məbləğin Cavabdeh11 tutularaq İddiaçı ödənilməsi, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 8 ünvanında yerləşən 7 saylı mənzilin icarəyə verilməsindən əldə edilmiş gəlir olan 40600 (qırx min altı yüz) manat pul vəsaitinin 1/3 hissəsi üzərində vərəsə İddiaçı miras payının müəyyən edilməsi və həmin məbləğin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə uzun müddət X9 ilə faktiki nikah münasibətlərində olmuşlar. Həmin nikahdan xx.xx.2010-cu il tarixdə İddiaçı anadan olmuşdur. Sonradan Rövşən ilə bir yerdə yaşamasa da, onun oğlu ilə münasibətləri çox yaxşı olmuş, oğlunun maddi təmin edilməsi də atası Rövşən tərəfindən həyata keçirilmişdir və bütün bunlardan onun ailəsi-anası, qardaşları və bacısı da xəbərdar olmuşlar. 2018-ci ilin yayında Rövşən ona ağır xəstə olduğunu və ona nəsə olacağı təqdirdə əmlaklarından oğluna pay ayrılmasını qardaşı Azimə daha çox inandığından ona etibar etdiyini demişdir. xx.xx.2019-cu il tarixdə Rövşən öldükdən sonra o, Rövşənin qardaşı Nazimdən oğlunun maddi təminatının necə olacağı və Rövşənin əmlaklarının necə bölünəcəyini soruşduqda o, ona Rövşənin heç bir əmlakının olmadığını desə də o, Rövşənin çoxsaylı əmlaklarının olduğunu bildiyindən ona inanmamışdır. Bundan sonra o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə X6 mülkiyyətində daşınmaz əmlakların olub-olmaması ilə bağlı sorğu vermiş, həmin sorğunun cavabından məlum olmuşdur ki, X6 mülkiyyətində olan 7 ədəd daşınmaz əmlak onun ölümündən bir neçə gün əvvəl bağışlama müqavilələri əsasında bacı və qardaşının mülkiyyətinə keçirilmişdir. Lakin 2 ədəd daşınmaz əmlak- İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzil müvafiq olaraq xx.xx.2019-cu il tarixdə İsmayıllı rayon notariat kontorunda 40-154 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 (X6 qızı) adına (Cavabdeh11 verilmiş AR-İ № 535130, xx.xx.2017-ci il tarixli etibarnamə ilə) və Bakı şəhəri 6 saylı notariat kontorunda 4Ə-180 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 (X6 bacısı) adına (Cavabdeh11 verilmiş AR-İ № 535130, xx.xx.2017-ci il tarixli etibarnamə ilə) qüvvəsinə xitam verilmiş etibarsız etibarnamə əsasında qanunsuz olaraq rəsmiləşdirilmiş, yəni X6 ölümündən sonra qanunsuz olaraq rəsmiləşdirilmiş və qeyd edilən bağışlama müqavilələri əsasında mülkiyyət hüququ haqqında sənəd (çıxarış) alınmışdır. Belə ki, X6 ölüm haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə bronxların və ağciyərin bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. Beləliklə, qeyd edilən bağışlama müqavilələri və onların əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Notariat haqqında Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarına zidd olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1-ci maddəsinə əsasən qüvvəsinə xitam verilmiş etibarnamə əsasında rəsmiləşdirilmişdir. Mübahisələndirilən bağışlama müqavilələrində tərəflərdən biri mərhumun bir halda bacısı, digər halda qızıdır. Yəni onlar təbii ki, bağlanan müqavilənin etibarsızlığı haqqında məlumatlı olmuşlar. Notariat orqanının adından müqavilə bağladığı şəxsin artıq həyatda olmadığından məlumatlı olub-olmaması nəticəni dəyişmir. Hər bir halda mübahisələndirilən müqavilələr etibarsızdır. Bakı şəhəri 6 saylı notariat kontoru və İsmayıllı rayon notariat kontoru bağışlama müqavilələrini təsdiq edərkən Notariat haqqında Qanunun və Notariat haqqında Təlimatın müvafiq normarından irəli gələn tələblərə riayət etməyərək X9 tərəfindən Cavabdeh11 verilmiş etibarnamənin qüvvədə olub-olmamasını yoxlamamış, nəticədə qanunu pozmaqla bağışlama müqavilələrini təsdiq etmişdirlər. Həmçinin, X6 ölümündən sonra özgəninkiləşdirilən iki daşınmaz əmlaklardan başqa ölümündən bir neçə ay əvvəl xx.xx.2018-ci il tarixdə 4Ə-1089 reyestr nömrəli X9 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi əsasında Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 53, mənzil 30, xx.xx.2018-ci il tarixdə 4Ə-1222 reyestr nömrəli X9 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi əsasında Nərimanov rayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ölümündən bir neçə gün əvvəl xx.xx.2019-cu il tarixdə 4Ə-165 reyestr nömrəli X9 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsi əsasında Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, 4Ə-162 reyestr nömrəli X9 ilə Cavabdeh13 arasında bağlanmış bağışlama müqaviləsi əsasında Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evi, 4Ə-160 reyestr nömrəli X9 ilə Cavabdeh13 arasında bağlanmış bağışlama müqaviləsi əsasında Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsi, 4Ə-164 reyestr nömrəli X9 ilə Cavabdeh13 arasında bağlanmış bağışlama müqaviləsi əsasında Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsi, 4Ə-163 reyestr nömrəli X9 ilə Cavabdeh13 arasında bağlanmış bağışlama müqaviləsi əsasında Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsi, 4Ə-161 reyestr nömrəli X9 ilə Cavabdeh13 arasında bağlanmış bağışlama müqaviləsi əsasında Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsi (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış), 4Ə-159 reyestr nömrəli X9 ilə Cavabdeh13 arasında bağlanmış bağışlama müqaviləsi əsasında Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsi (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış), daşınmaz əmlaklar X6 uşağı İddiaçı payı nəzərə alınmadan bağışlanmışdır. Bakı şəhəri 9 saylı notariat ofisinin 1159 saylı, xx.xx.2019-cu il tarixli məktubundan da göründüyü kimi xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 vərəsəlik işi ilə əlaqədar olaraq vərəsələrin dairəsi müəyyən edilməsi göstərilmişdir. Sonradan Bakı şəhəri 9 saylı notariat ofisi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məktub ünvanlayaraq X6 mülkiyyətində olan “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ" markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin göndərilməsini xahiş etsə də, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi qeyd edilən nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin onlarda deyil mülkiyyətçidə olduğunu qeyd etmiş və həmin nəqliyyat vasitələrinə dair kompüter çıxarışlarını təqdim etmişdir. Kompüter çıxarışlarında nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində göstərilən bütün məlumatlar öz əksini tapsa da, Bakı şəhəri 6 saylı notariat ofisi xx.xx.2019-cu il tarixli, 2732 saylı məktubu ilə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün X6 mülkiyyətində olan “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı,“BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı,“BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ" markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin (bundan əlavə miras qoyanın atasının ölüm haqqında şəhadətnaməsi, nikah və ya boşanma haqqında şəhadətnamələrin, subaydırsa subaylıq haqqında arayışın) təqdim edilməsini, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərərək vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Bundan sonra yenə də Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək qeyd edilən nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin dublikatının təqdim edilməsi üçün müraciət etsələr də, yenə də 98238-1219 saylı, xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, yeni qeydiyyat şəhadətnamələrinin verilməsi üçün nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələri və müvafiq sənədlərlə birlikdə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə müraciət edilməlidir. Eyni zamanda qeyd olunan əmlaklardan əlavə X6 mülkiyyətində olan “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də onun ölümündən yəni, xx.xx.2019-cu il tarixdən sonra qanunsuz olaraq xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında X10 mülkiyyətinə keçmişdir. Həmin müqavilədən göründüyü kimi həmin nəqliyyat vasitəsi 25000 (iyirmi beş min) manata satılmışdır. Faktiki olaraq həmin pul məbləği Cavabdeh11 ödənilmişdir. Müqavilənin bağlandığı tarixə mərhum X9 artıq dünyasını dəyişdiyindən bu pul (25000 manat) ona ödənilə bilməzdi. Həmin məbləğ də miras kütləsinə daxil edilməli və bu məbləğin 1/3 hissəsi də Cavabdeh11 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin, xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən göründüyü kimi iş üzrə cavabdeh (icarəyə verən) Cavabdeh2 ilə (icarəçi) “X18” MMC arasında imzalanmış icarə müqaviləsinə əsasən mübahisələndirilən ünvan 9 ünvanında yerləşən 7 saylı mənzil 10 il müddətinə icarəyə verilmiş, icarə haqqının məbləği isə 1400 manat (bir min dörd yüz) müəyyənləşdirilmişdir. Faktiki olaraq sadə riyazi hesablama aparmaqla müəyyən etmək olur ki, Cavabdeh2 bu ərizənin tərtib edildiyi ana 36400 (otuz altı min dörd yüz) manat gəlir əldə etmişdir. 1400*29 (ayların ayı)=40600. Həmin məbləğin 1/3 hissəsi səlahiyyətsiz şəxsdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin daşınmaz əmlak hal-hazırda da “Oba Market” olaraq fəaliyyət göstərməkdə davam edir. Bundan başqa sonradan əlavə araşdırmalar aparılması məqsədilə vəkil tərəfindən “Azəriqaz” İB-nə xx.xx.2020-ci il tarixli, 536 saylı“ miras qoyan X7 ölkə üzrə məxsus abunə, abonent kodlan barədə məlumat verilməsi barədə” sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq “Azəriqaz” İB tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda Birliyin abonentlər bazasında X9 adında iki kod olduğu, kodlardan birinin ünvanının ünvan 10r. Lakin o, belə bir mənzilin mövcudluğu barədə məlumatsız olmuşdur. Bundan sonrakı müddətdə aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, sözügedən 110 saylı mənzil "xxxx" MTK tərəfindən inşa edilmişdir. Sonradan vəkillə birlikdə Cavabdeh10 MTK-da olduqda həmin mənzilin xx.xx.2019-cu il tarixdə miras qoyanın qardaşı Cavabdeh9 adına keçirildiyi məlum olmuş, təqdim edilmiş xx.xx.2015-ci il tarixli müqavilədən göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu 7- ci mikrorayon, 3123-cü məhəllədə inşa edilmiş 110 saylı mənzil miras qoyan X7 məxsus olmuşdur. Həmçinin xx.xx.2019-cu il tarixli müqavilədən göründüyü kimi sözügedən mənzilə dair Cavabdeh9 ilə yeni müqavilə bağlanmışdır, mənzilin pay haqqının ödənilməsinə dair yeni arayış (maliyyə arayışı) verilmişdir. Göründüyü kimi, mənzil qanunsuz olaraq qüvvədən düşmüş etibarnamə əsasında miras qoyanın ölümündən sonra Cavabdeh9 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə yazılı olaraq çıxış ünvanlayaraq, iddia tələblərinin əsasən məhz etibarnamə üzrə təmsil etdiyi və vəkil olaraq hüquqlarını müdafiə etdiyi Cavabdeh1 münasibətdə olan hissələrinə dair mövqelərini bildirərək qeyd etmişdir ki, iddiaçının qanuni nümayəndəsi iddia tələblərini əsaslandırarkən, mərhum Əhmədov Rövşənlə səmimi mehriban ailə münasibətlərinin olduğunu bildirməklə, onun iradəsinə zidd olaraq əmlakların digər şəxslərin adına keçirilmiş olması təəssüratı yaratmağa çalışır. Bu zaman iddiaçının qanuni nümayəndəsi hansısa sübutlara istinad etmədən yalnız mülahizələr irəli sürür. İşin mübahisəsiz halı odur ki, mərhum Əhmədov Rövşən və Nümayəndə arasında rəsmi nikah münasibətləri olmamışdır. İddiaçının qanuni nümayəndəsinin mülahizələrinə görə mərhumla faktiki nikah münasibətlərində olmuş, mehriban ailə olaraq yaşamışlar. İsmayıllı rayonu, İvanovka kəndi Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerşələn fərdi yaşayış evini guya mərhum Əhmədov Rövşən məhz onun üçün tikdirmiş və bağışlama müqaviləsinin nəticəsi olaraq ona məxsus olmalı olan əmlak mənimsənilmişdir. Mərhuma məxsus əmlakların bağışlama müqavilələri nəticəsində özgəninkiləşdirilməsi bir neçə ay davam etmişdir. Bu zaman əmlakların müxtəlif şəxslərə bağışlanması onu deməyə əsas verir ki, bağışlamalar məhz mərhumun iradə ifadəsi olmuşdur. Bağışlamanı həyata keçərən şəxs mərhumun iradəsinə uyğun olaraq hansı əmlakı hansı şəxsə bağışlanmalı olduğunu müəyyən etmişdir. Mərhumun sağlığında onun iradəsi olmadığı təqdirdə ən azı etibarnaməni ləğv etməsi mümkün idi. Əmlak əldə edən şəxslər arasında bağışlanan əmlaklarla bağlı mübahisələrin olmaması da bağışlamaların mərhumun iradə ifadəsinə uyğun həyata keçirildiyini deməyə əsas verir. İkinci məqam Nümayəndəin mülahizələrinin həqiqətə uyğun olamamasını təsdiq edən sənədlərlə bağlıdır. Belə ki, xx.xx.2013-cü il tarixdə Nümayəndə Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdeh X4 uşağın saxlanması üçün aliment tutulmasını tələb etmiş, Əhmədov Rövşən iddia tələbini qəbul edərək, ayda 150 manat məbləğində aliment tutulmasına razılıq vermişdir. Buna baxmayaraq, Nümayəndə uşaqla görüşü qadağan etmiş və Əhmədov Rövşən uşaqla ünsiyyət tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(010)-2584/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Əhmədov Rövşənə uşaqla ünsiyyət üçün vaxt müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsində cavabdeh Nümayəndə izahatı əks olunur. O bildirmişdir ki, aliment ödəmək iddiaçının borcudur və aliment ödənilməsi uşaqla ünsiyyətdə olmağa əsas vermir. Bu səbəbdən iddia rədd olunmalıdır. Qətnamədə göstərilən hallar mərhum X5 İrina arasında olan münasibətlərin nə dərəcədə səmimi olduğunun göstəricisi hesab edilə bilər. İsmayıllı rayonu, İvanovka kəndi Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə X6 adına qeydiuyyata alınmışdır. Buna qədər torpaq sahəsi əldə edilmiş və orada tikinti işləri aparılmışdır. Tikinti işlərinin aparılma müddəti də nəzərə alındıqda, Binəqədi Rayon Məhkəməsində uşaqla ünsiyyətə dair məhkəmə çəkişməsi gedən ərəfələrdə tikinti işlərinin planlaşdırıldığı məlum olur. Bu mübahisələr gedə-gedə mərhum Əhmədov Rövşənin uşağını görməyə maneə yaratdığı şəxsə İsmayıllı rayonunda ev tikdirməsi inandırıcı sayıla bilməz. Əlavə olaraq nəzərə alınmalıdır ki, mərhum tərəfindən oğlunun dünyaya gəlməsi ilə əlaqədar olaraq ona ikiotaqlı mənzil hədiyyə edilmişdir ki, bu da Nümayəndəin qəyyumluq komissiyasında vermiş olduğu ifadədə təsdiqini tapır. Yəni hətta buna baxmayaraq, uşağı ilə ünsiyyətə problem yaradan İrina Pereytsveyq bu gün, Əhmədov Rövşən artıq həyatda olmadığı zaman, guya çox mehriban ailə olduqları təsəvvürü yaratmağa çalışır. Bundan əlavə nəzərə alınmalıdır ki, mərhum ömrünün son dövrlərində onkoloji xəstə olmuş və həmin müddətdə ona tələb olunan xüsusi qulluq məhz qızı Cavabdeh1 tərəfindən edilmişdir. Xəstəliyinin şiddətlənməsi ilə əlaqədar mərhum yuxarı mərtəbəyə çıxıb-düşməsində problem olduğu səbəbindən aşağı mərtəbədə mənzili olan bacısı Cavabdeh2 evinə daşınmış və orada da qayğı ilə əhatə olunmuşdur. Bütün bu müddət ərzində Nümayəndə tərəfindən xəstəyə heç bir mənəvi dəstək görülməmiş, hətta xəstənin halı ilə maraqlanmağı belə rəva görməmişdir. Mərhum dünyasını dəyişdikdən sonra, maddi sərvət əldə etmək üçün hal-hazırki iddia tələbləri ilə məhkəməyə müraciət olunmuşdur. Belə olan halda, iddianın onlara münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Nümayəndə vəkili və nümayəndəsi Vəkil4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, aralarında barışıq yoxdur. Razılıq əldə etmək üçün tərəflərlə görüşmüşlər, lakin Emilin qanuni nümayəndəsi məhz İsmayıllı rayonu, İvanovka kəndində olan daşınmaz əmlakdan 1/3 hissədə paya israrlı olduğu üçün razılıq əldə oluna bilməmişdir. İddiaçı, onun anası və Rövşən müəllim bir yerdə iddiaçının anasına Rövşən müəllim tərəfindən alınan evdə yaşamışlar. Səbail rayonunda yerləşən torpaqlar 12 sotdur. Onlar Cavabdeh2 ilə bağlanmış icarə müqaviləsi üzrə icarə haqqını 40600 manat müəyyən etmiş və icarə haqqı üzrə də Emilin gələcəkdə təhsili və yaşaması üçün 25000 manatın hamısını istəyirlər. İcarəni mart ayından hesablamış, 1400 manata vurub 3-ə bölmüşlər. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia yazılı məhkəmə çıxışının məzmununa uyğun izahat verərək tələbini qəbul etmədiklərini bildirdi və iddianın təmin olmamasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, aralarında barışıq yoxdur. Təmsil etdiyi şəxs nəticə olaraq 3 əmlakı özündə saxlamaq istəyir, əgər bu razılıq olmayacaqsa onlar tərəfindən qeyri-yaşayış sahəsində də 1/3 pay tələb edilə bilər. Əgər şəxsin ölümündən sonra bağışlama iradə ifadəsi sayılacaqsa bu hal İsmayıllı rayonu, İvanovka kəndində olan əmlaka da aid olmalıdır, həmin əmlaka aid deyilsə bu miras kütləsinə qayıdır, miras kütləsinə qayıdırsa orada onların qanun üzrə vərəsəlik hüquqları yaranır. Onların kompramisə gediləcək yerləri yoxdur. Mübahisəli əmlakların yeddisi mərhumun özü tərəfindən bacı və qardaşının adına özəlləşdirilmişdir. 20 sayda əmlakdan mərhumun birinci dərəcəli vərəsəsi olan doğma qızı Cavabdeh1 mülkiyyətinə cəmi 3 əmlak keçmiş və bu zaman mərhumun iradə ifadəsi olmuşdur. Bundan başqa İsmayıllı rayonu, İvanovkadakı əmlak konkret olaraq Rəna xanım üçün inşa olunmuş, mərhum Rövşən müəllim qızına bu evi ona tikdirəcəyini bildirmişdir. İddiaçı tərəf Emil üçün tikildiyini desə də, həmin uşaq doğulmadan necə ona ev tikdirilib. İvanovkadakı evin çıxarışı 2016-cı ildə alınmış, ev də bir neçə il tikintisi nəzərə alınsa 2016-cı ildən əvvəl tikilimiş, bir neçə il onun tikintisini nəzərə alınsa Emilin həmin vaxt 3-4 yaşı olmuş, 3-4 yaşındakı uşağa həmin evi onun üçün tikəcəyini deməsi inandırıcı deyil. Ola bilsin ki, Rövşən müəllim hər iki ailəyə də evi onlara tikdirdiyini demişdir. İddia tələbində olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qıznının barəsində xüsusi qərardad çıxarılması ilə bağlı bildirdi ki, mülki prosessual qanunvericilikdə xüsusi qəradadla bağlı konkret tələblər var ki, həmin səlahiyyət tərəflərdə yoxdur və qanunda nəzərdə tutulmamışdır. Ümumiyyətlə o hissənin müzakirəsinə belə ehtiyac yoxdur. Cavabdeh11 çox etibarlı insan olmuş, onun tərəfindən mərhum Rövşən müəllimin verdiyi tapşırıqları yerinə yetirilmişdir. Hazırda əgər əmlaklar bir şəxsə bağışlanılsa idi, nədənsə şübhələnmək olardı. İddiaçının iddianın sonunda əldə edəcəyi əmlak, Cavabdeh1 olan əmlakların dəyərindən yuxarı olacaq. Onların mülkiyyətlərinə verilmiş əmlaklara toxunulmasın. O, iddia tələbində olan maşınlarla bağlı bildirdi ki, maşınlar şirkətin maşınlarıdır və onun mülkiyyəti olmuşdur. Bununla bağlı paya etiraz etmirlər. Məhkəmə iclasında Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın təmin olmamasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, qarşı tərəflə barışıq əldə etməyə çalışsalar da aralarında barışıq yoxdur. ünvan 8, mənzil 7 yerləşən mənzilin icarə müqaviləsi pandemiya dövrünə düşdüyünə görə tərəflər arasında razılıq əldə edilərək 1400 manata deyil 800-900 manat məbləğə dəyişdirilmişdir. Burada əmlak sayı çox olsa da xırda əmlaklar olduğu üçün dəyərləri elə də çox deyil. Mərhum Rövşən müəllim rəhmətə getmədən öncə Emilə məhkəmə yolu ilə atalıq tanınmış, 150 manat aliment kəsilmiş, mərhum Emilə çox yaxşı baxmışdır. Röşən müəllim sağ olanda əmlakların bir hissəsini qızına, qardaşına bağışlamış, yəni Emili vərəsə kimi qəbul etməmiş, ona heç nə bağışlanmamışdır. Mərhum Rövşən müəllim xəstə yatan dövrdə də Emilin anası onunla maraqlanmamışdır. Mərhum Rövşən müəllim ağır xəstəlikdən dünyasını dəyişib, həmin xəstəliklə bağlı xarici dövlətlərdə müalicə almış və bu müalicələrə külli miqdarda vəsait xərclənmişdir. Bu müalicə üçün sərf olunan pullar bu əmlakların hesabına ödənilmiş, yəni kiməsə söz verilmiş və kömək olunmuşdur. Mərhumun bacısı Cavabdeh2 məktəb direktoru olmuş, mərhuma maddi yardım göstərmiş, yəni mərhum neçə ay xəstə yatmış, işləməmiş, bunların qarşılığında onun müalicəsi üçün 50000-80000 avro xərclər çəkilmişdir. Mərhum Rövşən müəllimin rəhmətə gedəndən sonra bir-iki gün fərqlə olan işlərlə bağlı olan müddət texniki məsələlər ilə əlaqədar müddətdir. Yəni, məsələn 26 fevral 2019-cu il tarixdə sənədlər notariusa verilmiş, həmin vaxt yollar bağlı olduğu üçün 27-28 fevral 2019-cu il tarixdə olan əqdlər texniki baxımdan gecikmiş, yəni bu gecikmələr məqsədli formada edilməmişdir. Mərhum Rövşən müəllimin mövqeyi əmlaklarını bağışlamaq ibarət olmuşdur. Mərhum Rövşən müəllimə dəfələrlə demişlər ki, Emilə də de istədiyin əmlak bağışlanılsın, mərhum Rövşən müəllim isə Emilə heç nə bağışlamaq istəmədiyini bildirmişdir. Amma buna baxmayaraq Emilə Rövşən müəllim rəhmətə gedəndən sonra Nazim müəllim ayda 1000 manat pul ödəmişdir. İcarədə olan əmlakla bağlı qərar qəbul edilərkən əmlaka dair verilən vergilər də nəzərə alınmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh11, Cavabdeh10 MTK, Bakı şəhəri 6 saylı notariat ofisi, İsmayıllı rayon notariat ofisi, Cavabdeh8, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsi, Bakı şəhəri 9 saylı notariat ofisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, Azərbaycan Respublikası Baş X19 İdarəsi məhkəmə iclasına gəlməmişdir. cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı ünvan 12 ünvanlayaraq onların məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmişlər.Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Nümayəndə ilə X9 faktiki nikah münasibətlərində olmuşlar. Həmin nikahdan xx.xx.2010-cu il tarixdə İddiaçı anadan olmuş və X6 onun atası olması müəyyən olunmuşdur. X9 tərəfindən xx.xx.2017-ci il tarixdə 10 il müddətinə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, digər əqdləri bağlamaq və digər hərəkətləri etmək səlahiyyətlərini Cavabdeh11 etibar etmişdir. Cavabdeh11 tərəfindən həmin etibarnamə əsasında X6 adından ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi ilə ünvan 13 ünvanında yerləşən 30 saylı mənzili Cavabdeh1, Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə- 1222 reyestr nömrəli bağışlama müqaviləsi ilə ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2, Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli bağışlama müqavilələri ilə Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851t ünvanında yerləşən bağ evi, ünvan 16yonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsi (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında), Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsi (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) Cavabdeh13 bağışlamışdır. xx.xx.2019-cu il tarixdə X9 vəfat etmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixli etibarnamə əsasında X6 adından Cavabdeh11 tərəfindən İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli bağışlama müqaviləsi ilə İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1, Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli bağışlama müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzili Cavabdeh2 bağışlanılmış, həmin bağışlama müqavilələri üzrə şəxslərə mülkiyyətlərini təsdiq edən Çıxarışlar verilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə X6 adına “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qeydiyyatda olduğu müəyyən edilmişdir. İddiaçı qanuni nümayəndəsi tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə həmin avtomobillər barədə müraciət edilmiş, Bakı şəhəri 9 saylı notariat ofisi xx.xx.2019-cu il tarixli, 2732 saylı məktubu ilə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün X6 mülkiyyətində olan “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı,“BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı,“BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ" markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin (bundan əlavə miras qoyanın atasının ölüm haqqında şəhadətnaməsi, nikah və ya boşanma haqqında şəhadətnamələrin, subaydırsa subaylıq haqqında arayışın) təqdim edilməsini, əks təqdirdə məhkəməyə müraciət edilməsini bildirmişdir. xx.xx.2019-cu il tarixli məktub ilə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxsin nəqliyyat vasitələri və müvafiq sənədlərlə birlikdə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə müraciət edilməsi X2 bildirilmişdir. “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixli etibarnamə əsasında X6 adından xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə X11 25000 (iyirmi beş min) manat pul məbləğində satılmışdır. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 MTK ilə Cavabdeh9 arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmış, müqaviləyə əsasən, MTK həmin mənzilin tikintisini, payçı isə onun ümumi dəyərinin 100% ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə “X18” MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən isə ünvan 8 ünvanında yerləşən 7 saylı mənzil aylıq 1400 manat məbləğdə icarəyə verilmiş, xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə saziş bağlanaraq icarə haqqı 1055 manat müəyyən edilmişdir. Hazırda mərhum X6 vərəsələri Cavabdeh1, X8 və İddiaçıdur. İddiaçı qanuni nümayəndəsi hazırda iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyd olunan əmlaklarda onun məcburi payının müəyyən olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi). Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli, həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Məhkəmə ilk öncə iddia tələbinin “İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsinə və İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi, ünvan 18 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsinə və İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 ilə Cavabdeh9 arasında bağlanmış müqavilənin və Cavabdeh9 adına verilmiş arayışın (maliyyə arayışının) etibarsız hesab edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakların siyahısına daxil edilməsi və vərəsə İddiaçı Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzil üzərində 1/3 hissədə miras payının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir. X1 xx.xx.2019-cu il tarixdə vəfat etsə də, onun sağlığında Cavabdeh11 verdiyi xx.xx.2017-ci il tarixli etibarnamə əsasında Cavabdeh11 tərəfindən X6 adından İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli bağışlama müqaviləsi ilə İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1, Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli bağışlama müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzili Cavabdeh2 bağışlanılmış, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 MTK ilə Cavabdeh9 arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmışdır. Eyni zamanda, Mülki Məcəllənin 366.1-ci maddəsi ilə etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 366.2ci və 366.4-cü maddələrinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Məhkəmə bununla bağlı bildirir ki, hazırki halda Cavabdeh11 mərhumun sürücüsü, xeyrinə bağışlanma müqavilələri bağlanan şəxslər də mərhumun övladı, bacı və qardaşı olmuş və onların da mərhumun vəfat etməsindən məlumatları olmuşdur. Bu isə X9 tərəfindən Cavabdeh11 verilmiş xx.xx.2019-cu il tarixdə, yəni onun vəfat etməsi vaxtından xitam verilmiş xx.xx.2017-ci il tarixli etibarnamə üzrə bağlanılmış əqdlərin Mülki Məcəllənin 331.1-ci və 337.1-ci maddələrinə əsasən etibarsız sayılması üçün əsasdır. Belə olan halda mərhum X6 ölümündən sonra xitam verilmiş etibarnamə əsasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli bağışlama müqavilələri xx.xx.2019-cu il tarixli podrat müqaviləsi etibarsız hesab edilməli, bağışlama müqavilələri əsasında bağışlanılmış ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Cavabdeh2 adına və ünvan 19 ünvanında yerləşən 30 saylı mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışlar, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh9 adına verilmiş maliyyə arayışı bu müqavilələr əsasında verildiyi üçün etibarsız hesab edilməli, həmin əmlaklar mərhum X4 miras qalmış əmlakların siyahısına daxil edilməli və onlar üzərində İddiaçı 1/3 hissədə miras payı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “ünvan 20 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsinə, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsinə və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Nərimanov rayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə- 1222 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsinə və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ evinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin bağ sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin torpaq sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin torpaq sahəsinə dair Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın mərhum X4 miras qalmış əmlakın siyahısına daxil edilməsi və İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 1200-ci və 1201-ci maddələrinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Göründüyü kimi X9 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ölümündən öncə bağışlanan əmlakların bağışlanılmasından iki il keçməmişdir. Buna görə də həmin əmlaklar hədiyyə olaraq hesaba alınmır. Bu zaman iddiaçının qeyd olunan əmlaklardan qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olan hissəni tələb etmək hüququ yaranır. Bütün bunlar isə Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən həmin bağışlama müqavilələrinin ləğv edilməsinə gətirib çıxarır. Cavabdeh13 və Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışlar bu müqavilələr əsasında verildiyi üçün onlar da ləğv edilməli, həmin əmlaklar mərhum X4 miras qalmış əmlakların siyahısına daxil edilməli və onlar üzərində İddiaçı 1/6 hissədə məcburi payı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “X6 mülkiyyətində olan “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırda həmin avtomobillər X6 mülkiyyətində olduğu və onlar üçün qeydiyyat şəhadətnaməsi alına bilinmədiyi üçün iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçini iddia tələbinin “** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı miras payının müəyyən edilməsi və həmin məbləğin Cavabdeh11 tutularaq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, X6 əvəzindən etibarnamə əsasında Cavabdeh11 ilə X13 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə X13 vicdanlı alıcıdır və onun tərəfindən müqavilə üzrə 25.000 manat məbləğ Cavabdeh11 ödənilmişdir. Lakin müqavilə X6 ölümündən sonra bağlanıldığından, hazırki halda da iddiaçının qanuni nümayəndəsi tərəfindən alqı-satqı qiymətinin üzərində pay hüququnun tanınması tələb edildiyindən həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı 1/3 hissədə, yəni 8334 (səkkiz min üç yüz otuz dörd) manat olmaqla miras payı müəyyən edilməli və həmin vəsait Cavabdeh11 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ev 35 ünvanında yerləşən 7 saylı mənzilin icarəyə verilməsindən əldə edilmiş gəlir olan 40600 (qırx min altı yüz) manat pul vəsaitinin 1/3 hissəsi üzərində vərəsə İddiaçı miras payının müəyyən edilməsi və həmin məbləğin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ev 35 ünvanında yerləşən 7 saylı mənzil Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən “X18” MMC-yə 1400 manat məbləğdə icarəyə verilmiş, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə” saziş bağlanaraq icarə haqqı 1055 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan müqavilə də X6 ölümündən sonra bağlanıldığından həmin icarə haqqı üzərində iddiaçının 1/3 hissədə miras pay hüququ mövcuddur. Belə olan halda, icarə haqqı xx.xx.2019-cu il tarixdən ödənilməyə başlanıldığından, icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə saziş bağlanana qədər (8 ay* 1400 manat) 11200 manat, həmin tələbə dair ərizənin məhkəməyə xx.xx.2021-ci il tarixdə verilməsi nəzərə alınmaqla həmin saziş bağlanıldıqdan sonra isə (21 ay* 1055 manat) 22155 manat icarə haqqı müəyyən edilməli, icarə haqqı üzrə miras pay hüququ (11200 manat + 22155 manat) 33.355 manat vəsait üzrə hesablanmalı, həmin gəlir üzrə iddiaçının miras payı müəyyən edilərək həmin gəlirin 1/3 hissəsi olan 11118,00 manat Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hərəkətlərində cinayətin əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə Cavabdeh2 və Cavabdeh1 əməlində hazırda cinayət tərkibi müəyyən olmadığından, onlar barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 MTK ilə Cavabdeh9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və sonuncunun adına verilmiş maliyyə arayışı etibarsız hesab edilməli, həmin əmlaklar miras əmlaka daxil edilməli, həmin əmlaklar və “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair İddiaçı 1/3 hissədə miras payı, ünvan 13 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi, ünvan 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli müqavilə və onlar əsasında həmin mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851t ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələri və həmin müqavilələr əsaında Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışlar ləğv edilməli, həmin əmlakların hər birinə dair İddiaçı 1/6 hissədə məcburi miras payı müəyyən edilməli, ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X13 ilə bağlanmış 28 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı 1/3 hissədə olmaqla 8334 (səkkiz min üç yüz otuz dörd) manat miras payı müəyyən edilməli və həmin vəsait Cavabdeh11 İddiaçı xeyrinə tutulmalı, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Cavabdeh2 ilə “X18” MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliklər barədə sazişin şərtləri nəzərə alınmaqla) icarə müqaviləsi əsasında əldə edilmiş 33355,00 (otuz üç min üç yüz əlli beş) manat gəlirin 1\3 hissəsi olan 11118,00 (on bir min yüz on səkkiz) manat vəsait Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının qanuni nümayəndəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə- 180 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 MTK ilə Cavabdeh9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və sonuncunun adına verilmiş maliyyə arayışı etibarsız hesab edilsin, həmin əmlaklar miras əmlaka daxil edilsin, həmin əmlaklar və “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair İddiaçı 1/3 hissədə miras payı, ünvan 13 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 2 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi, ünvan 21 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair ünvan 2 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli müqavilə və onlar əsasında həmin mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851t ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələri və həmin müqavilələr əsaında Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışlar ləğv edilsin, həmin əmlakların hər birinə dair İddiaçı 1/6 hissədə məcburi miras payı müəyyən edilsin. ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X13 ilə bağlanmış 28 fevral 2019cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı 1/3 hissədə olmaqla 8334 (səkkiz min üç yüz otuz dörd) manat miras payı müəyyən edilsin və həmin vəsait Cavabdeh11 İddiaçı xeyrinə tutulsun. ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Cavabdeh2 ilə “X18” MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliklər barədə sazişin şərtləri nəzərə alınmaqla) icarə müqaviləsi əsasında əldə edilmiş 33355,00 (otuz üç min üç yüz əlli beş) manat gəlirin 1\3 hissəsi olan 11118,00 (on bir min yüz on səkkiz) manat vəsait Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumu İddiaçı qanuni nümayəndəsi Nümayəndə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar