Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2301/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı Təmən oğlu tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 318,35 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 348,35 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş 28 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, iş üzrə hazırlıq iclası 05 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, əsassız hesablanmış 345 manat borcun Bakı şəhəri, Rizvan Teymurov küçəsi, ev 63, mənzil 127-nin hesabından (Abonent kodu **********01270) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş 01 iyul 2022-ci tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə İddiaçı iddiasına dair 2(007)-2301/2022 saylı mülki iş və Cavabdeh iddiasına dair 2(007)-2261/2022 saylı mülki işin bir-biri ilə əlaqəli olduğundan onların bir icraatda birləşdirilməsi məsələsi ilə bağlı proses iştirakçılarının fikirlərini soruşur. Proses iştirakçıları 2(007)-2301/2022 saylı mülki işlə 2(007)-2261/2022 saylı mülki işin bir icraatda birləşdirilməsinə etiraz etmədilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər bir biri ilə əlaqəli olduğu üçün onların bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə, MPM-nin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair 2(007)- 2301/2022 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(007)- 2261/2022 saylı mülki işlə birləşdirilməli, 2(007)-2301/2022 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair 2(007)-2301/2022 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(007)- 2261/2022 saylı mülki işlə birləşdirilsin. 2(007)-2301/2022 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2301/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2301/2022
18.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver