Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-233/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Heydər Əliyev adına X14 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X14 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X20 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-də inşa olunmuş daş hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X17 məxsus neft məhsulu nəql olunan Dş-300 mm. neft boru kəmərinin “Mühafizə Zonasının 10 metrlik məsafəsində torpaq zəbt edilməklə Bakı şəhəri, Nizami rayonu Pəhləvan Fərzəliyev küçəsi ev 150 “D” (“Lokomativ”in yaxınlığında) özbaşına mişar daşından sahəsi 10 x 2 metr olan hasar inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X20 Azərbaycan Respublikası Dövlst Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif sexlərdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sexlərin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, X8 hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Məhkəmə iclasında iddiaçı Heydər Əliyev adına X14 nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatının dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş 04 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, inventar nömrəsi ******* olan Dş-300 mm Reaktiv boru xətti Heydər Əliyev adına BNEZ-in balansındadır. - 26 fevral 2020-ci il tarixdə qarovul rəisi S.C.Qasımov, atıcı S.H.Babayeva və sürücü N.İ.Məmmədova tərəfindən tərtib olunmuş aktdan görünür ki, aktı tərtib edənlər 26.02.2020-ci il tarixdə saat 22.30 radələrində 3 saylı qarovulun ikinci iş növbəsində 39 saylı postun ərazisində yəni, P.Fərzəliyev “150”-də yaşayan Natiq adlı vətəndaşa məxsus olan qanunsuz tikilinin həyətyanı sahəsindəki qanunsuz 10 metr uzunluğunda, 5 mişardaşı hündürlüyündə hasar tərəflərindən sökülmüşdür. Bu barədə zavod növbətçisinə, komanda rəhbərliyinə Tİ-nin növbə rəisinə məlumat verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2012-ci il tarixli 2(007)-117/2012 nömrəli qətnaməsinə əsasən, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən tikilinin özbaşına tikili hesab edilməsi, həmin tikilidən cavabdehlər Cavabdeh, X1, X9, X10, X7 və X2 çıxarılması və tikilinin həmin cavabdehlər hesabına sökülməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri 70 manatın Cavabdeh, X1, X9, X10, X7 və X3 müştərək qaydada alınması qət edilmişdir. Məhkəmə tərəfindən 12 noyabr 2020-ci il tarixdə tərəflərin iştirakı ilə ünvan 2 ünvanında yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cavabdehin Cavabdeh tərəfindən, Heydər Əliyev adına X17 məxsus olan boruların təqribən 1,5-2 metr yaxınlığında tikililər, həmçinin daş hasar inşa edilmişdir. Həmin inşa edilmiş daş hasar iddiaçıya məxsus olan kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaradır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X17 məxsus neft məhsulu nəql olunan Dş-300 mm. neft boru kəmərinin “Mühafizə Zonasının 10 metrlik məsafəsində torpaq zəbt edilməklə Bakı şəhəri, Nizami rayonu Pəhləvan Fərzəliyev küçəsi ev 150 “D” (“Lokomativ”in yaxınlığında) özbaşına mişar daşından hasar inşa edilmişdir. X13 adına X11suz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaq la) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İstismar olunan ixrac neft boru kəmərlərinin “mühafizə zonasının” müəyyənləşdirilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı qərarının 4.1-ci və 4.6-cı bəndlərinə əsasən ixrac neft boru kəmərlərinin marşurutu boyunca boru kəmərinin hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi, əsas və aralıqdurma doldurma stansiyalarının, rezervuar parklarının, doldurma və boşaltma estakadalarının və körpülərinin neftin və neft məhsullarının qızdırılması məntəqələrinin ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metrlik məsafədə yerləşən torpaq sahəsində mühafizə zonaları yaradılır. Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsinin 02 mart 2009- cu il tarixli əmri ilə təsdiq olunmuş “Dövlət Tikinti Normaları X8 və Layihələşdirmə Normalarının AzDTN 2.9-2 (ShiP 2.05.06-85əvəzinə)” 5-ci bəndinə əlavə edilmiş 4-cü cədvələ əsasən diametri 300 mm və aşağı olan X8nin mühafizə zolağı oxdan minimum 75 metr məsafədə olmalıdır. “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxmımdan yaratdığı riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilmiş daş hasar dövlətin müstəsna mülkiyyətində olan Heydər Əliyev adına X17 məxsus boru kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, qanunla müəyyən olnmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına aparılmışdır. Qeyd olunan hasar neft boru kəmərlərinin mühafizə zonasında inşa edildiyindən, tikinti neft boru kəmərlərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlara sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından ünvan 3 ünvanında yerləşən hasar cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2-də inşa olunmuş daş hasar özbaşına (qanunsuz) tikili hesab edilməli və tikili cavabdehin hesabına sökülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında inşa olunmuş daş hasar özbaşına (qanunsuz) tikili hesab edilsin və tikili cavabdehin hesabına sökülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-233/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-233/2021
16.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver