Məhkəmə qərarları › İş №2(007)-236/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-236/2025

14.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-236/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisi cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı Kamı̇ lova Aynurə Zakı̇ b qızının, Cavabdeh Əlı̇ nı̇ yaz oğlunun və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisi cəlb edilməklə Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisi cəlb edilməklə Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun və Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Qusar rayon torpaq şöbəsindən ona verilən JN: 154 kod 30106038 olan 10 may 2000-ci il tarixli və Qusar rayon Dövlət Notariat Kontorundan verilən 2V-198 və 2v-197 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən ona məxsus olan Qusar rayonunun Həsənqala kəndi ərazisində yerləşən 12999,37 kv.m torpaq sahəsinin alğısatqısına dair Qusar rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-ci il tarixdə Dövlət notariusu Y.R.Şəfıyeva tərəfindən təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını və onun əvəzinə saxta imza edənləri və saxta sənədlər tərtib və təqdim edənləri məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, guya xx.xx.2006-cı il tarixdə Qusar rayon torpaq şöbəsindən ona verilən JN:154 kod 30106038 olan 10 may 2000-ci il tarixli və Qusar rayon Dövlət Notariat Kontorundan verilən 2V-198/ və 2v-197/ reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən ona məxsus olan Qusar rayonunun Həsənqala kəndi ərazisində yerləşən 12999,37 kv.m torpaq sahəni ünvan 1 ünvanında yaşayan Cavabdeh satıb və sözügedən torpaq sahəsinə görə 5200 manat alıb. Bu barədə onların aralarında Qusar rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-ci il tarixdə Dövlət notariusu Y.R.Şəfıyeva tərəfindən təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlanıb. Bildirir ki, qeyd edilən müqavilə saxtadır, o, belə bir müqavilə bağlamayıb, nə də ki, belə bir müqavilədən xəbəri var. Müqavilənin sonunda “İmzalar” qrafasından da göründüyü kimi, onun ad və soyadının qarşısında olan imza ona məxsus deyil, buna onun şəxsiyyət vəsiqəsinə, həmçinin digər sənədlərinə də nəzər salınsa görmək olar. Əgər zərurət yaransa ekspertiza da təyin etmək olar. Hesab edir ki, onun və Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Qusar rayon torpaq şöbəsindən ona verilən JN:154 kod 30106038 olan 10 may 2000-ci il tarixli və Qusar rayon Dövlət Notariat Kontorundan verilən 2V-198 və 2V-197 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən ona məxsus olan Qusar rayonunun Həsənqala kəndi ərazisində yerləşən 12999,37 kv.m torpaq sahəsinin alğı-satqısına dair Qusar rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-ci il tarixdə Dövlət notariusu Y.R.Şəfıyeva tərəfindən təsdiq edilmiş müqavilə etibarsız hesab edilməli, onun əvəzinə saxta imza edənləri və saxta sənədlər tərtib və təqdim edənləri məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməlidir.

Cavabdehin etirazın əsasları və dəlilləri:

3. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddianın tamamilə əsassız olması ilə yanaşı həmin tələb üzrə iddia müddətinin də ötürülməsi səbəbindən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçının mübahisələndirməyə cəhd etdiyi torpaq alğı-satqı müqaviləsi xx.xx.2006-cı il tarixdə bağlanıb, həmin vaxtdan etibarən torpaq sahəsi onun sahibliyinə və istifadəsinə keçib, 2011-ci ildə isə mülkiyyət hüququna dair çıxarış alıb. Göründüyü kimi, iddiaçının mübahisələndirməyə cəhd etdiyi alğı-satqı müqaviləsinin bağlanmasından 18 ildən də çox müddət keçib. İddiaçı iddia ərizəsində torpağın onun mülkiyyətində keçməsini hansı səbəbdən 18 ildən sonra mübahisələndirməsinin səbəbini belə göstərə bilməyib. Başqa sözlə deyilərsə, “etibarsız” hesab etdiyi müqavilə əsasında onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməsini hər hansı formada mübahisələndirməməklə Konstitusiya Məhkəməsinin də ərizədə qeyd edilən qərarlarındakı hüquqi mövqeyinə görə əqdi mübahisələndirmək hüququnu itirmiş olur. Göründüyü iddia tələbi tamamilə əsassızdır və təmin oluna bilməz. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, hazırkı mübahisənin predmeti olan tələb üzrə iddia müddəti də ötürülüb. Belə ki, daşınmaz əmlaka dair alğı-satqı müqaviləsi 2006-cı ildə bağlandığından və həmin müqavilənin bağlanmasından 18 ildən də çox müddət keçdiyindən Mülki Məcəllənin 373-cü maddəsində sadalanan bütün iddia müddətləri, o cümlədən daşınmaz əmlaklarla bağlı əqdlər üzrə 6 illik iddia müddəti ötürülmüşdür. Qeyd edilənlərə əsasən Yuxarıda qeyd edilənlərə və Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, iddianın tamamilə əsassız olması ilə yanaşı iddia müddətinin də ötürülməsi səbəbindən iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları:

4. ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli X-272 saylı məktubun surətindən görünür ki, Qusar rayon notariat ofisinə xx.xx.2003-cü il tarixində vəfat etmiş mərhum X3 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X5 müraciəti daxil olmuşdur. Bildirirlər ki, X11, mərhum X3 vərəsələri sırasına daxildir.

5. ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli X-273 saylı məktubun surətindən görünür ki, Qusar rayon notariat ofisinə xx.xx.2002-ci il tarixində vəfat etmiş mərhum X10 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X5 müraciəti daxil olmuşdur. Bildirirlər ki, X11, mərhum X10 vərəsələri sırasına daxildir.

6. Dövlət Notariat Arxivi tərəfindən X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/6- 13-0-03-6/24 saylı məktubun surətindən görünür ki, Qusar rayonu dövlət notariat ofisində 05 sentyabr 2006-cı il tarixdə 2V-İ-197 2V-İ-198 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının verilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Bildirirlər ki, qeyd olunan şəhadətnamələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Dublikatın üzərində müvafiq qeydiyyat apanlaraq ona göndərilir.

7. Mübahisələndirilən xx.xx.2006-cı il tarixdə tərtib edilmiş və Qusar Rayon dövlət notariat kontorunda təsdiq edilərək reyestdə qeyd edilmiş alğı-satqı müvaviləsinin surətindən görünür ki, X2 rayonu, Həsənqala kəndində yerləşən sahəsi 12999,37 kv.m olan torpaq sahəsini Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir. Satıcı torpaq sahəsini 5200 YAM satmış, alıcı isə həmin qiymətə almışdır;

8. Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-c il tarixdə tərtib edilmiş və Qusar Rayon dövlət notariat kontorunda təsdiq edilərək reyestdə 4Ə-6- 1067 nömrəsi ilə qeyd edilmiş alğı-satqı müvaviləsinin surətindən görünür ki, X2 rayonu, Həsənqala kəndində yerləşən sahəsi 1,30 kv.m olan torpaq sahəsini Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir. Satıcı torpaq sahəsini 22000 YAM satmış, alıcı isə həmin qiymətə almışdır;

9. 2V-İ-197 nömrəsi ilə qeyd edilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci ildə vəfat etmiş X10 vərəsəsi X8r. Şəhadətnamə verilən əmlak JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən 0,63 ha torpaq sahəsindən ibarətdir.

10. 2V-İ-198 nömrəsi ilə qeyd edilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü ildə vəfat etmiş X3 vərəsəsi X8r. Şəhadətnamə verilən əmlak JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən 0,63 ha torpaq sahəsindən ibarətdir.

11. JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktının surətindən görünür ki, X14, X6 və X4 rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10/4 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı çizgidə göstərilən sərhəd daxilində 1,89 ha torpaq sahəsi verilmişdir.

12. Dövlət Notariat Arxivi tərəfindən məhkəmənin verdiyi sorğuya xx.xx.2024-cü il tarixli 3-16-5/6-11-1399/24 saylı cavabından görünür ki, Qusar rayon dövlət notariat ofisində 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələr üzrə aparılmış araşdırma nəticəsində İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə 4Ə-6-1067 reyestr nömrəli müqavilədən (Qusar rayonu, Həsənqala kəndində yerləşən sahəsi 1,30 kv.m olan torpaq sahəsi nəzərdə tutulur) başqa notariat qaydasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Qoşmaya əlavə edilən notariat işi Qusar rayonu, Həsənqala kəndində yerləşən sahəsi 1,30 kv.m olan torpaq sahəsini alğı-satqısına dair müqavilə olub.

13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəmənin verdiyi sorğuya xx.xx.2025-ci il tarixli 3-21- 3-34/2-2505/2025 saylı cavabından görünür ki, sorğu üzrə JN-154 saylı, Kod 30106038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-na əsasən 1.89 ha torpaq sahəsinin 1.299937 ha hissəsinin Cavabdeh satılması barədə alğı-satqı müqaviləsinin surəti məhkəməyə təqdim edilir. Qoşmaya əlavə edilən müqavilə Qusar rayonu, Həsənqala kəndində yerləşən sahəsi 12999,37 kv. m olan torpaq sahəsinin alğı-satqısına dair müqavilə olub.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəmənin verdiyi sorğuya xx.xx.2025-ci il tarixli 3-21- 3-34/2-3932/2025 saylı cavabından görünür ki, JN-154 saylı,Kod 30106038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-na əsasən 1.89 ha torpaq sahəsinin 1.299937 ha hissəsinin Cavabdeh adına qeydiyyata alınmasına əsas Qusar rayon DNKnun xx.xx.2006-cı il tarixli, 4Ə-6-1067 nömrəli alğı-satqı müqaviləsi olmuşdur. Eyni tarixli digər müqavilə barədə hər hansı məlumat aşkar edilməmişdir.

Tərəflərin izahatları:

15. Məhkəmə iclasında iddiaçı Kamı̇ lova Aynurə Zakı̇ b qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 2006-cı ildə vərəsəliyi qəbul etməyib, saxta yollarla alğı-satqı olub. Orada onun tanımadığı şəxsi əri kimi təqdim ediblər. Saxta nikah haqqında şəhadətnamə təqdim ediblər. Torpaq sahəsini xəbəri olmadan satıblar, torpaq sahəsinin satılmasına razılıq verməyib. Torpaq sahəsi vərəsəlik qaydasında ona keçib, ümumi sahəsi 1 hektar 89 sot kənd təsərrüfatı təyinatlı olub. Mübahisələndirilən, məhkəməyə təqdim etdiyi müqaviləyə imza çəkməyib. Müqavilənin əsli Notariat Ofisində də yoxdur. Hazırda Qusar rayon Polis Şöbəsi həmin sənədləri ekspertizaya göndərib. 2023-cü ilin avqust ayında sosial yardım almağa gedib, sistemdə adına torpaq sahəsi çıxıb. Torpaq şöbəsinə gedib, sonra o, Qusar rayon Notariat Ofisinə gedib, oradan Dövlət Notariat Arxivinə göndərdilər, zəruri sənədləri arxivdən təhvil alıb. Onu aldadaraq imza çəkdiriblər. O, imza çəkdiyi sənədin etibarnamə olduğunu düşünüb, vərəsə olduğunu bilməyib. Məhkəməyə təqdim olunmuş notariat işində olan Qusar rayonu, Həsənqala kəndində yerləşən sahəsi 1,30 kv.m olan torpaq sahəsinin alğı-satqısına dair müqavilədəki imza ona məxsusdur. Ola bilər ki, onu aldadıblar. Yasamal Rayon Məhkəməsində işdə 0,10 hektar torpaq sahəsini alğı-satqı müqaviləsinə aldadaraq imza çəkdiriblər. Topaq sahəsindən 2003-cü ilə kimi istifadə edib, 2005-ci idə nikaha daxil olub. Bir torpaq sahəsi olub, 2-3 nəfər arasında bölünərək satılıb. 2003-cü ildə 17 yaşı var idi, 2002-ci ildə saxta nikah olduğuna dair sənədləri tərtib edilib. Nikaha daxil olandan sonra elə bilirdi ki, əmlak vərəsəlik qaydasında qardaşına qalıb. 2023-cü ilə kimi torpaq sahəsi ilə maraqlanmayıb.

16. Məhkəmə iclasında Cavabdeh Əlı̇ nı̇ yaz oğlu iddia tələbini qəbul etməyib, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, polis idarəsinə və prokurorluğa çağırılıb. İddiaçı 1,30 hektar torpaq sahəsinin alğı-satqı müqaviləsinə imza çəkmədiyini və pul almadığını bildirir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanan zaman evli olmadığını bildirdi, lakin alğı-satqı zamanı iddiaçının ərinin imtina ərizəsi var. İddia ərizəsində olan iddiaçının imzası ilə alğı-satqı müqaviləsində olan imzanı müqayisə etdikdə, imzanın iddiaçıya məxsus olduğunu görmək olar. Torpaq sahəsinin alğı-satqısı zamanı iddiaçının atası və anası vəfat edib, hərəsinin 0,63 hektar torpaq sahəsi olub, ikisinin torpaq sahəsi 1,26 ha olur. Əgər alğı-satqı müqaviləsi bağlanarkən iddiaçı Notariat Ofisində olmayıbsa, nəyə görə əri orada olub. Bakı şəhəri Yasamal Rayon məhkəməsində olan işdə o, cavabdeh deyil. Bu sahələr pay torpaqlarıdır. Alğı-satqı zamanı Notariat Ofisinə 17-18 nəfər şəxs gəlib. Həmin ərazidə olan torpaq sahələrinin sahiblərinin hamısı Notariat Ofisinə yığışıb. Hamı ayrı-ayrılıqda alğı-satqıya razılıq verib. İddiaçı da həmin vaxt Notariat Ofisinə gəlib. 2006-cı ildə o, Qusar rayonun Balaqusar və Həsənqala kəndlərindən təxminən 13 və ya 15 payçıdan birlikdə torpaq sahəsi alıb. Alğı-satqı zamanı həmin şəxslər Notariat Kontorunda olublar. Həmin vaxt iddiaçının əri İlham adlı şəxs də orada olub, torpaq sahəsinin satılmasına razı olub və alğı-satqı müqaviləsinə həmin şəxs də imza çəkib. İddiaçının valideynləri vəfat edib, vərəsəlik əsasında həmin torpaq sahəsi qızlarına qalıb, həmin gün həm vərəsəlik işi açılıb, həm də alğı-satqı həyata keçirilib. Mübahisə predmeti olan torpaq sahəsinə dair hazırda onun adına rəsmiləşən çıxarış var. O, torpaq sahəsini 2006-cı ildə alıb, 18 il keçib, bu vaxta qədər iddiaçı narazılığını bildirməyib və ya məhkəmədə iddia qaldırmayıb.

17. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etməyib, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 2006cı ildə bağlanan alğı-satqı müqaviləsini 20 ilə yaxın müddət ərzində mübahisələndirməyib. Həmin müddət ərzində əmlaka sahiblik və istifadə edən Cavabdeh olub.

19. Məhkəmə iclasının yeri və vaxt barədə məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı:

19. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixdə tərtib edilmiş və Qusar Rayon dövlət notariat kontorunda təsdiq edilərək reyestdə qeyd edilmiş alğı-satqı müvaviləsininin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Həmin müqaviləyə əsasən iddiaçı X12 JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktı, 2V-İ-197 və 2V-İ-198 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələri ilə ona məxsus Qusar rayonu, Həsənqala kəndində yerləşən sahəsi 12999,37 kv.m olan torpaq sahəsini Cavabdeh satmışdır. İddiaçı həmin müqavilədən xəbərinin olmaması, müqavilənin onun tərəfindən imzalanmaması əsası ilə mübahisələndirmişdir. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müaciət etmişdir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

24. Belə ki, məhkəmə tərəfindən iş materiallarının tətqiqi zamanı müəyyən edildi ki, JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən X14, X6 və X9 Qusar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10/4 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı çizgidə göstərilən sərhəd daxilində 1,89 ha torpaq sahəsi verilmişdir. Daha sonra 2V-İ-197 nömrəsi ilə qeyd edilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi ilə iddiaçıya xx.xx.2002-ci ildə vəfat etmiş X10 ölümündən sonra JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən 0,63 ha torpaq sahəsi miras qalmış, həmçinin, 2V-İ-198 nömrəsi ilə qeyd edilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi ilə ona xx.xx.2003-cü ildə vəfat etmiş X1 JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən 0,63 ha torpaq sahəsi miras qalmışdır. İddiaçının hazırda məhkəmədə mübahisələndirdiyi xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən o, JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına, 2V-İ-197 və 2V-İ-198 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələri ilə ona məxsus olan Qusar rayonu, Həsənqala kəndində yerləşən sahəsi 12999,37 kv.m olan torpaq sahəsini Cavabdeh satmışdır. İddiaçı həmin müqavilənin onun tərəfindən imzalanmadığı qeyd etmişdir. Məhkəmə həmin müqaviləyə dair notariat işini Dövlət Notariat Arxivindən tələb etsə də, həmin notariat işinin mövcud olmadığı, həmin tarixdə bağlanmış başqa bir notariat işininin məhkəməyə təqdim edilməsi təmin edilmişdir.

25. Belə ki, xx.xx.2006-c il tarixdə tərtib edilmiş və Qusar Rayon dövlət notariat kontorunda təsdiq edilərək reyestdə 4Ə-6-1067 nömrəsi ilə qeyd edilmiş alğı-satqı müvaviləsinə əsasən X12 JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına, 2V-İ-197 və 2V-İ-198 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələri ilə ona məxsus olan Qusar rayonu, Həsənqala kəndində yerləşən sahəsi 1,30 kv.m olan torpaq sahəsini Cavabdeh satmışdır. Məhkəmə iclasında iddiaçı həmin müqaviləni özünün imzaladığını qəbul etmişdir. Göründüyü kimi, hər iki müqavilə üzrə iddiaçı tərəfindən özgəninkiləşdirilən əmlak JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına, 2V-İ-197 və 2V-İ-198 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələri ilə ona keçmişdir. Məhkəmə yaranmış ziddiyyətlərin aradan qaldırılması üçün 5 saylı Xaçmaz Ərazinə idarəsinə müvafiq sorğular ünvanlanmış, verilmiş məlumatlara əsasən JN-154 saylı, Kod 30106038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən 1.89 ha torpaq sahəsinin 1.299937 ha hissəsinin Cavabdeh adına qeydiyyata alınmasına əsas Qusar rayon DNK-nun xx.xx.2006-cı il tarixli, 4Ə-6-1067 nömrəli alğı-satqı müqaviləsi olmuşdur. Eyni tarixli digər müqavilə barədə hər hansı məlumat aşkar edilməmişdir. Yəni iddiaçının mübahisəndirdiyi müqaviləsi notariat ofisi və ya notariat arxivində aşkar edilməsə də, 5 saylı Xaçmaz Ərazinə idarəsində aşkar edilmişdir.

26. Məhkəmə qeyd edir ki, JN-154 saylı, Kod 30106038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçıya və valideynlərinə ümumilikdə 1,89 ha torpaq sahəsi məxsus olmuş, daha sonra iddiaçının valideynlərinin ölümündən sonra onların əmlakı iddiaçıya miras qalmışdır. İddiaçı xx.xx.2006-cı il tarixli müqavilələrin hər ikisində JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına, 2V-İ-197 və 2V-İ- 198 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələri ona məxsus olan əmlakı özgəninkiləşdirmişdir. Özgəninkiləşdirilən əmlakın sahələri də kiçik fərqlərlə eynidir.

27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

28. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

29. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir.

32. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

33. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir.

34. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

35. Belə ki, iddiaçı mübahisələndirdiyi müqavilə haqqında 2023-cü ilin avqust ayında məlumat əldə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, mübahisələndirilən müqavilədə göstərilən əmlak JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına, xx.xx.2006-ci il tarixli 2V-İ-197 və 2V-İ-198 nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə ona məxsus olmuşdur. Bu səbəbdən məhkəmə iddiaçının müqavilədən, vərəsəlik işindən məlumatsız olması ilə bağlı dəlillərini əsassız hesab edir.

36. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisi cəlb edilməklə Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə təmin edilməməlidir.

Nəticə:

37. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisi cəlb edilməklə Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri:

38. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisi cəlb edilməklə Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar