Məhkəmə qərarları › İş №2(007)-2377/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2377/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2377/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədlərin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədlərin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o xx xxx 1956-cı ildə Laçın rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. 23 oktyabr 1998-ci il tarixdə Şəmkir rayon Aqrar İslahatlar Komitəsinin 56 saylı qərarı ilə onun ailəsinə fərdi yaşayış evinin inşası üçün 0,26 hektar torpaq sahəsi ayrılıb. Ailə başçısı kimi anası X1 göstərilib. Anası 10 noyabr 2005-ci ildə vəfat edib. DTXK-ın Şəmkir rayon Şöbəsi tərəfindən 26 aprel 2006-cı il tarixdə istifadəsinə verilən torpaq sahəsinin mülkiyyətinə keçməsi ilə əlaqədar JN-2918A saylı şəhadətnamə verilib. Qeyd olunan şəhadətnamədə ata qrafasında atasının adı səhv olaraq “Fərhad” kimi göstərilib. Həmin şəhadətnamənin əsasında mülkiyyətində olan qeyd olunan torpaq sahəsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarışın verilməsi üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yanlışlığın aradan qaldırılmasından imtina olunmuş,JN-2918A saylı “torpağın mülkiyyətə verilməsi şəhadətnaməsində” səhv yazılmış ata adının düzəliş edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun mülkiyyətində olan torpaq sahəsinə aid DTXK-ın Şəmkir Rayon Şöbəsi tərəfindən 26 aprel 2006-cı il tarixdə verilən JN-2918 A saylı şəhadətnamədə “adı, soyadı və ailə üzvləri” qrafasında “Ərizəçi Fərhad oğlu” ilə onun şəxsiyyət vəsiqəsində və digər hüquq müəyyənedici sənədlərdə “Ərizəçi” qeydlərinin ona məxsus olmasının müəyyən edilməsi zərurəti yaranıb. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi, ümumi mülkiyyətdə olan torpaq sahəsinə aid DTXK-nın Şəmkir rayon şöbəsi tərəfindən 26 aprel 2006-cı il tarixdə verilmiş JN-2918A saylı şəhadətnamədə “Ad soyadı və ailə üzvləri” qrafasında yazılmış “Ərizəçi Fərhad oğlu” ilə AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində və digər hüquqmüəyyənedici sənədlərdə yazılan "Ərizəçi"nun eyni şəxs, "Ərizəçi" olması barədə hüquqi əhəmiyyəti faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasını vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: AZ-İİ seriyalı 136134 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 24.07.1992-ci il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı 151425 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 10.11.2005-ci il tarixdə vəfat etmişdir. AZ-İV seriyalı 482505 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında X2, ana qrafasında isə X1 qeyd edilmişdir. AR ƏMDK yanında DƏDRX-nın 11 saylı Şəmkir Ərazi İdarəsinin 17.03.2021-ci il tarixli **********60 nömrəli məktubundan görünür ki, Ərizəçi JN-2918A saylı “torpağın mülkiyyətə verilməsi şəhadətnaməsində” səhv yazılmış ata adının düzəliş edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. AR Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümasyəndəsinin 19.03.2021-ci il tarixli 315 nömrəli arayışıdan görünür ki, JN-2918A saylı “torpağın mülkiyyətə verilməsi şəhadətnaməsində” vətəndaşın ata adı səhvən Fərhad kimi göstərilmişdir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi Laçın rayonu, Şamkənd kəndində anadan olmuşdur.. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsində, eləcə də ona məxsus doğum haqqında şəhadətnamədə onun adı "Ərizəçi" olduğu halda, torpağın mülkiyyətə verilməsi şəhadətnaməsində texniki səhv olaraq ata adı “Ərizəçi Fərhad oğlu” yazılmışdır. Həmin yanlışlıq nəticəsində ərizəçinin ümumi mülkiyyətdə olan torpaq sahəsinə aid DTXK-nın Şəmkir rayon şöbəsi tərəfindən 26 aprel 2006-cı il tarixdə verilmiş JN-2918A saylı şəhadətnamədə “Ad soyadı və ailə üzvləri” qrafasında “Ərizəçi Fərhad oğlu” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan faktın hüquqi əhəmiyyəti olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ümumi mülkiyyətdə olan torpaq sahəsinə aid DTXK-nın Şəmkir rayon şöbəsi tərəfindən 26 aprel 2006-cı il tarixdə verilmiş JN-2918A saylı şəhadətnamədə “Ad soyadı və ailə üzvləri” qrafasında yazılmış “Ərizəçi Fərhad oğlu” ilə AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində və digər hüquqmüəyyənedici sənədlərdə yazılan "Ərizəçi"nun eyni şəxs, "Ərizəçi" olması barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ümumi mülkiyyətdə olan torpaq sahəsinə aid DTXK-nın Şəmkir rayon şöbəsi tərəfindən 26 aprel 2006-cı il tarixdə verilmiş JN-2918A saylı şəhadətnamədə “Ad soyadı və ailə üzvləri” qrafasında yazılmış “Ərizəçi Fərhad oğlu” ilə AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində və digər hüquqmüəyyənedici sənədlərdə yazılan "Ərizəçi"nun eyni şəxs, "Ərizəçi" olması barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar