Məhkəmə qərarları › İş №2(007)-2414/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2414/2023

02.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2414/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. xx.xx.2023-cü ildə cavabdeh "Azəriqaz" İstehsal Birliyinin əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli Akt tərtib edilib. "Azəriqaz" İB Bakı şəhəri QİS 29 aprel 2023-cü il tarixdə ******* nömrəli Akt tərtib edərək göstərib ki, onun ünvanda olan ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilib və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanınızdan çıxarılmış sayğacın hesablama mexaniziminin qoruyucu şüşənin plasmas qapağa bərkidən dörd ədəd daxili qulaqcıqdan ikisi sınıqdır, sayğacın hesablama mexaniziminə iş prinsipin hərəkətinə maneə mümkündür, dəymiş ziyan (8640 kub) hesablanmışdır. Müdaxilə edilmiş sayğacın dəyəri 1036 manat ödənilməlidir. Qaz sayğacı çöldə quraşdırılıb (yağışın və günün altında olan sayğacdır). Sayğacın istismar müddəti beş ildir. Bu sayğac isə 2007 ildə quraşdırılıb, o vaxtan bəri evəz olunmuyub. Buna görə də, cavabdeh qurum sayğacı istismara yararsız kimi qiymətləndirir. Qeyd edir ki, o, bu mənzili xx.xx.2022-ci ildə alğı-satqı yolu ilə adına rəsmiləşdirmişdir. O vaxtan bəri mənzil onun istifadəsindədir, abonent kodu isə X1 adınadır. Mənzildə 4 gözlü qaz plitəsi ve su qızdırıcısı mövcüddur. Abonent saldosunda görsənir ki, ayda cəmi (20-30 kub) 2-3 manatlıq qaz işlənilir, sayğaca heç bir müdaxilə olunmamışdır. Abonent saldosunda son 3 ay ərzində heç bir qazın istifadəsində artım olmayıb, göstəricilərdə dəyişiklik yoxdur. Buna görə də, cavabdehin ondan 1036 manat tələb etməsi tamamilə qanunsuzdur. Bir otaqlı mənzildə bu qədər qaz istifadə etmək mümkün deyil. Qeyd edilənlərə əsasən Cavabdeh ondan tələb etdiyi 1036 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi X4 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiası qəbul etmir və hesab edirlər ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı aşkar olunmuşdur. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib olunmuş, aşkar edilmiş nöqsanlar istehlakçıya bildirilmiş və sayğac əvəz olunaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın rəyinə əsasən də sayğaca müdaxilə edildiyi və onun istifadəyə yararsız olduğu öz təsdiqini tapmışdır. Bundan sonra bu barədə xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 1036,80 manat dəyərində qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac mənzildən kənarda, blokda pəncərə tərəfdə yerləşir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 7, mənzil 3 ünvanında xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-4244-1 nömrəli MSK-ya əsasən ******* nömrəli sayğaca baxış keçirilmişdir. Sayğacın qapağa bərkidən dörd ədəd daxili qulaqcıqdan ikisi sınıqdır. Sayğacın hesablama mexanizminin iş prinsipinin hərəkətinə maneə mümkündür. Dəymiş ziyan heablansın və ödənilsin. - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-2.5 mexaniki tipli ******* zavod nömrəli qaz sayğacı (istismar müddəti bitdiyinə) dəyişdirilərək yeni G-4 markalı Mexaniki **********8 saylı qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. - Cavabdeh MSK-14-2-2/3-5-4244-1 saylı aktından görünür ki, qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2023-cü il tarixdə aparılmış yoxlama zamanı Nizami rayonunda yerləşən ******* zavod nömrəli qaz sayğacında müəyyən edilmişdir: Sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizmini qoruyucu şüşəsinin plastmas qapağa bərkidən dörd ədəd daxili qulaqcıqdan ikisi sınıqdır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. Qaz itkisi, müdaxilə vardır. - Bakı RQSD-nin QB və SŞ-nin Nizami XS-i üzrə qrup rəhbəri Seyidov Vüsal mühəndis Həsənov Rövşən, çilingər Şükürov İlkin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Nizami rayonu, Ordubadi küçəsi, ev 7, mənzil 3 ünvanında quraşdırılmış G-2,5 markalı ******* №-li Zenner tipli qaz sayğacı (AKT № 6942500) xx.xx.2023-cü il tarixində xətdən çıxarılmış növbəti dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2023-cü il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğac yoxlanılmış əhali qaz sayğacının yoxlanması haqqında AKT № 14-2-2/3-5-4244-1 nömrəli akt tərtibolunmuşdur. Tərtib olunan akta əsasən ünvana (kod: **********00030) Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li akt tərtib olunaraq 8640 m3 dəymiş ziyan hesablanmışdır. - Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatın surətindən görünür ki, Nizami rayonu, Ordubadi küçəsi, ev 7, mənzil 3 ünvanında istehlakçı kodu Nadir Hümbətəliyevin adına olan sonradan ödənişli G-4 markalı ******* nömrəli qaz sayğacı növbəti Dövlət yoxlamasına göndərilməsi üçün xx.xx.2023-cü il tarixində sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında “Azəriqaz" İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4244-1 aktına əsasən, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin plastmas qapağa bərkidən dörd ədəd qulaqcıqdan ikisi sınıqdır, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifada Qaydalan"nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi"nin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə “Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən 8640 m3 (1036,80 AZN) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 7, mənzil 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - Abonentin saldosundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 7, mənzil 3 ünvanında abonentə xx.xx.2023-cü il tarixdə Zenner G4T Mexaniki markalı, **********8 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00030-dur. Abonentə 1036,80 manat borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 7, mənzil 3 ünvanına quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Bundan başqa, MSK-14-2-2/3-5-4244-1 saylı aktına əsasən məişət qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2023-cü il tarixdə aparılmış yoxlaması zamanı Nizami rayonunda yerləşən ******* nömrəli sayğacın hesablama mexanizmini qoruyucu şüşəsinin plastmas qapağa bərkidən dörd ədəd daxili qulaqcıqdan ikisinin sınıq olması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkün olduğu, sayğac istismara yararsız olduğu və qaz itkisi, müdaxilə olduğu müəyyən edilmişdir. İddiaçıya 8640 m3 qaz sərfiyyatına görə borc kimi 1036,80 manat hesablanmışdır. Hazırda iddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.7-ci bəndinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır; 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının sayğacı mənzilindən kənarda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Həmin Qanunun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinin 1-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı mülkiyyətində olan mənzildə təbii qazdan istifadə edən zaman hər hansı hüquq pozuntusuna yol verməsi müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh yaranmış borcun əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz qüsurlu qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Belə olan halda, məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 7, mənzil 3 ünvanında yerləşən mənzil üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış (abonent kodu: **********00030) hesablanmış 1036 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 7, mənzil 3 ünvanında yerləşən mənzil üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış (abonent kodu: **********00030) hesablanmış 1036 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar