Məhkəmə qərarları › İş №2(007)-2432/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2432/2022

18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2432/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasının Krasnodar vilayətində anadan olmuş Ərizəçi şəxsiyyətini təsdiq edən sənədi olmadan təkrarən doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizənin mahiyyətindən aydın olur ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi mövcud olmuş və həmin şəhadətnamə ona Rusiya Federasiyasının aidiyyəti Qeydiyyat Şöbəsi tərəfindən verilmişdir, hazırkı halda ərizəçi Rusiya Federasiyasına getməyə maddi imkanı olmadığından, maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə həmin şəhadətnamənin qeyd olunan Qeydiyyat Şöbəsi tərəfindən təkrar verilməsini xahiş edir. Məhkəmə sözügedən doğum haqqında şəhadətnamənin Rusiya Federasiyanın aidiyyəti Qeydiyyat Şöbəsi tərəfindən verildiyini və hazırda həmin şəhadətnamənin təkrar verilməli olmasını nəzərə alaraq hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Buna görə də, məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməklə sənədlər geri qaytarılmalı və ərizəçiyə Rusiya Federasiyasının aidiyyəti qurumu ilə beynəlxalq əməkdaşlıq edilməklə doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün sorğu ünvanlanması barədə “ASAN xidmət” X1 müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Ərizəçiyə Rusiya Federasiyasının aidiyyəti qurumu ilə beynəlxalq əməkdaşlıq edilməklə doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün sorğu ünvanlanması barədə “ASAN xidmət” X1 müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar