Məhkəmə qərarları › İş №2(007)-2443/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2443/2025

27.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2443/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası cəlb edilməklə ərizəsinə dair mülki iş üzrə Açar sözlər: (“şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə) X10 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən 72 saylı yaşayış evinin 53 saylı mənzilində yaşayır. 29 iyul 2007-ci ildə Bakı şəhərində anadan olmuş qızı İsgəndərli Fatimə də onlarla birikdə yaşayır. Qızı Fatimə anadan olduqdan bir müddət sonra bilmişdir ki, onun psixi, həm də fiziki xəstəliyi vardır. Uşaqlıqdan mütəmadi olaraq müalicələr aparılsa da, Fatimə sağalmamışdır, əksinə daha da kəskinləşmişdir. Azərbaycan Respulikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 fəaliyyət göstərən Həkim Psixatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1553 saylı Rəyində qızı İsgəndərli Fatimənin xəstəlik diaqnozu belə olmuşdur: «Ağır kəmağıllıq. Qulluq və müayinə tələb edən ciddi nitq və davranış pozutuları, dayaq-hərəkət aparatının pozuntuları ilə yanaşı USİ-in qalıq əlamətləri». Qızının xəstəliyi anadangəlmə olduğundan müalicəsi də mümkün deyildir. xx.xx.2023-cü il tarixdən ona “birinci dərəcəli əlilik” təyin edilmişdir (“Kvadroplegik spastik serebral iflic”). Fatimə uşaq yaşlarından onun himayəsindədir, onun qulluğunda durur. O, öz hərəkətlərinin mənasını tam dərk etmir, uşaq kimi hər şeyə inanandır. Hər ay onun müalicəsinə xeyli miqdarda pul xərcləyirlər. Müalicəsi davam etmədikdə onun vəziyyəti daha da pisləşir, hər şeydən kövrəlir, göz yaşlarını saxlamır, ağlayır və bu hərəkətləri ilə də ətrafdakıları narahat edir. Hal-hazırda Fatiməyə birinci dərəcəli əlilliynə görə dövlət tərəfindən təyin olunmuş pensiyanı o alır. Lakin 2 aydan sonra onun 18 yaşı tamam olur. Fatimə yetkinlik yaşına çatdıqdan sonra onun adından heç bir hərəkət etməyi mümkün olmayacaq, özü isə hərəkətlərinin mənasını başa düşmür. Onun hər hansı bir əqd bağlamaq bacarığı da yoxdur. Qeyd olunan faktlar ərizəsinə əlavə olunan sənədlərlə tam təsdiq olunur. Həmin faktları qohum və qonşuları da təsdiq edə bilərlər. xx.xx.2007-ci il təvəllüdlü qızı X7 psixi və fiziki xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. Bundan sonra isə onun qanunla müəyyən olunmuş hüquq və mənafelərinin müdafiəsi üçün maraqlı şəxs tərəfindən qızının qəyyumu təyin olunmalıdır. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Çəmbərək rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; - AZ İ seriyalı, 973849 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7, Ərizəçi ilə X2 birgə nikahından xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 həkim psixiatr komissiyasının xx.xx.2023-cü il tarixli, 1553 nömrəli rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6 “Ağır kəmağıllıq, F72, F80” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025ci il tarixli, 3021 saylı rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik uşaq serebral iflic müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X5 müəyyən edilən ağır dərəcəli əqli gerilik uşaq serebral iflic ilə əlaqədar o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. xx.xx.2025-ci il tarixdə mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizənin verilməsi üçün 100 manat ödənilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə sonuncunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X7 “Ağır dərəcəli əqli gerilik uşaq serebral iflic” diaqnozu ilə, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2025-ci il tarixli, 3021 saylı rəy verilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan atası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmə hesab edir ki, hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar