Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2450/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili- Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili- Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 borclu olduğu üçün borcunun təminatı olaraq ona 21 may 2015-ci il tarixli mülkiyyətində olan fərdi yaşayış evinə dair baş etibarnamə vermişdir. Borcunu bir ay müddətinə ödəyəcəyinə söz verdiyi üçün etibarnamə bir ay müddətinə qüvvədə olmuşdur. Həmin etibarnamə əsasında cavabdeh İbayeva X4 rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli, 21 may 2015-ci tarixli, reyestrdə 40-№ 1549 nömrə ilə qeyd edilən alıcı Cavabdeh2 ilə satıcı olaraq onun arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsini onun adından imzalamışdır. Ancaq bu barədə ona heç bir məlumat verməmişdir. Cavabdeh1 ona olan borcunu ödəyə bilmədikdə onunla həmin evin 70000 manata satıb, satdıqdan sonra borcu götürüb qalan pulu ona verəcəyi barəsində razılığa gəlmişdir. Həmin ərəfədən bu günə qədər ev onun faktiki istifadəsində olmuşdur. Sözügedən müqavilə Abşeron rayonu, Xırdalan şəhərində bağlanmışdır. Cavabdeh1 2012-ci ildə sələmə borc almışdır. Faktiki olaraq ona borclu olmuşdur. Bu səbəbdən evi və sənədlərini ondan tələb edə bilməmişdir. Hətta Cavabdeh1 ona ev üçün verilən etibarnamənin müddətinin bitdiyini, evi sata bilmədiyini, bu səbəbdən borcun təminatı kimi notarial qaydada təsdiq edimiş borc müqaviləsi imzalamağı təklif etmişdir. O da məcbur qalıb Minarə ilə 08 iyul 2015-ci il tarixində notarial qaydada təsdiq edimiş formal şəkildə borc müqaviləsini imzalamışdır. Keçən il aralarında olan borca görə Cavabdeh1 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərəfədə o, Cavabdeh1 etibarından sui-istifadə edərək ona məxsus evin Cavabdeh2 dəyərindən qat-qat aşağı qiymətə 30000 manata satması haqqında şifahi məlumat almışdır. Bununla bağlı Abşeron rayonu 1 saylı Notariat Ofisinə sorğu ilə müraciət edib müqavilənin və digər sənədlərin surətini əldə etmişdir. Hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi onun etibarından sui-istifadə edilərək bağlanmışdır. Fərdi yaşayış evi real dəyərindən qat-qat ucuz qiymətə satılmışdır. Mübahisəli evə dair etibarnamə verilərkən təmsil olunan təmsil edənə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və təmsil edənin özünün maraqları daxilində deyil, təmsil olunana maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Buna görə də, etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq aldığı 30000 (otuz min) manat maliyyə vəsaitinin ona ödənilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi, həmin fərdi yaşayış evinin qalan dəyəri olaraq 40000 (qırx min) manat maliyyə vəsaitin müştərək qaydada ona ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı hüquqlarını müdafiə etdiyi Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq aldığı 30.000 manat maliyyə vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh1 qızma həvalə edilməsi, həmin fərdi yaşayış evinin qalan dəyəri olaraq 40.000 manat maliyyə vəsaitinin müştərək qaydada iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi əsassız və qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin buraxılması ilə verildiyindən rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırır ki, Cavabdeh1 pul borclu olmuş, bunun müqabilində mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bir aylıq müddətinə baş etibarnamə vermiş, həmin etibarnamə əsasında Cavabdeh1 ona məxsus evi Gülnaz Məmmədağa qızına dəyərindən qat-qat aşağı qiymətə satmışdır. Onun borcu olduğu üçün, Cavabdeh1 evin sənədlərini geri tələb edə bilməmişdir. Hətta Cavabdeh1 ev üçün verilən etibarnamənin müddətinin bitdiyini, evi sata bilmədiyi üçün borcun təminatı kimi notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlamağı təklif etmişdir. O da məcbur qalıb 08 iyul 2015-ci il tarixində notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlamışdır. Keçən il aralarında olan borca görə Cavabdeh1 ona qarşı məhkəməyə iddia ərizəsi vermiş, həmin ərəfədə Cavabdeh1 ona məxsus olan evi satması barədə məlumat əldə etmişdir. Əvvəla məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edirlər ki, iddiaçının qeyd edilən evlə faktiki olaraq hər hansı bir əlaqəsi olmamışdır. Ev Cavabdeh1 anasına məxsus olmuşdur. Formal olaraq onun adına sənədləşdirilmişdir. Ev satıldığı gün iddiaçı şəxsən orada iştirak etmiş və ona şirinlik kimi pul verilmişdir. Bu barədə tərəflər arasında gedən başqa məhkəmə proseslərində iddiaçı özü bilavasitə bildirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, həqiqətən də iddiaçının Cavabdeh1 borcu olmuş, iddiaçı borcunu qaytarmadığı üçün Cavabdeh1 onun barəsində Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 15 mart 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, ərizəçiyə izah edilmişdir ki, aralarında olan mübahisə mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etsin. Bundan sonra Cavabdeh1 2018-ci ilin may ayında İddiaçı qarşı Abşeron Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-3173/2019 saylı iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamənin qanuni qüvvəsini almasına maneə yaratmaq məqsədi ilə İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə ayrıca iddia qaldıraraq, qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayəti üzrə məhkəmədə vəsatət qaldıraraq iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və vəsatət təmin edilərək iş üzrə icraat dayandırılmışdır. İddiaçı qeyd edilən tələblərlə məhkəmədə iddialar qaldırsa da, işin məhkəmə baxışı zamanı əsl həqiqətlər üzə çıxaraq iddiaçının sadəcə məhkəmə qətnaməsinin icrasına maneə yaratmağa çalışması sübut olunmuşdur. Bundan sonra iddiaçı yenidən hazırki iş üzrə cavabdehlərə qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq “Abşeron rayonu 1 saylı Notariat ofisində təsdiq edilmiş AN-İ № ******* nömrəli, 21 may 2015-ci il tarixli, reyestrdə 4Ə-№ 1549 nömrəsi ilə qeyd edilmiş, alıcı Cavabdeh2 ilə satıcı İddiaçı Mədəd qızı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 qızma verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və əvəzindən aldığı 30.000 manat maliyyə vəsaitinin Abşeron rayonu 1 saylı Notariat ofisinin depozit hesabına geri qaytarılması vəzifəsinin Cavabdeh1 həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1803/2020 saylı iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-807/2021 saylı iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 2(012)-1803/2020 saylı iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlaılmışdır. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən müvafiq qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmişdir. Hal-hazırda verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsin hakimi cənab Aqil Abbasovun icraatındadır (iş № 2(102)- 4170/2021). İşdə mübahisələndirilməyən sübutlardan göründüyü kimi qeyd edilən ev 21 may 2015-ci il tarixində Cavabdeh2 satılmışdır. 08 iyul 2015-ci il tarixində İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmış, sonradan İddiaçı Cavabdeh1 qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün aralarında narazılıqlar yaranmış və Cavabdeh1 İddiaçı barəsində hüquq-mühafizə orqanlarına şikayətlər etmiş, şikayəti əsasında İddiaçı barəsində cinayət işinin başlanması rədd edildikdən sonra məhkəməyə müraciət edilmiş, hər iki tərəfin müraciətləri əsasında yuxarıda sadalanan məhkəmə qətnamələri qəbul edilmiş və hal-hazırda tərəflər arasında olan mübahisələrə dair məhkəmə çəkişmələri davam edir. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldıraraq borclu olduğu pul vəsaitini qaytarmaqdan dolayısı ilə boyun qaçırmağa cəhd etmişdir. Odur ki, hesab edirlər ki, iddia qanunsuz və əsassız odduğundan həmçinin iddia müddəti buraxılmaqla verildiyindən rədd edilməlidir. Buna görə də, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq aldığı 30.000 manat maliyyə vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi, həmin fərdi yaşayış evinin qalan dəyəri olaraq 40.000 manat maliyyə vəsaitinin müştərək qaydada iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsinə dair” iddia tələbinin qanunsuz və əsassız olduğundan, həmçinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, onların əldə etdikləri məlumata görə mənzil 30000 manat məbləğə satılmışdır və hazırda mənzilin satışından qalan 40000 manat pulu tələb edirlər. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyib, iddia ərizəsinə etirazda göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, sözügedən mənzil İddiaçı məxsus olmuşdur, Cavabdeh1 mənzili satdıqdan sonra İddiaçı müəyyən məbləğdə pul vermişdir, həmin məbləğin miqdarı barədə isə məlumatı yoxdur. İddia tələbinin rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində yerləşən 93 saylı ev tam payda İddiaçı xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində 24 iyul 2014-cü il tarixdə qeydiyyata alınmışdır; -Abşeron 1 saylı Notariat Kontorunda bağlanmış 08 iyul 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İbayeva X3 Səidə Mədət qızına 19000 (on doqquz min) manat borc pul verməyi, İddiaçı Mədəd qızı həmin məbləği Cavabdeh1 08 dekabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürür; -Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilməklə, reyestrdə qeyd edilmiş 21 may 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən çıxarışın reyestr nömrəsi **********52- 10301 olan fərdi yaşayış evinin və 0,018 ha torpaq sahəsinin barəsində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, tikinti işlərini aparmağı, idarə etməyi, bank əməliyyatları etməyi, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsində nümayəndəsi olmağı, 1 saylı arayışı almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, rüsumları ödəməyi və digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə 1 ay müddətinə verilib və 21 iyun 2015-ci il tarixədək qüvvədədir, bu etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər; -AN-İ seriyalı ******* saylı, 21 may 2015-ci il tarixli Abşeron rayon 1 saylı notariat ofisində bağlanmaqla reyestrdə 4Ə-1549 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” İddiaçı nümayəndəsi Cavabdeh2, “Alıcı” Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107,6 kv. metr, yaşayış sahəsi 33,4 kv. metr, yardımçı sahəsi 74,2 kv. metr olan fərdi yaşayış evini (107,6 kv. metr 2 otaq) 30000 (otuz min) manata satmışdır; -Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu B.İslamov tərəfindən "xxxx" ASC-nin Abşeron filialına verilmiş 639 saylı, 21 may 2015-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli 30000 (otuz min) manat təsdiq edildikdən sonra Cavabdeh1 verilmişdir; -Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X10 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 mart 2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh1 ərizəsində göstərdiyi xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır; -Abşeron Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(012)-3173/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı 19000 (on doqquz min) manat məbləğində borc pulun və 1000 manat mənəvi ziyanın və 20 manat dövlət rüsumunun əvəzi, cəmi 20020 manat pulun alınaraq Cavabdeh1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; -Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-1803/2020 saylı qətnaməsi ilə İddiaçı “Abşeron rayon 1 saylı Notariat ofisində təsdiq edilmiş AN-İ ******* nömrəli, 21 may 2015-ci il tarixli, reyestrdə 4-Ə 1549 nömrəsi ilə qeyd edilmiş, alıcı X2 ilə satıcı İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh X1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və əvəzindən alınan 30000 manat pulun Abşeron rayon 1 saylı Notariat ofisinin depozit hesabına geri qaytarılması vəzifəsinin Cavabdeh1 həvalə edilməsi” barədə iddiası təmin edilməmişdir; -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(105)-807/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)- 1803/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(102)-4170/2021 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021ci il tarixli, 2(105)-807/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən çıxarışın reyestr nömrəsi **********52-10301 olan fərdi yaşayış evi və 0,018 ha torpaq sahəsi hazırkı İddiaçı tam payda xüsusi mülkiyyətində olmuş və daşınmaz əmlakın dövlət reyestrində 24 iyul 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra, hazırkı iddiaçı qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi barəsində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, tikinti işlərini aparmağı, idarə etməyi, bank əməliyyatları etməyi, ƏMDK yanında DƏDRXnin Ərazi İdarəsində nümayəndəsi olmağı, 1 saylı arayışı almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, rüsumları ödəməyi və digər hərəkətləri etməyi hazırkı Cavabdeh1 etibar etmiş, 1 ay müddətinə verilməklə 21 iyun 2015-ci il tarixədək qüvvədə olan sözügedən etibarnamə Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notarisu tərəfindən təsdiq edilmişdir. Bundan sonra cavabdeh, iddiaçının verdiyi etibarnamə əsasında iddiaçının nümayəndəsi qismində sözügedən fərdi yaşayış evini və torpaq sahəsini 30000 manat məbləğə Cavabdeh2 satmış və sözügedən AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi, 21 may 2015-ci il tarixli Abşeron rayon 1 saylı notariat ofisində bağlanmaqla reyestrdə 4Ə-1549 nömrə ilə qeyd edilmişdir. Hazırda iddiaçı etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq aldığı 30000 manat maliyyə vəsaitinin ona ödənilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi, həmin fərdi yaşayış evinin qalan dəyəri olaraq 40000 (qırx min) manat maliyyə vəsaitinin müştərək qaydada ona ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir; 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər; 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir; 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bununla bağlı məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən çıxarışın reyestr nömrəsi **********52-10301 olan fərdi yaşayış evi və 0,018 ha torpaq sahəsinin faktiki mülkiyyətçisi olmuş İddiaçı həmin fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı üçüncü şəxslər qarşısında onu təmsil etməsi üçün Cavabdeh1 notarial qaydada etibarnamə vermiş, həmin etibarnamə ilə fərdi yaşayış evi və torpaq sahəsinə aid sənədləşdirmə işlərini aparmağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi, adından imza etməyi və s. digər hərəkətlər etməyi sonuncuya etibar etmişdir. Hazırkı iş üzrə Cavabdeh2 əmlakın mülkiyyətçisi, başqa sözlə əmlak barədə alqısatqı müqaviləsi bağlamaq səlahiyyəti olan təmsilçi kimi iddiaçının etibarnamə verdiyi şəxs olaraq Cavabdeh1 tanımış, həmin əmlakın müqabilində pul vəsaitini Cavabdeh1 ödəmişdir. Müvafiq səlahiyyətli etibarnamə ilə hərəkət edən şəxs mövcud olduğu və onunla razılaşma əldə edərək müqavilə bağladığı halda, aldığı əmlakın müqabilində pul vəsaitini cavabdehin məhz hazırkı iddiaçıya ödəməli olması vəzifəsi də olmamışdır. Bu zaman nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının verdiyi etibarnamə qüvvədə olmuşdur, sonuncu istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv etməsi üçün real imkanı olduğu halda bunu etməmiş, etibarnaməni qüvvədə olduğu müddətdə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, hazırkı İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat ofisində təsdiq edilmiş AN-İ ******* nömrəli, 21 may 2015-ci il tarixli, reyestrdə 4-Ə 1549 nömrəsi ilə qeyd edilmiş, alıcı X2 ilə satıcı İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh X1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və əvəzindən alınan 30000 manat pulun Abşeron rayon 1 saylı Notariat ofisinin depozit hesabına geri qaytarılması vəzifəsinin Cavabdeh1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(012)-1803/2020 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, o cümlədən həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri də müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(102)-4170/2021 saylı qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(102)-4170/2021 saylı qərarının təsviriəsaslandırıcı hissəsindən görünür ki, kollegiya qeyd etmişdir ki, “...Belə ki, iddia tələbi müqavilənin etibarsızlığı barədədir. İddiaçı Mədəd qızı onun tərəfindən Cavabdeh1 21 may 2015-ci il tarixdə verilmiş etibarnamə ilə fərdi yaşayış evinin və torpaq sahəsinin Cavabdeh2 real dəyərindən ucuz qiymətə satılmasına istinad etmişdir. Apellyasiya məhkəməsi iş materiallarına əsasən müqavilənin etibarsız olması halını müəyyən etməmişdir. Əksinə, işə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarına əsasən müəyyən ediblər ki, İddiaçı Mədəd qızı tərəfindən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.018 ha torpaq sahəsinə dair verilmiş etibarnamədə həmin əmlakı satmaq da daxil olmaqla bir sıra hüquqlar etibar edilmiş və etibarnamənin etibarlılıq müddəti 21 iyun 2015-ci il tarixədək müəyyən edilmişdir. Alqı- satqı müqaviləsi bağlanan vaxt, yəni 21 may 2015-ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Cavabdeh1 da qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əsasında alqı-satqı müqaviləsi bağlamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur...”. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, iddia tələbinin “etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq aldığı 30000 (otuz min) manat maliyyə vəsaitinin ona ödənilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, göründüyü kimi iddiaçı tərəfindən tələb olunan 30000 manat məbləğində pul vəsaiti məhz onun verdiyi etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq cavabdehə ödənilmiş pul vəsaitidir, hansı ki, iddiaçı qeyd olunan alqı-satqı müqaviləsini mübahisələndirmiş və iddiası təmin edilməmiş, məhkəmə qətnaməsindən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsindən törəmə tələbdir, bir halda ki, həmin müqavilənin etibarsızlığı sübuta yetirilməmişdir, hazırkı iddia tələbinin həmin hissədə təmin edilməsinin heç bir hüquqi əsası yoxdur, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “həmin fərdi yaşayış evinin qalan dəyəri olaraq 40000 (qırx min) manat maliyyə vəsaitin müştərək qaydada ona ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, məlumdur ki, qeyd olunan alqı-satqı müqaviləsi əsasında iddiaçıya məxsus olmuş fərdi yaşayış evi və torpaq sahəsi 30000 manat məbləğə satılmışdır, o cümlədən tələbin birinci hissəsi ilə bağlı yuxarıda qeyd olunanlar da nəzərə alınmaqla, iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur, iddiaçı bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir, ümumilikdə isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin ərizəsində göstərdikləri ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbi baxımından, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, nəzərə alınsa ki, iddiaçının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə isə apellyasiya şikayəti təmin edilməmişdir, bu hal iddiaçıya həmin vaxt məlum olmuşdur, buna görə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə göstərdiklərinin əsası yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “etibarnamə əsasında mülkiyyətində olmuş fərdi yaşayış evinin dəyəri olaraq aldığı 30000 (otuz min) manat maliyyə vəsaitinin ona ödənilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi, həmin fərdi yaşayış evinin qalan dəyəri olaraq 40000 (qırx min) manat maliyyə vəsaitin müştərək qaydada ona ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2450/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2450/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver