Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2460/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 11.10.2019-cu il və 30.12.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********40021 olan «X2 8» markalı telefon, İMEİ kodu **********82750 olan «X1 10» markalı telefon almış və nəticədə 2524 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 601 manat (12 ay x 50 manat + 1 manat ilkin ödəniş) İMEİ kodu **********40021 olan «X2 8» markalı telefon üçün ümumilikdə 390 manat olmaqla ondan 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2478,6 manat (12 ay x 168,3 manat + 459 manat ilkin ödəniş) İMEİ kodu **********82750 olan «X1 10» markalı telefon üçün ümumilikdə 2134 manat olmaqla, ondan 1629,6 manat ödənilməmiş hissə, 504,4 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1150 manat təşkil edir. Qeyd olunanlara əsasən, 11.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********40021 olan «X2 8» markalı telefon üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********82750 olan «X1 10» markalı telefon üçün 1629,6 manat ödənilməmiş hissə, 504,4 manat dəbbə pulu, ümumilikdə 2524 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkə məyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavadehin iştirakı olmadab baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə işə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 11.10.2019-cu il tarixli 00973611 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********40021 olan «X2 8» markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.10.2019-cu il tarixli 00973611 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 16-dan gec olmayaraq 12 ay müddətinə 50 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin 16.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.10.2019-cu il tarixli 00973611 nömrəli müqavilə üzrə 300 manat ödənilməmiş hissə, 90 manat cərimə, cəmi 390 manat borcu vardır. İş materiallarında olan 30.12.2019-cu il tarixli 01178192 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********82750 olan «X1 10» markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.12.2019-cu il tarixli 01178192 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki,borclu hər ayın 28-dən gec olmayaraq 12 ay müddətinə 168,3 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin 16.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30.12.2019-cu il tarixli 01178192 nömrəli müqavilə üzrə 1629,5 manat ödənilməmiş hissə, 504,4 manat cərimə, cəmi 2134 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 23.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi barədə xəbərdar olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 4177.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 11.10.2019-cu il və 30.12.2019-cu il, tarixli alqı-satqı müqavilələrinə əsasən,cavbdeh İMEİ kodu **********40021 olan «X2 8» markalı telefon və İMEİ kodu **********82750 olan «X1 10» markalı telefon almış lakin müqavilə ilə müəyyən edilmiş ödənişləri tam və layiqincə yerinə yetirməmişdir.Nəticədə onun 2524 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəmədə mülki işin baxılması üçün cəmiyyət tərəfindən 30 manat dövlət rüsumu banka ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11.10.2019-cu il tarixli müqavilə üzrə 300 manat əsas, 90 manat cərimə borcu, 30.12.2019-cu il tarixli müqavilə üzrə 1629,6 manat əsas, 504,4 manat cərimə borcu, cəmi 2524 manat borc və 30 manat dövlət rusumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2436-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 11.10.2019-cu il tarixli müqavilə üzrə 300 manat əsas borc, 90 manat dəbbə, 30.12.2019-cu il tarixli müqavilə üzrə 1629,6 manat əsas borc, 504,4 manat dəbbə, cəmi 2524 manat borc və 30 manat ödənilmiş dövlət rusumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2460/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2460/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver