Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2462/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 1204.2 manat ödənilməmiş hissə, 257.8 manat dəbbə pulu, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 1211.8 manat ödənilməmiş hissə, 248.2 manat dəbbə pulu, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********70679 olan Samsung galaxy A10 markalı telefon, Xiaomi markalı qulaqlıq üçün 444 manat ödənilməmiş hissə, 133 manat dəbbə, ümumilikdə 3499 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25.02.2020-ci il, 17.03.2020-ci il tarixli və 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV, Samsung markalı paltaryuyan , Samsung galaxy A10 markalı telefon, Xiaomi markalı qulaqlıq almış və nəticədə 3499 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1204.2 (min iki yüz dörd manat iyirmi qəpik) manat (18 ay x 66.9 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə, 1462 (min dörd yüz altmış iki) manat olmaqla ondan, 1204.2 (min iki yüz dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 257.8 (iki yüz əlli yeddi manat səksən qəpik) manat dəbbə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1252.8 (min iki yüz əlli iki manat səksən qəpik) manat (18 ay x 69.6 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün ümumilikdə,1460 (min dörd yüz altmış) manat olmaqla ondan, 1211.8 (min iki yüz on bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 248.2 (iki yüz qırx səkkiz manat iyirmi qəpik) manat dəbbə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444.4 (dörd yüz qırx dörd manat qırx qəpik) manat (12 ay x 37 manat+ 80.4 manat ilkin ödəniş) olan İMEİ kodu **********70679 olan Samsung galaxy A10 markalı telefon, Xiaomi markalı qulaqlıq üçün ümumilikdə, 577 (beş yüz yetmiş yeddi) manat olmaqla ondan, 444.4 (dörd yüz qırx dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 133 (yüz otuz üç) manat dəbbə pulu üzrə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 41 manat 40 qəpik təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.02.2020-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 1204.2 manat olan LG LED TV almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.03.2020-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 1252.8 manat olan Samsung markalı paltaryuyan almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.03.2020-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 444.4 manat olan İMEİ kodu **********70679 olan Samsung galaxy A10 markalı telefon, Xiaomi markalı qulaqlıq almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 26 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC-nin 23 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, 1204.2 (min iki yüz dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 257.8 (iki yüz əlli yeddi manat səksən qəpik) manat dəbbə pulu, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, 1211.8 (min iki yüz on bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 248.2 (iki yüz qırx səkkiz manat iyirmi qəpik) manat dəbbə pulu, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, 444.4 (dörd yüz qırx dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 133 (yüz otuz üç) manat dəbbə pulu üzrə borcu yaranmışdır, ümumilikdə 3499 manat borcu vardır. Məhkəmə iclasında 25.02.2020-ci il tarixli, 17.03.2020-ci il tarixli, 17.03.2020-ci il tarixli, müqavilələr və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən əşyalar almışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 25.02.2020-ci il tarixli, 17.03.2020-ci il tarixli, 17.03.2020-ci il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar almış, lakin o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, 1204.2 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, 1211.8 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, 444.4 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu üzrə borcu olmaqla, cəmi 2980 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmalı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, 1204.2 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, 1211.8 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 17.03.2020-ci il tarixli müqaviləsinə əsasən, 444.4 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, cəmi 2980 (iki min doqquz yüz səksən) manat vəsait və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2462/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2462/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver