Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2464/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 20 noyabr 2019-cu il, 05 dekabr 2019-cu il, 14 fevral 2020-ci il, 09 mart 2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********04795 olan “Samsung Galaxy A10” markalı telefon, LG LED TV, 2 ədəd “Acer Aspire 3” markalı kompüter almış və nəticədə 4253 (dörd min iki yüz əlli üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 387 (üç yüz səksən yeddi) manat (12 ay x 32 manat + 3 manat ilkin ödəniş) olan İMEİ kodu **********04795 olan “Samsung Galaxy A10” markalı telefon üçün 216 (iki yüz on altı) manat olmaqla ondan, 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə pulu; 05 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1171 (min yüz yetmiş bir) manat (18 ay x 65 manat + 1 manat ilkin ödəniş) olan LG LED TV üçün 1228 (min iki yüz iyirmi səkkiz) manat olmaqla ondan, 975 (doqquz yüz yetmiş beş) manat ödənilməmiş hissə, 253 (iki yüz əlli üç) manat dəbbə pulu; 14 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1220.8 (min iki yüz iyirmi manat səksən qəpik) manat (18 ay x 67.6 manat + 4 manat ilkin ödəniş) olan “Acer Aspire 3” markalı kompüter üçün 1411 (min dörd yüz on bir) manat olmaqla ondan 1149.8 (min yüz qırx doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 261.2 (iki yüz altmış bir manat iyirmi qəpik) manat dəbbə pulu; 09 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1124.6 (min yüz iyirmi dörd manat altmış qəpik) manat (12 ay x 89.8 manat 47 manat ilkin ödəniş) olan “Acer Aspire 3” markalı kompüter üçün 1398 manat olmaqla ondan 1077.6 (min yetmiş yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 320.4 (üç yüz iyirmi manat qırx qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 533 manat təşkil edir. 20 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********04795 olan “Samsung Galaxy A10” markalı telefon üçün 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə pulu, 05 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, LC LED TV üçün 975 (doqquz yüz yetmiş beş) manat ödənilməmiş hissə, 253 (iki yüz əlli üç) manat dəbbə, 14 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 markalı kompüter üçün 1149.8 (min yüz qırx doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 261.2 (iki yüz altmış bir manat iyirmi qəpik) manat dəbbə pulu, 09 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 markalı kompüter üçün 1077.6 (min yetmiş yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 320.4 (üç yüz iyirmi manat qırx qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 4253 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4283 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, 05 dekabr 2019-cu il tarixli müqavilə üzrə LG LED üçün 975 (doqquz yüz yetmiş beş) manat ödənilməmiş hissə, 253 (iki yüz əlli üç) manat dəbbə pulu, cəmi 1228 manat; 14 fevral 2020-ci il tarixli müqavilə üzrə Acer Aspire 3 üçün 1149,80 (min yüz qırx doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 261,2 (iki yüz altmış bir manat, iyirmi qəpik) manat dəbbə pulu, cəmi 1411 manat; 09 mart 2020-ci il tarixli müqavilə üzrə Acer Aspire 3 üçün 1077,6 (min yetmiş yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 320,4 (üç yüz iyirmi manat qırx qəpik) manat dəbbə pulu, cəmi 1398 manat olmaqla, ümumilikdə 4037 (dörd min otuz yeddi) manat borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 4067 (dörd min altmış yeddi) manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, izahatında göstərdi ki, o, iddiaçı ilə arasında bağlanmış müqavilələrə uyğun olaraq müəyyən ödənişlər etmişdir, on ildir ki, iddiaçıya məxsus mağazanın daimi müştərisidir, lakin ötən il pandemiya səbəbindən iş yerləri bağlandığı üçün heç yerdə işləyə bilməmişdir və ödənişlərində gecikmə yaranmışdır. Qətnamə çıxarılarkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 05 dekabr 2019-cu il, 14 fevral 2020-ci il və 09 mart 2020-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 05 dekabr 2019-cu il, 14 fevral 2020-ci il və 09 mart 2020-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh həmin tarixli müqavilələr üzrə əşyaları (malları) "xxxx" MMC-dən təhvil almışdır; - "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 10 noyabr 2020-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 21 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC-nin 05 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh 05 dekabr 2019cu il, 14 fevral 2020-ci il və 09 mart 2020-ci il tarixli müqavilələr üzrə müvafiq olaraq 975 manat əsas borcu, 253 manat dəbbə borcu, 1149,8 manat əsas borcu, 261,2 manat dəbbə borcu, 1077,6 manat əsas borcu, 320,4 manat dəbbə borcu olmaqla, cəmi 4037 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2019-cu il, 14 fevral 2020-ci il və 09 mart 2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də onların predmeti olan əşyaları (malları) "xxxx" MMC-dən təhvil almışdır. Lakin cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 05 dekabr 2019-cu il, 14 fevral 2020-ci il və 09 mart 2020-ci il tarixli müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar (mallar) almış, lakin o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulları) əsas borclara münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 975 manat əsas borc, 97 manat dəbbə pulu (cərimə), 14 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1149,8 manat əsas borc, 114,98 manat dəbbə pulu (cərimə) və 09 mart 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1077,6 manat əsas borc, 107,76 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 3522,14 manat borc Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 975 (doqquz yüz yetmiş beş) manat əsas borc, 97 (doxsan yeddi) manat dəbbə pulu (cərimə), 14 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1149,8 (min yüz qırx doqquz manat, səksən qəpik) manat əsas borc, 114,98 (yüz on dörd manat, doxsan səkkiz qəpik) manat dəbbə pulu (cərimə) və 09 mart 2020-ci il tarixli alqısatqı müqaviləsi üzrə 1077,6 (min yetmiş yeddi manat, altmış qəpik) manat əsas borc, 107,76 (yüz yeddi manat, yetmiş altı qəpik) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 3522,14 (üç min beş yüz iyirmi iki manat, on dörd qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2464/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2464/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver