Məhkəmə qərarları › İş №2(007)-2467/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2467/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2467/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə “xxxx” MMC arasında bağlanmış 16.03.2020-ci il,28.10.2019-cu il,19.02.2020-ci il və 23.05.2020-ci il tarxli müqavilələrə əsasən İMEİ kodu **********694646 olan Samsung galaxy A10 markalı telefon, Hoffmann markalı mini soba, İMEİ kodu **********92321 olan Hoffmann X GO markalı telefon və aksesuar, Hoffmann markalı plitə,mikrodalğalı soba,ətçəkən,aspirator almış və nəticədə 1357 manat borcu yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2020-ci iltarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 379 manat(12 ay x 31.5 manat + 1 manat ilkin ödəniş) İMEİ kodu **********694646 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 137 manat olmaqla,ondan 125 manat ödənilməmiş hissə,12 manat cərimə borcu yaranmışdır.Bundan başqa cavabdeh 28.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 240 manat (12 ay x 20 manat) Hoffmann markalı mini soba üçün ümumilikdə 154 manat olmaqla ondan 140 manat ödənilməmiş hissə,14 manat cərimə borcu yaranmışdır.Bundan başqa cavabdeh 19.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 158,4 manat (12 ay x 13.2 manat) İMEİ kodu **********92321 olan Hoffmann X GO markalı telefon və aksesuar üçün ümumilikdə 159 manat olmaqla ondan 144.4 manat ödənilməmiş hissə,14,6 manat cərimə borcu yaranmışdır. Bundan başqa cavabdeh 23.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 876.6 nanat (18 ay x 48.7 manat) olan Hoffmann markalı plitə,mikrodalğalı soba,ətçəkən,aspirator üçün ümumilikdə 907 manat olmaqla ondan 824.6 manat ödənilməmiş hissə,82.4 manat cərimə borcu yaranmışdır.Cavabdehin ödədiyi cəmi məbləğ 420 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh 16.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********694646 olan Samsung galaxy A10 markalı telefon üçün 125 manat ödənilməmiş hissə,12 manat cərimə, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı mini soba üçün 140 manat ödənilməmiş hissə,14 manat cərimə, 19.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********92321 olan Hoffmann X GO markalı telefon və aksesuar 144.4 manat ödənilməmiş hissə,14,6 manat cərimə, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı plitə,mikrodalğalı soba,ətçəkən,aspirator 824.6 manat ödənilməmiş hissə,82.4 manat cərimə,ümumilikdə 1357 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2020-ci iltarixli müqavilədən görünür ki,cavabdehin sahibliyinə və istifadəsinə alqı-satqı qiyməti 379 manat(12 ay x 31.5 manat + 1 manat ilkin ödəniş) İMEİ kodu **********694646 olan Samsung galaxy A10 markalı telefon verilmişdir. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 28.10.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdehin sahibliyinə və istifadəsinə alqı-satqı qiyməti 240 manat (12 ay x 20 manat) Hoffmann markalı mini soba verilmişdir. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdehin sahibliyinə və istifadəsinə alqı-satqı qiyməti 158,4 manat,İMEİ kodu **********92321 olan Hoffmann X GO markalı telefon və aksesuar verilmişdir. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.05.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdehin sahibliyinə və istifadəsinə alqı-satqı qiyməti 876.6 nanat Hoffmann markalı plitə,mikrodalğalı soba,ətçəkən,aspirator verilmişdir. İşə əlavə olunmuş “xxxx” MMC-nin tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 16.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********694646 olan Samsung galaxy A10 markalı telefon üçün 125 manat ödənilməmiş hissə,12 manat cərimə, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı mini soba üçün 140 manat ödənilməmiş hissə,14 manat cərimə, 19.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********92321 olan Hoffmann X GO markalı telefon və aksesuar üçün 144.4 manat ödənilməmiş hissə,14,6 manat cərimə, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı plitə,mikrodalğalı soba,ətçəkən,aspirator 824.6 manat ödənilməmiş hissə,82.4 manat cərimə,ümumilikdə 1357 manat borcu qalmışdır. İşə əlavə olunmuş “xxxx” MMC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ndan borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür “xxxx” MMC ilə Cavabdeh arasında müxtəlif tarixlərdə 4 nisyə alqı-satqı müqaviləsi bağlanmış və cavabdehin sahibliyinə və istifadəsinə müxtəlif çeşidli mallar verilmişdir. Cavabdeh həmin müqavilələrə əsasən malın dəyərini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlləri əsasında cavabdeh hər ayın ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 16.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********694646 olan Samsung galaxy A10 markalı telefon üçün 125 manat ödənilməmiş hissə,12 manat cərimə, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı mini soba üçün 140 manat ödənilməmiş hissə,14 manat cərimə, 19.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********92321 olan Hoffmann X GO markalı telefon və aksesuar üçün 144.4 manat ödənilməmiş hissə,14,6 manat cərimə, 23.05.2020-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı plitə,mikrodalğalı soba,ətçəkən,aspirator 824.6 manat ödənilməmiş hissə,82.4 manat cərimə,ümumilikdə 1357 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar