Məhkəmə qərarları › İş №2(007)-2468/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2468/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2468/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "İddiaçı" MMC Cavabdeh oğluna qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» MMC ilə 07.05.2020-ci il və 16.05.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********67090 olan “Huawei Y7” və İMEİ Kodu **********85038 olan “Samsung Galaxy A51” markalı telefon, almış və nəticədə 1160 manat borc yaranmışdır.Cavabdeh 07.05.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 420.8 manat İMEİ kodu **********67090 olan «Huawei Y7» markalı telefon üçün ümumilikdə 404 manat olmaqla ondan 367.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36.2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 16.05.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 865.6 manat İMEİ Kodu **********85038 olan “Samsung Galaxy A51” markalı telefon üçün ümumilikdə 756 manat olmaqla ondan 687.6 manat ödənilməmiş hissə , 68.4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 231 manat təşkil edir. Qeyd olunanlara əsasən 07.05.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********67090 olan «Huawei Y7» markalı telefon üçün 367.8 manat ödənilməmiş hissə, 36.2 manat cərimə, 16.05.2020-ci il tarixli müqaviləsinə əsasən,İMEİ Kodu **********85038 olan Samsung Galaxy A51 markalı telefon üçün 687.6 manat ödənilməmiş hissə, 68.4 manat cərimə, ümumilikdə 1160 manat borc, 30 manat dövlət rüsumu Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 07.05.2020-ci il tarixli 20264970 nömrəli kredit müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********67090 olan «Huawei Y7» markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 07.05.2020-ci il tarixli 20264970 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 05-dən gec olmayaraq 12 ay müddətinə 33.4 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 20.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07.05.2020-ci il tarixli 00936928 nömrəli kredit müqaviləsi üzrə 367.8 manat ödənilməmiş hissə, 36.2 manat cərimə, cəmi 404 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 16.05.2020-ci il tarixli 20283928 nömrəli kredit müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ Kodu **********85038 olan “Samsung Galaxy A51” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 16.05.2020-ci il tarixli 20283928 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 16-dan gec olmayaraq 12 ay müddətinə 57.3 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 20.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.05.2020-ci il tarixli 20283928 nömrəli kredit müqaviləsi üzrə 687.6 manat ödənilməmiş hissə, 68.4 manat cərimə, cəmi 756 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh göndərilmiş 10.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 21.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 07.05.2020-ci il tarixli 20264970 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********67090 olan «Huawei Y7» markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 07.05.2020-ci il tarixli 20264970 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh hər ayın 05-dən gec olmayaraq 12 ay müddətinə 33.4 ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 16.05.2020-ci il tarixli 20283928 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********85038 olan “Samsung Galaxy A51” telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 16.05.2020-ci il tarixli 20283928 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh hər ayın 16-dan gec olmayaraq 12 ay müddətinə 57.3 ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 07.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********67090 olan «Huawei Y7» nıarkalı telefon üçün 367.8 manat ödənilməmiş hissə, 36.2 manat cərimə, 16.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********85038 olan “Samsung Galaxy A51” markalı telefon üçün 687.6 manat ödənilməmiş hissə, 68.4 manat cərimə, ümumilikdə 1160 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1190 manat məbləğində pul «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar