Məhkəmə qərarları › İş №2(007)-2469/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2469/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2469/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyun 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********88209 olan Xiaomi Redmi 8A markalı telefon üçün 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, 07 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********42149 olan Samsung galaxy A10 markalı telefon üçün 243 (iki yüz qırx üç) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, ümumilikdə 705 manat borc, 30 manat dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 03.06.2020-ci il və 07.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********88209 ilan Xiaomi Redmi 8A markalı telefon, İMEİ kodu **********42149 oları Samsung galaxy A10 markalı telefon almış və nəticədə 705 (yeddi yüz beş) manat borc yaranmışdır. Cavabdeh 03.06.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 423 (dördyüz iyirmi üç) manat (yəni 18 ay x 25.5 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********88209 olan Xiaomr Redmi SA markalı telefon üçün ümumilikdə 438 (dörd yüz otuz səkkiz) manat olmaqla ondan 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 (otıız doqquz) manat cərimə pulıı borcu yaranmışdır. Cavabdeh 07.08.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqışa tqı qiyməti 393 (üç yüz doxsan üç) manat (yəni 18 ay x 13.5 manat * 150 manat ilkin ödəniş), İMEİ kodu **********42149 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 267 (iki yüz altmış yeddi) manat olmaqla ondan 243 (iki yüz qırx üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 174 manat təşkil edir Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələ aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeha ümumi dəyəri 423 manat olan Xiaomi Redmi 8A markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 393 manat olan Samsung galaxy A10 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 21 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 iyun 2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 399 manat, cərimə borcu üzrə 39 manat olmaqla, ümumilikdə 438 manat borcu vardır. Cavabdeh 07 avqust 2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 243 manat, cərimə borcu üzrə 24 manat olmaqla, ümumilikdə 267 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 705 manat borcu vardır. İşə əlavə olunmuş 22 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 03 iyun 2020-ci il tarixli və 07 avqust 2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 03 iyun 2020-ci il tarixli müqavilə üzrə 399 manat əsas borc, 39 manat cərimə borcu olmaqla, ümumilikdə 438 manat borc, 07 avqust 2020-ci il tarixli müqavilə üzrə 243 manat əsas borc, 24 manat cərimə borcu olmaqla, ümumilikdə 267 manat borc olmaqla, cəmi 705 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar