Məhkəmə qərarları › İş №2(007)-2470/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2470/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2470/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 08 may 2019-cu il tarixli, 00651139 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh onlardan 336 manat dəyərində İMEİ kodu **********11030 olan “Samsung Galaxy A10” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu hər ay 56 manat olmaqla 06 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. Lakın, Cavabdeh üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş, heç bir ödəniş etməmiş və 336 manat məbləğində MMC-yə borclu qalmışdır.Onun əsas borcun məbləği 336 manat və cərimə borcun məbləği 33 manat olmaqla, cəmi 369 manat dəyərində borcun və 20 manat dəyərində ödənilmiş dövlət rüsümün əvəzinin cavabdehdən alınması və "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeharasında bağlanmış 08 may 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 336 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu o, hər ay 56 manat olmaqla, 06 ay ərzində cədvəl üzrə ödəyəcəkdir. İşdə olan "xxxx" MMC və Cavabdeharasında bağlanmış 08 may 2019-cu il tarixli müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh tərəfindən iddiaçıdan 08 may 2019-cu il tarixdə imza etməklə 336 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefon əldə edilmişdir. İşdə olan maliyyə arayışından və ödəniş cədvəllərindən görünür ki, "xxxx" MMC və Cavabdeharasında bağlanmış 08 may 2019-cu il tarixli, 00651139 saylı müqavilə üzrə cavabdehin iddiaçıya 336 manat əsas borcu, 33 manat cərimə olmaqla, cəmi 369 manat məbələğində borcu qalmışdır. İşdə olan bildirişdən (pretenziyadan) görünür ki, iddiaçı "xxxx"MMC Cavabdeh onun MMC-yə borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. İşdə olan ********* saylı qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə iddia verilməsindən ötrü 20 manat məbləğində dövlət rüsümü ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 08 may 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 08 may 2019-cu il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə 336 manat əsas borcu və 33 manat cərimə olmaqla, ümumi 369 (üç yüz altmış doqquz) manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar