Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2475/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onlardan nisyə alqı satqı müqavilələrinə əsasən 30.05.2019-cu il tarixdə 433 manat dəyərində “Samsung Galaxy A10” mobil telefon və “Headset Ergo VM-110” markalı qulaqcığı, 03.06.2019-cu il tarixdə, 315 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefonu, 20 iyun 2019-cu il tarixdə 510 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu, 10.09.2019cu il tarixdə 481 manat dəyərində “ Samsung Galaxy A20” markalı mobil telefonu və 10 dekabr 2019-cu il tarixdə 492 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir. Həmin müqavilələr üzrə cavabdehin onlara ümumillikdə 1330 manat məbləğində borcu qalmışdır: Belə ki, Cavabdeh ilə onların aralarında bağlanmış 1) 30 may 2019-cu il tarixli, nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh onlardan 433 manat dəyərində “Samsung Galaxy A10” mobil telefon və “Headset Ergo VM-110” modelli qulaq qulaqcığı əldə etmişdir bu şərtlə ki, 1 manat məbləğində ilkin ödəniş edəcək, borcun qalan hissəsini hər ay 36 manat olmaqla, 12 ay ərzində cədvəl üzrə onlara ödəyəcəkdir. Lakın, Cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 236 manat məbləğində ödənişlər etmiş, ödəmənin qalan hissəsini ödəməkdən imtina etmiş və onlara borclu qalmışdır. Bu müqavilə üzrə onun əsas borcunun məbləği 197 manat təşkil etmiş və 19 manat cərimə olmaqla, cəmi 216 manat dəyərində borcu qalmışdır. 2) Bundan əlavə, 03 iyun 2019-cu il tarixdə onların aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh onlardan 315 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu hər ay 35 manat olmaqla 09 ay ərzində cədvəl üzrə onlara ödəyəcəkdir. Lakın, Cavabdeh bu müqavilə üzrə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cəmi 210 manat məbləğində ödənişlər etmiş, ödəmənin qalan hissəsini borclu qalmışdır. Bu müqavilə üzrə onun əsas borcunun məbləği 105 manat təşkil etmiş və 10 manat cərimə olmaqla, cəmi 115 manat borcu qalmışdır. 3) Bundan əlavə, onların aralarında bağlanmış 20 iyun 2019cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh onlardan 510 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 30 manat məbləğində ilkin ödəniş edəcək, qalan borcu hər ay 40 manat olmaqla 12 ay ərzində cədvəl üzrə onlara ödəyəcəkdir. Lakın, Cavabdeh bu müqavilə üzrə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 270 manat məbləğdə ödənişlər etmiş, ödəmənin qalan hissəsinin borclu qalmışdır. Onun bu müqavilə üzrə əsas borcunun dəyəri 240 manat olmuş və 24 manat cərimə olmaqla, cəmi 264 manat borcu qalmışdır.4) Bundan əlavə, 10 sentyabr 2019-cu il tarixdə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh onlardan 481 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 49 manat məbləğində ilkin ödəniş edəcək, qalan borcu hər ay 36 manat olmaqla 12 ay ərzində cədvəl üzrə onlara ödəyəcəkdir. Lakın, Cavabdeh bu müqavilə üzrə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 158 manat məbləğdə ödənişlər etmiş, ödəmənin qalan hissəsini borclu qalmışdır. Onun bu müqavilə üzrə əsas borcunun məbləği 323 manat təşkil etmiş və 32 manat cərimə olmaqla, cavabdehin onlara cəmi 355 manat borcu qalmışdır. 5) Bundan əlavə, 10 dekabr 2019-cu il tarixdə aralarında bağlanmış li nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh onlardan 492 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 42 manat məbləğində ilkin ödəniş edəcək, qalan borcu hər ay 25 manat olmaqla 18 ay ərzində cədvəl üzrə onlara ödəyəcəkdir. Lakın, Cavabdeh bu müqavilə üzrə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, cəmi 42 manat məbləğdə ödənişlər etmiş, ödəmənin qalan hissəsinin borclu qalmışdır. Onun bu müqavilə üzrə də, əsas borcunun məbləği 450 manat təşkil etmiş və 45 manat cərimə olmaqla, cəmi 495 manat borcu qalmışdır. Cavabdeh hər beş müqavilələr üzrə cəmi 1210 manat məbləğində əsas borcu və 120 manat cərimə olmaqla, ümumillikdə 1330 manat həcmində borcu qalmışdır. Həmin borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsümün cavabdehdən alınması və "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 30 may 2019-cu il tarixli, 00690086 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 433 manat dəyərində “Samsung Galaxy A10” mobil telefon və “Headset Ergo VM-110” modelli qulaq qulaqcıq əldə etmişdir bu şərtlə ki, 1 manat məbləğində ilkin ödəniş edəcək, borcun qalan hissəsini hər ay 36 manat olmaqla, borcu 12 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. İşə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 03 iyun 2019-cu il tarixli, 00698811 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, avabdeh onlardan 315 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu hər ay 35 manat olmaqla 09 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. İşə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, 00733046 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 510 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 30 manat məbləğində ilkin ödəniş edəcək, qalan borcu hər ay 40 manat olmaqla 12 ay ərzində cədvəl üzrə o, onlara ödəyəcəkdir. İşə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 00902437 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 481 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 49 manat məbləğində ilkin ödəniş edəcək, qalan borcu hər ay 36 manat olmaqla 12 ay ərzində cədvəl üzrə o, onlara ödəyəcəkdir. İşə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 01115557 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 492 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 42 manat məbləğində ilkin ödəniş edəcək, qalan borcu hər ay 25 manat olmaqla 18 ay ərzində cədvəl üzrə o, onlara ödəyəcəkdir. İşdə olan 30.05.2019-cu il tarixli qəbzdən görünür ki, həmin tarixdə cavabdeh X1 iddiaçıdan 433 manat dəyərində “Samsung Galaxy A10” mobil telefon və “Headset Ergo VM-110” modelli qulaq qulaqcıq əldə etmişdir. İşdə olan 03.06.2019-cu il tarixli qəbzdən görünür ki, həmin tarixdə cavabdeh X1 iddiaçıdan 315 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefonu əldə etmişdir., İşdə olan 20.06.2019-cu il tarixli qəbzdən görünür ki, həmin tarixdə cavabdeh X1 iddiaçıdan 510 manat dəyərində “Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir., İşdə olan 10.09.2019-cu il tarixli qəbzdən görünür ki, həmin tarixdə cavabdeh X1 iddiaçıdan 481 manat dəyərində “ Samsung Galaxy A20” markalı mobil telefonu əldə etmişdir., İşdə olan 10.12.2019-cu il tarixli qəbzdən görünür ki, həmin tarixdə cavabdeh X1 iddiaçıdan 492 manat dəyərində “ Samsung Galaxy A20” markalı mobil telefon əldə etmişdir İşdə olan hər beş müqavilələr üzrə hesablanmış maliyyə arayışları və ödəniş cədvəllərindən görünür ki, Cavabdeh 30 may 2019-cu il tarixli, 03 iyun 2019-cu il tarixli, 20 iyun 2019-cu il tarixli, 10 sentyabr 2019-cu il tarixli və 10 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqavilələr üzrə iddiaçı "xxxx" MMC-yə ümumi olaraq 1210 manat əsas borcu və 120 manat cərimə olmaqla, ümumillikdə 1330 manat məbləğində borcu qalmışdır. İşdə olan bildirişlərdən (pretenziyalardan) görünür ki, iddiaçı "xxxx"MMC Cavabdeh onun MMC-yə hər beş müqavilələr üzrə borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. İşdə olan ********* nömrəli ödəniş qəbzdən görünür ki, iddiaçı "xxxx"MMC tərəfindən məhkəməyə iddia verilməsindən ötrü 30 manat məbləğində dövlət rüsümü ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 30.05.2019-cu il, 03.06.2019-cu il, 20.06.2019-cu il, 10.09.2019-cu il və 10.12.2019-cu il tarixli nisyə alqısatqı müqavilələr üzrə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 30.05.2019-cu il, 03.06.2019-cu il, 20.06.2019-cu il, 10.09.2019-cu il və 10.12.2019cu il tarixli nisyə alqı satqı müqavilələr üzrə 1315 manat əsas borc, 130 manat cərimə borcu olmaqla, ümumi 1445 (bir min dörd yüz qırx beş) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2475/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2475/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver