Məhkəmə qərarları › İş №2(007)-2487/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2487/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2487/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov RaminTofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.05.2019-cu il tarixli,000654690 saylı müqaviləsinə əsasən, Xs Max markalı mobil telefon üçün 3805 manat ödənilməmiş hissə, 380 manat dəbbə pulu, cəmi 4745 manat; 12.03.2019-cu il tarixli, 00559854 saylı müqaviləsinə əsasən, Xs markalı mobil telefon üçün 3015 manat ödənilməmiş hissə, 844 manat dəbbə pulu, cəmi 3859 manat, hər iki müqavilələr üzrə ümumilikdə 8604 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8634 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 10.05.2019-cu il tarixli,000654690 saylı müqaviləsinə əsasən, ümumi dəyəri 4312 manat məbləğində onlardan Xs Max markalı mobil telefon əldə etmişdir bu şərtlə ki, 280 manat ilk ödəniş edəcək, borcun qalan hissəsini isə, hər ay 224 manat olmaqla, onu 18 ay müddətində ödəcəyəkdir. Lakın cavabdeh üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş və bu müqavilə üzrə 3805 manat ödənilməmiş hissə, 380 manat dəbbə pulu və cəmi 4745 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, cavabdeh, "xxxx" MMC ilə aralarında bağlanmış 12.03.2019-cu il tarixli, 00559854 saylı müqaviləsinə əsasən, onlardan ümumi dəyəri 4004 manat məbləğində Xs markalı mobil telefon almışdır bu şərtlə ki, 386 manat ilk ödəniş edəcək, borcun qalan hissəsini isə, hər ay 201 manat olmaqla, onu 18 ay müddətində ödəcəyəkdir. Lakın cavabdeh üzərinə götürdüyü bu öhdəliyi də, yerinə yetirməmiş, 3015 manat ödənilməmiş hissə, 844 manat dəbbə pulu və cəmi 3859 manat məbləğində borcu qalmışdır. Hər iki müqavilələr üzrə cavabdehin onlara 8604 manat məbləğində borcu qalmışdır. Həmin borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsümünün əvəzini, cavabdehdən MMC-nin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" MMC ilə X5 arasında bağlanmış 10.05.2019-cu il tarixli ********* saylı və 12.03.2019-cu il tarixli 00559854 saylı müqavilələrdən görünür ki, cavabdeh "xxxx" MMCdən müvafiq olaraq ümumi dəyəri 4312 manat məbləğində XS markalı mobil telefonu və 4004 manat dəyərində Xs markalı mobil telefonu əldə etmişdir. Cavabdeh X5 qeyd olunan müqavilələr üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; -13 avqust 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; -"xxxx" MMC-nin 13 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X3 10.05. 2019-cu il tarixlıi və 12.03.2019-cu il, müqavilələr üzrə 6820 manat əsasə borc, 1784 manat dəbbə pulu olmaqla ümumilikdə 8604 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış 10.05.2019-cu il və 12.03.2019-cu il tarixli müqavilələr və onlara əlavələrə əsasən, X5 "xxxx" MMC-dən müvafiq olaraq ümumi dəyəri 4312 manat olan XS Max markalı və ümumi dəyəri 4004 manat məbvləğində Xs markalı mobil telefonnlar almışdır. X5 qeyd olunan müqavilələr üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh X5 10.05.2019-cu il və 12.03.2019-cu il tarixli müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh X5 alqısatqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2 12.03.2019-cu il tarixli, 00559854 saylı müqaviləsi üzrə 3015.00 manat ödənilməmiş hissə,100 manat dəbbə pulu, 10.05.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 3805.00 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, ümumillikdə 6820 manat əsas borc və 200 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 7020.00 (yeddi min iyirmi) manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC-TELECOM" MMCnin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraqvə Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 12.03.2019-cu il tarixli, 00559854 saylı müqaviləsi üzrə 3015.00 manat ödənilməmiş hissə,100 manat dəbbə pulu, 10.05.2019-cu il tarixli000654690 saylı müqavilə üzrə 3805.00 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, ümumillikdə 6820 manat əsas borc və 200 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 7020.00 (yeddi min iyirmi) manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar