Məhkəmə qərarları › İş №2(007)-2489/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2489/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2489/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə aralarında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, 00936873 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh onlardan 648 manat dəyərində İMEİ kodu **********08327 olan “Samsung Galaxy A50” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu hər ay 54 manat olmaqla 12 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. Lakın, X4 üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş, cəmi 54 manat məbləğində ödənmiş etmiş, qalan borcu ödəməmişdir. Onun MMC-yə əsas borcu 594 manat və cərimə borcun məbləği 59 manat olmaqla, cəmi 653 manat dəyərində borcu qalmışdır. Həmin borcun və 30 manat dəyərində ödənilmiş dövlət rüsümün əvəzinin cavabdehdən alınması və "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və cavabdeh X3rasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 648 manat dəyərində “Samsung Galaxy A50” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu o, hər ay 54 manat olmaqla, 12 ay ərzində cədvəl üzrə ödəyəcəkdir. İşdə olan "xxxx" MMC və X3rasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, cavabdeh X4 tərəfindən iddiaçıdan 25 sentyabr 2019-cu il tarixdə imza etməklə 648 manat dəyərində “Samsung Galaxy A50” markalı mobil telefon əldə edilmişdir. İşdə olan maliyyə arayışından və ödəniş cədvəllərindən görünür ki, "xxxx" MMC və X3rasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, 00936873 saylı müqavilə üzrə cavabdehin iddiaçıya 594 manat əsas borcu, 59 manat cərimə olmaqla, cəmi 653 manat məbələğində borcu qalmışdır. İşdə olan bildirişdən (pretenziyadan) görünür ki, iddiaçı "xxxx"MMC cavabdeh X2 onun MMCyə borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. İşdə olan ********* saylı qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə iddia verilməsindən ötrü 30 manat məbləğində dövlət rüsümü ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 25 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 25 sentyabr 2019-cu il tarixli, 00936873 saylı nisyə alqı-satqı müqavilə üzrə 594 manat əsas borcu və 59 manat cərimə ümumi 653 (altı yüz əlli üç) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar