Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-249/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi və Bakı Şəhəri 14 saylı Notariat Ofisi cəlb edilməklə cavabdehlər İbrahimov X15 və Cavabdeh2 qarşı "etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1 15 saylı Notariat Kontorunda vermiş olduğu xx.xx.2014-cü il tarixli etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi, (hal-hazırda ləğv etdirmişdir), həmin etibarnamə əsasında Cavabdeh1 ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bağışlanma müqaviləsi əsasında DƏDRX tərəfindən X4 verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindir. DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mənzildə o, həyat yoldaşı Cavabdeh1 və oğlu X5 qeydiyyatdadırlar. Hal-hazırda mübahisəli evdə o, və həyat yoldaşı yaşayırlar. Həyat yoldaşı Cavabdeh1 ağır xərçəng xəstəsidir. Mütəmadi olaraq kimyəvi terapiya alırdı, xərçəng ağ ciyərlərinə yayılmışdı, sonradan beynində şişlər əmələ gəlməyə başlamışdır. O, mövsümi işlə əlaqədar Moskva şəhərinə getdiyindən, hələ 2014cü il tarixində həyat yoldaşı Cavabdeh1 etibarnamə vermişdir ki, birdən nə isə lazım olar. Anasının beynində şişlər olduğu üçün və çox ağrılar içində özünü idarə edə bilməməsindən istifadə edən oğlu X5 anasını, yəni həyat yoldaşı Cavabdeh1 notariat orqanına aparmış və ona bildirmişdir ki, fonddan onun müalicəsi üçün pul ayırıblar, pulu almaq üçün imza etməlidir və hansısa kağıza imza etdirmişdir. Beləcə bağışlama müqaviləsinə imza etdirərək evlərini, yəni Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr, ev 78, mənzil 50-ni özünə bağışlatdırmışdır. X16 anasının, yəni Cavabdeh1 başını sağ qolunun arasına soxaraq sıxmış, sol əli ilə onun başına yaş hamam dəsmalı ilə zərbələr endirmişdir. Elmira huşunu itirib yıxılmışdır. Bu mütəmadi olaraq baş vermişdir. Həyat yoldaşı Cavabdeh1 tək oğlu yox, onun həyat yoldaşı Rəna adlı qadın da dəfələrlə döymüşdür. Həyat yoldaşının səhhəti ağır, ölümcül vəziyyətdə olduğundan o, təcili Bakıya gəlməli olmuş və Bakıya gəldikdən sonra ona məlum olmuşdur ki, oğlu X5 həyat yoldaşını, yəni Cavabdeh1 aldadaraq bağışlama müqaviləsinə imza etdirmiş və ünvan 1-ni özünə bağışlatdırmışdır. Həyat yoldaşı, Cavabdeh1 çox ağır vəziyyətdə olmuş, aldadılmış və fonddan onun müalicəsi üçün pul alınacağı bildirilərək bağışlanma müqaviləsinə imza etdirilmişdir. Son yaşayış yerləri olan evləri sahibliyindən çıxmışdır. Oğlu Müseyib və həyat yoldaşı Rəna ölümcül vəziyyətdə olan yaşlı və xəstə anasını mütəmadi olaraq döymüşdür. Oğlu Müseyib və həyat yoldaşı onun gəldiyini eşidib qorxudan evdən qaçmışlar. Bununla bağlı dəfələrlə qonşular tərəfindən Nizami Rayon PŞ-nə şikayət edilmiş, polislər evə gəlib araşdırma aparmışlar. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı Cavabdeh1 15 saylı Notariat Kontorunda vermiş olduğu xx.xx.2014-cü il tarixli etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi, (hal-hazırda ləğv etdirmişdir), həmin etibarnamə əsasında Cavabdeh1 ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və bağışlanma müqaviləsi əsasında DƏDRX tərəfindən X4 verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mənzildə o, həyat yoldaşı Cavabdeh1 və oğlu X8 oglu qeydiyyatdadır. Hal-hazırda mübahisəli evdə o və həyat yoldaşı yaşayırlar. Həyat yoldaşı Cavabdeh1 ağır xərçəng xəstəsidir. Mütəmadi olaraq kimyəvi terapiya alır, xərçəng ağ ciyərlərinə yayılmış, sonradan beynində şişlər əmələ gəlməyə başlamışdır. O, mövsümi işlə əlaqədar Moskva şəhərinə getdiyindən, hələ 2014-cü il tarixində həyat yoldaşı Cavabdeh1 etibarnamə vermişdir ki, birdən nə isə lazım olar. Anasının beynində şişlər olduğu üçün və çox ağrılar içində özünü idarə edə bilməməsindən istifadə edən oğlu X5 anasını, yəni həyat yoldaşı Cavabdeh1 DNK-ya aparmış və ona bildirmişdir ki, "sənin həyatının sonuna bir ay qalıb, sənə heç kim qulluq etməyəcək, sən evi mənim adıma keçirt, istədiyin vaxt sonradan mən geri qaytararam”. Bu sözləri məhkəmə prosesində hakim Ülkər Yusifova Cavabdeh1 ilə “Whatsapp” vasitəsilə görüntülü danışarkən Cavabdeh1 şəxsən özü demişdir. O, həmçinin bildirmişdir ki, "Mən sonradan Müseyibdən evin geri qaytarılmasını tələb etsəm də o, məni müxtəlif bəhanələrlə aldatmış, geri qaytarmamışdır. Evi özünə bağışlatdıqdan sonra məni xəstə vəziyyətdə oğlum və gəlinim dəfələrlə döymüşlər”. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh1 səhhəti həddindən artıq pis vəziyyətdə olduğu, ayaqları tutulduğu üçün onunla “Whatsapp” vasitəsilə görüntülü danışılmışdır. Hakim Ülkər Yusifova Cavabdeh1 bu barədə, yəni evi Müseyibə bağışlaması barədə həyat yoldaşına nə vaxt xəbər verməsini, yəni evi bağışlamaq DNK-ya getməmişdən əvvəl və ya getdikdən sonra xəbər verməsini soruşduqda Cavabdeh1 bildirmişdir ki, "O, mübahisəli evi, yəni Bakı şəhəri. Nizami rayonu, Q.Qarayev prospekti, ev 78, mənzil 50-ni DNK-da cavabdeh İbrahimov Müseyibə bağışladıqdan sonra həyat yoldaşı İddiaçı xəbər vermişdir". Yuxarıda qeyd etdiyi kimi ünvan 1 onun yeganə xüsusi mülkiyyətidir. O, həmin evi cavabdeh İbrahimov Müseyibə bağışlamaq fikrində olmamışdır. Əgər o, həmin evi Müseyibə bağışlamaq istəsə idi həyat yoldaşına etibarnamə verməzdi, şəxsən özü ona bağışlayardı. Dolayı yolla bağışlamağa nə ehtiyac var idi ki, sadəcə olaraq İbrahimov Müseyibin məqsədi hələ 2014-cü ildə həmin evi ələ keçirmək olmuşdur. Bu məqsədlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsilə müraciət edərək, ünvan 1-nin bir otağına kirayə müqaviləsinin özünün adına bağlanması vəzifəsinin Nizami Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)- 563/2014 saylı qərarı ilə onun iddiası rədd edilmişdir. Digər tərəfdən bildirir ki, Cavabdeh1 ilə oğlu və gəlini arasında mübahisələr, dava-dalaşlar olduğu halda Cavabdeh1 evi ona bağışlaya bilməzdi. İbrahimov Müseyib anası Cavabdeh1 aldadaraq evi özünə bağışlatdıqdan sonra da ona qarşı çox aqressiv olmuş, həm həyat yoldaşı, həm də özü Cavabdeh1 qarşı fiziki zor göstərmiş, dəfələrlə onu döymüşlər. Bu səbəbdən də işləri polisə düşmüşdür. Müseyib tərəfindən tərk edilməsinin yeganə səbəbi Cavabdeh1 Müseyibə və arvadı Rənaya qarşı aqressiv və təhlükəli davranışıdır. Müseyib və həyat yoldaşı anasına hörmətsiz və qayğısız yanaşmamaq üçün Cavabdeh1 tərəfindən əsassız olaraq yaradılmış mübahisəli və münaqişəli məsələ həllini tapana qədər özü və arvadı evdən çıxmışdır. Polis bölməsinin də tövsiyyəsi ilə təhlükəsizliyin təmin edilməsi baxımından bir yerdə yaşamağın təhlükəli olduğu bildirilmiş və bu təhlükənin qarşısını almaq üçün guya evi tərk etmək məcburiyyətində qalmışlar". Əgər cavabdeh, yəni həyat yoldaşı mübahisəli evi X16ə bağışlayırdısa, hansı səbəbdən onlarla bir yerdə yaşamaq təhlükəli idi? Və ya bir yerdə yaşaya bilməyən, aralarında konflikt olan insana hansı səbəbdən ev bağışlanmalıdır. X16 anasının, yəni Cavabdeh1 başını sağ qolunun arasına soxaraq sıxmış, sol əli ilə onun başına yaş hamam dəsmalı ilə zərbələr endirmişdir. Elmira huşunu itirib yıxılmışdır, Bu mütəmadi olaraq baş vermişdir. Həyat yoldaşı Cavabdeh1 tək oğlu yox, onun həyat yoldaşı Rəna adlı qadın da dəfələrlə döymüşdür. Həyat yoldaşı, Cavabdeh1 çox ağır vəziyyətdə olmuş, aldadılmış, bağışlanma müqaviləsinə imza etdirilmişdir. Son yaşayış yerləri olan evlərini sahibliyindən çıxmışdır. Hesab edir ki, cavabdeh İbrahimov Müseyib ağ ciyərindəki xərçəngə görə dəfələrlə kimya terapiya almış, sonradan beynində şişlər yaranmış, ağrılara dözə bilməyən, ölümcül vəziyyətdə olan anası Cavabdeh1 etibarına girərək bir ay yaşayacağını, tələb etdikdə isə evi geri qaytaracağını bildirərək onu aldatmış, onun köməksiz vəziyyətindən istifadə edərək son yaşayış yerləri olan mənzilini özünə bağışlatmış, mənzili özünə bağışlatdıqdan sonra həyat yoldaşı ilə birlikdə Elmiraya qarşı zor tətbiq etmiş, onu dəfələrlə döymüş, Cavabdeh1 bağışlanma müqaviləsinin ləğvedilməsini, evin geri qaytarılmasını tələb etdikdə o, həyat yoldaşı ilə birlikdə evdən çıxıb getmiş, onu aldatmışdır. Məhkəmə baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi və Bakı Şəhəri 14 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 06 mart 2023-cü il tarixdə etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı X4 və Cavabdeh1 qarşı “etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, verilmiş çıxarışın ləğv edilməsi tələbinə” dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra, 24 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət olunaraq etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və verilmiş çıxarışın ləğv edilməsi tələb edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsini isə ilkin iddia ərizəsi ilə fərqli mətnə əsaslandıraraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, iddia tələbi əsassız və qanunsuzdur, iddia tələbini qəbul etmirlər iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. İddia tələbinin əsassız olmasını sübut etmək üçün iddia ərizəsində qeyd edilən hallara ayrı-ayrılıqda münasibət bildirməlidir: İlk öncə qeyd edilməlidir ki, İddiaçı mövsümü işlərlə əlaqədar Moskva şəhərinə getdiyini qeyd etsə də əslində İddiaçı daimi əsaslarla Rusiya Federasiyasında yaşayır. İddiaçı videokonfrans vasitəsi ilə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək özü də etiraf etmişdir ki, 2014-cü il tarixdən Azərbaycandan getmiş və sonuncu dəfə 2022-ci ilin iyun ayında geri qayıtmışdır. Bu da o deməkdir ki, iddiaçı getdiyi ölkədə daimi əsaslarla yaşayır. xx.xx.2023-cü ilə qədər Rusiya Federasiyasında vizasız qalma müddət 90 gündür. İddiaçının bu qədər fasiləsiz həmin ölkədə qala bilməsinin iki səbəbi ola bilər: daimi yaşamaq hüququ və ya vətəndaşlıq. Bu iki hal isə iddiaçının mövsümü olaraq gedibgəldiyini istisna edir və iddiaçının yalan məlumat təqdim etdiyini sübut edir. Eyni zamanda, qeyd edilməlidir ki, İddiaçı videokonfrans vasitəsi ilə öz izahatında qeyd etmişdir ki, istilik təhcizatı sahəsində işləyir rus dilində qeyd etdiyi kimi “koçeqar” vəzifəsində və həmin ölkədən pensiya alır. Bir şəxsin hər hansı dövlətdən pensiya təminatı əldə etmək üçün həmin ölkənin vətəndaşı olması əsas şərtdir. İkinci olaraq, iddiaçı ilkin iddia ərizəsindən fərqli mətndə yeni ərizəsində qeyd edir ki, guya İbrahimov Müseyib Cavabdeh1 ağır xəstəliyindən istifadə olunmaqla aldadılaraq, yəni “Cavabdeh1-nin həyatının sonuna 1 ay qalıb, ona heç kim qulluq etməyəcək, evi keçir Müseyib adına, istədiyi vaxt da adına geri qaytaracaq” yalanı ilə bağışlama müqaviləsinə imza etdirilməsi ilə bağlı qeyd edilməlidir ki, bu hal tamamilə əsassız və uydurmadır. Halbuki əvvəlki iddia ərizəsində tamamilə fərqli əsaslandırma qeyd edilmişdir, guya onun xəstəliyindən istifadə olunaraq müalicə üçün hansısa fonddan pul alınması yalanı ilə bağışlama müqaviləsi imza etdirilmişdir. İddiaçının iddia tələbini bir birindən fərqli mətndə əsaslandırmasının da, səbəbi odur ki, Cavabdeh1 videokonfrans vasitəsi ilə məhməkə iclasında iddia ərizəsində qeyd olunanlardan fərqli izahat vermişdir və iddiaçı da həmin izahata uyğunlaşırma məqsədi ilə hazırki ərizədə Cavabdeh1 izahatına uyğunlaşdırmışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında video konfrans vasitəsi ilə məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, notariusa bağışlama müqaviləsini imzalamağa və mübahisə predmetini oğlunun adına keçirməyə getdiyini bilirdi və o niyyətlə getmişdir. Üstəlik iş materiallarına əlavə edilmiş xəstəlik sənədləri ilə Cavabdeh1 xəstəlik nəticəsində etmiş olduğunu hərəkətlərin mənasını və onları idarə edə bilməməsini təsdiqləyəcək hər-hansı göstəriş öz əksini tapmamış və sübuta yetirilmir. Əksinə Cavabdeh1 özü etiraf etdi ki, hansı sənədə imza atdığını və nə üçün etdiyini bilirdi. Video konfrans vasitəsi ilə kifayət qədər sərbəst şəkildə ifadə vermək iqtidarında idi. Eyni zamanda, qeyd edilməlidir ki, Cavabdeh1 ifadəsində qeyd etmişdir ki, notariat orqanına getdikdən sonra hazırki iş üzrə mübahisə predmeti olan mənzilin oğluna bağışlaması barədə iddiaçıya məlumat vermişdir. Bu hal isə iddiaçının iddia ərizəsində bağışlama barədə Bakıya qayıtdıqdan sonra məlumatlı olması halını istisna edir və yalan olduğunu sübut edir. Həmin halın yalan olmasını iddiaçı özü də xx.xx.2023-ci il tarixə təyin edilmiş məhkəmə iclasında videokonfrans vasitəsi ilə verdiyi izahatda da, özü təkzib etmişdir. Bildirmişdir ki, guya 2022-ci ilin mart ayında Cavabdeh1 ona bu barədə məlumat vermiş, məlumat verməsinin səbəbi isə guya Cavabdeh1 2021-ci ilin dekabr ayında oğlu və gəlini tərəfindən dəfələrlə döyüldükdən sonra məcburiyyət qarşısında İddiaçı bu barədə məlumat vermişdir. Cavabdeh1 notariusa getdikdən iddiaçıya məlumat verməsini eşidən iddiaçı tərəf qanunla nəzərdə tutulmuş müddətləri ötürdüyünü dərk etdiyi üçün bu səfər müddətlərin ötmədiyini “əsaslandırmaq” məqsədi ilə belə bir ssenari uydurmuşdur. İddiaçının bu uydurma halları isə heç bir sənədlə öz sübutunu tapmır və iki fərqli mətndə əsaslandırma aparması isə iddiaçının yalan məlumat verməsini və məhkəmədə səmimi və dürüst olmamasını da sübut etmiş olur. İddiaçı mənzilin bağışlanması barədə 1 ildən çoxdur ki, məlumatlıdır. Bu isə bildiyini sübut edir. Üstəlik iddiaçı əmlakları ilə bağlı cavabdehə sərəncam vermək səlahiyyəti verən etibarnamə vermişdirsə, əmlakları barədə daimi məlumatlı olmalı idi, əmlakının hüquqi vəziyyəti barədə maraqlanmalı idi, yəni bilməli idi. Eyni zamanda, qeyd edilməlidir ki, İddiaçı videokonfrans vasitəsi ilə bildirmişdir ki, guya Müseyib Bakı şəhəri, Xəzər rayonu Şağan qəsəbəsində yerləşən əmlakı da eyni tarixlərdə əla keçirib satıb və pulunu mənimsəyib. Halbuki, Şağan qəsəbəsində yerləşən əmlakı 2016-cı il tarixdə satılıb və həmin alqı-satqı əməliyyatı İddiaçı vermiş olduğunu etibarnamə əsasında təmsil edən X12 tərəfindən satılmışdır (alqı-satqı müqaviləsi əlavə edilmişdir). Göründüyü kimi iddiaçının Bayramov Müseyib barəsində bildirdikləri bütün hallar yalan və uydurmadır, heç bir əsası və sübutu yoxdur. Üçüncü olaraq, Cavabdeh1 guya İbrahimov Müseyib və arvadı tərəfindən döyülməsi, 2021-ci ilin dekabr ayında hadisələrin baş verməsi, polis orqanlarına şikayət edilməsi və bununla bağlı araşdırılma aparılması ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçının qeyd etdiyi bu hallar da, əsassız və uydurmadır. Belə ki, tərəflərindən 24-cü Polis bölməsinə edilmiş vəkil sorğusu nəticəsində əldə edilmiş məlumata əsasən müəyyən edilir ki, cavabdeh İbrahimova X1 arvadı Ələsgərova Rənanı döymüş və bunun nəticəsində Cavabdeh1 AR İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 300 manat cərimə edilmişdir (məlumat əlavə edilmişdir). Bu hadisə isə 2022-ci ildə baş vermişdir. İddiaçının özünün və nümayəndəsinin izahatında qeyd etdiyi kimi 2021ci ilin sonlarında deyil. Cavabdeh İbrahimov Müseyibin və ya onun arvadının Cavabdeh1 döyməsi barədə iddiaçı tərəfindən hər-hansı sübut iş materiallarına əlavə edilməmişdir. İddiaçı qeyd edir ki, mübahisəli mənzili guya Müseyibə bağışlamaq fikri olmamışdır, belə bir fikri olsaydı özü şəxsən bağışlayardı, Cavabdeh1 etibarnamə verməyə nə ehtiyac var idi. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı Azərbaycanda yaşamadığı üçün (Elmira ilə birgə evdə yaşadığını qeyd etsə də) əmlak məsələsini idarə etmək üçün Elmiraya etibarnamə vermişdir. Cavabdeh1 isə həmin etibarnamə əsasında bağışlama hərəkətlərini həyata keçirir və iddiaçının iradəsini ifadə edir. İddiaçı belə bir iradəsinin olmamasını qeyd edirsə, o zaman onun etibarnaməsindən sui-istifadə edən şəxsə qarşı ziyan tələbi ilə məhkəmə müraciət etməlidir. Üstəlik bu qədər bir-birinə uyğun gəlməyən, ziddiyyətli və uydurma hallar hər iki iddia ərizəsini əsaslandıran iddiaçının bu mövqeyində səmimi və dürüst olması böyük şübhə yaratmaqdadır. İddiaçı yeni ərizəsində 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(82)-563/2014-cü il tarixli qərarına istinad edərək guya İbrahimov Müseyib o vaxtdan bu əmlakı ələ keçirmək niyyətində olub və halhazırda da Elmiranın xəstəliyindən istifadə edərək öz niyyətinə çatmış oldu. İddiaçının bu yeni və həqiqəti əks etdirməyən mövqeyi ilə bağlı qeyd edilməlidir ki, bu hal da tamamilə əsassız və qanunsuzdur. Birincisi, bu mübahisənin hazırki iddia ilə heç bir əlaqəsi yoxdur və üzərindən 9 il keçib. İkincisi, həmin mübahisənin də yaranma səbəbi məhz Cavabdeh1 olub. Əvvəlki etirazda qeyd etdiyi kimi Müseyibin ilk nikahı məhz Cavabdeh1 tələbi və təkidi ilə pozmuşdur. Cavabdeh1 ilk gəlini ilə də münasibətləri korlamış və oğlunu məcbur etmişdir ki, nikahını pozsun. İbrahimov Müseyib ailəsini qorumaq və təmin etmək üçün 1 otağın kirayə müqaviləsinin onun adına qeydə alınmasını tələb etmiş və mübahisənin də nəticəsi qərarda qeyd edildiyi kimi həll edilmişdir. İbrahimov Müseyib anasının tələbi və təsiri ilə nikahını pozduqdan sonra anası Elmira ilə münasibətləri normallaşmış və yenidən mübahisəsiz birgə yaşamağa davam etmişlər. Hazırki qərarı iddiaçı öz yalanlarına bəraət qazandırmaq üçün istifadə etməyə çalışsa da, tamamilə əsassızdır. Cavabdeh1 Müseyibin ikinci nikahından olan arvadı ilə də münasibətləri pozduqdan sonra Müseyibdən boşanmasını tələb etmiş, Müseyib bu səfər buna əməl etmədiyi üçün həm arvadına fiziki zorakılıq tətbiq edərək, həm də hazırki iddia ilə iddiaçını müraciət etməyə məcbur edərək Müseyibi cəzalandırmağa çalışır. Hansı ki əvvəl də qeyd etdiyi kimi, Cavabdeh1 tələbi ilə irəli sürülmüşdür və iddia ərizəsinin əsaslandırılmasına diqqət edilsə, yalnız Elmiranın mövqeyini əks etdirir. Dördüncü olaraq, iddiaçı iddia ərizəsində AR Mülki Məcəlləsinin 666cı və 673-cü maddələrinə istinad edərək, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və yaxın qohumlarının biri barəsində kobudcasına pozması əsası ilə bağışlamadan imtina edə bilməsini qeyd etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, bağışlama müqaviləsi bağlanan zaman cavabdeh İbrahimov Müseyibin üzərinə hansı vəzifələrin qoyulması, kim tərəfindən qoyulması və hansı formada qayulması barədə heç bir hal göstərilməmişdir. İstər bağışlama müqaviləsində, istər hər-hansısa digər sənədlərdə və ya şifahi qaydada belə bir vəzifələr müəyyən edilməmişdir. İddiaçı bu maddəyə istinad edirsə, o zaman hansı vəzifələrin və kimə münasibətdə icra edilməli olduğunu bildirməli və sübut etməlidir, əgər həmin vəzifələr iddiaçının özünə və ya onun yaxın qohumuna nisbətdə icra edilməli idisə o zaman iddiaçının bağışlamadan məlumatlı olması bir daha təsdiqlənmiş olur. Üstəlik iddiaçı qeyd edilən maddələrə istinadən bağışlamadan imtina edirsə, o zaman, bağışlama müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi hüquqi cəhətdən qüsurludur. Nəzərə alınsa ki, bağışlama müqaviləsi əvəzsiz müqavilədir, hədiyyə verən hədiyyə alanı əvəzsiz olaraq öz əmlakı hesabına zənginləşdirir. Belə olan halda, iddiaçı və ya Elmira müqavilə bağlanarkən ümid etməyə haqqı çatan nə ola bilər və ondan necə məhrum oluna bilər. Bəli, bağışlama müqaviləsi hər hansısa öhdəliklər əhatə oluna bilər, lakin bu da bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalıdır. Üstəlik nəzərə alınmalıdır ki, əgər İddiaçı arvadı Cavabdeh1 aldadıldığını qeyd edirsə o zaman Cavabdeh1 hansı əsaslarla cavabdeh qismindən çıxış edir? Cavabdeh1 aldadılıbsa, belə çıxır ki, Elmiranın iddiaçıya qarşı qərəzli və hüquqpozucu hərəkəti olmamışdır. Belə bir hal yoxdursa, Cavabdeh1 cavabdeh kimi deyil 3-cü şəxs kimi də çıxış edə bilərdi. Yox əgər Cavabdeh1 etibarnamə əsasında, yəni etibardan sui-istifadə nəticəsində iddiaçının hüquqlarını pozduğunu düşünürsə, o zaman Cavabdeh1 qarşı dəymiş ziyanla bağlı iddia tələbi irəli sürməlidir. İddia ərizəsinin bu qədər qeyri-müəyyən, bir-birinə zidd hallarla və normalarla əsaslandırılması iddia ərizəsinin uydurma və qurama olduğunu sübut etmiş olur. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 16 mart 2023-cü il tarixdə etiraz ərizəsi verərək İddiaçı X4 və Cavabdeh1 qarşı “etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, verilmiş çıxarışın ləğv edilməsi tələbinə” dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra, 24 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət olunaraq “etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və verilmiş çıxarışın ləğv edilməsi” tələb edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsini isə ilkin iddia ərizəsi ilə fərqli mətnə əsaslandıraraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, iddia tələbi əsassız və qanunsuzdur və aşağıda qeyd olunan hüquqi əsaslara görə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Hazırki iş üzrə iddiaçı təmsil olunan təmsilçi Cavabdeh1 vermiş olduğu etibarnamədə almaq, satmaq, bağışlamaq və bu kimi digər səlahiyyətləri verməklə öz iradəsini və maraqlarını konkret olaraq müəyyən etmiş və Cavabdeh1 da, təmsil olunan özünün formalaşdırdığı iradənin vasitəçisi kimi çıxış etmişdir, onun iradəsini ifadə etmişdir. Bununla da, İddiaçı bağışlama müqaviləsinin ləğvinə dair əsasları üzrə hər hansı sübutların təqdim edilməməsi, bağışlama müqaviləsinin aldatma əsası ilə İəğvinin tələb edilməsinin ləğv üçün əsas olmamasını qeyd edərək, bildirir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməsi üçün heç bir əsası yoxdur. Qeyd olunanlara əsasən İddiaçı X4 və Cavabdeh1 qarşı “etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və verilmiş çıxarışın ləğv edilməsi tələbinə” dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(007)-249/2023 saylı qərardadı ilə Cavabdeh1 mülki işin gedişatı zamanı öldüyündən, onun vərəsələri müəyyən edilənədək icraat dayandırılmışdır. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə ərizə verərək Cavabdeh1 hüquqi vərəsəsi kimi qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(007)-249/2023 saylı qərardadı ilə icraat təzələnmişdir. Cavabdeh3 Cavabdeh1 hüquqi varisi kimi cavabdeh qismində cəlb edilmişdir. Məhkəmənin 16 fevral 2023-cü il tarixli iclasında Cavabdeh1 videokonfrans vasitəsilə qoşularaq bildirmişdir ki, iddianı qəbul edir. Ev ərinin adına idi. Etibarnaməni 10 illik vermişdir. Əri həmin ərəfədə ölkədə deyildi. Onu aparıb imzalatdırıblar. Çünki o, kimyaterapiyadan sonra özündə deyildi. O, evi oğlunun adına keçirtdi, oğlu da onu aldatdı. Ona dedilər ki, müalicə xərcləri üçün fonddan pul ödəyəcəklər. Notariusda sənədləri imzalayaraq, evi oğlunun adına keçirtdi. Ölməyinə bir ay qaldığını bildirdilər. Notariusa kiçik oğlu Müseyiblə getmişdir. Onu 20 saylı notariusa apardı. Gəlini ilə oğlu orada tanışların vasitəsi ilə iş görürdülər. O, notariusu görməmişdir. Gedəndə halı çox pis idi. Ona notariusda bağışlama etsə evin oğluna keçecəyini izah etdilər. Notariusa bildiyini bildirib və oğluna bağışladığını deyib. Daha sonra onu oğlu ilə gəlini döyüblər. Oğlu dedi ki, narahat olma, ana, lazım olsa evi geri qaytarar. Ərinə zəng vurub bildirib ki, evi keçirtdi oğlunun adına, O, isə çox əsəbləşdi və “mən hələ ölməmişəm, niyə belə etdin” dedi. Məhkəmənin 24 fevral 2023-cü il tarixli iclasında Bakı şəhər 14 saylı Notariat Ofisinin nümayəndəsi X10 bildirmişdir ki, tərəflər notariusa yaxınlaşdıqda lazımi sənədləri təqdim etmişlər. Məsləhətçi onların məqsədlərini soruşub, lazımi hüquqi izah verib bağışlamanın nə nəticə verəcəyini bildirib. Prosedur təxminən 30-40 dəqiqə çəkmişdir. Həmin sənədlər skan olunaraq sistemə yükləndi və tərəflər sonra notariusun yanına keçdilər. Məsləhətçidən sonra notarius özü qəbul edib izah edib. Qadın özü öz xətti ilə imza edib. Onun qolundan heç kim tutub imza etdirməyib. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək, bildirmişdir ki, onun evi bağışlamaq fikri olmamışdır. Şağandakı evi satmaq istəyirdi, lakin müştəri tapa bilmirdi. O, Cavabdeh1 etibarnamə vermişdir ki, hüquqi məsələləri həll etsin. O, 1999-cu ildən RF yaşayır. Ora vətəndaşıdır. Gedib gəlib elə olub 6,7 il gəlməyib. Oğlu da bundan istifadə etmiş, onun Şağandakı evini satıb. Oğlu ikinci dəfə ailə həyatı qurmuşdur. O, həyat yoldaşı ilə birləşib Cavabdeh1 döyürdülər. Anasına onu müalicə etdirəcəyinə söz vermişdi, lakin yalan danışırdı, anasını müalicə etdirmədi. Anasını özləri döyüb öldürüblər. ünvan 1 ünvanında yerləşən mənzili öz adına keçirmək üçün Müseyib anasını notariata aparır. Onu aldadıb evi 2020-ci ilin dekabr ayında öz adına keçirmişdir. Cavabdeh1 evi oğluna bağışlamaq fikri yox idi. Müseyib hətta digər evi və torpaq sahələrini də özünə götürmüşdür. Həmin vaxt quru yolları bağlı idi, təyyarə ilə gəlmək üçün biletlərin qiyməti çox baha idi. Bu səbəbdən Bakıya gələ bilmirdi. İyun ayının 7-də o, Bakıya gəlmişdir. O, burada olmadığı müddətdə arvadını döyüb incidirdilər. 2022-ci ilin mart ayında arvadı zəng edəndə dedi ki, evi oğlu Müseyyibə bağışlamışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddiaçı arvadına etibarnamə vermişdir. Cavabdeh Müseyyib evdə yaşamamışdır, xanıma və evə Məmmədağa baxmışdır. İddiaçının oğlu anasını aldadaraq evi qaytaracağını deyib evi öz adına keçirmişdir. Həyat yoldaşı ilə birlikdə anasını döymüşlər. Ana rəhmətə gedəndən sonra yas evində Cavabdeh2 atasına evdən çıxmasını deyib, aralarında mübahisə yaranmışdır. Müseyyibin məqsədi evi ələ keçirmək olmuşdur. 11 yanvar 2021-ci il tarixdə bağışlanma olmuşdur. İddiaçı isə 6 iyun 2022-ci il tarixdə Bakıya gəlmişdir. Bakıya gəldikdən sonra xx.xx.2022-ci ildə etibarnaməni ləğv etdirmişdir. Bağışlama müqaviləsini isə notarius ləğv etməmişdir, məhkəməyə müraciət etməsini bildirilmişdir. Öz mənzilini də Cavabdeh1 Müseyyibə xx.xx.2021-ci il tarixdə bağışlamışdır. Bundan başqa 2014-cü ildə Müseyyib İnzibati Məhkəməyə müraciət edərək mənzilin 1 otağına kirayə müqviləsinin özünün adına bağlanmasını xahiş etmişdir, lakin iddia rədd edilmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki iddiaya əsasən guya cavabdeh Elmira xanım aldadılaraq bağışlama müqaviləsi bağlamışdır. Aldatma halı müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilər. Tərəf 2014-2021-ci illərdə orada yaşamışdır. Mütəmadi olaraq orada qalmışdır, arada bir gedib-gəlməmişdir. Cavabdehin arvadının Elmira xanımı döyməsi faktı da yalandır. 24cü PB tərəfindən Elmira xanım barəsində İXM-nin 157-ci maddəsi ilə xx.xx.2021-ci ildə qərar qəbul olunmuş və 300 manat cərimə olunmuşdur. Cavabdehin yoldaşı stend atıcısıdır, qeyd olunan kimi fiziki güc tələb olunan idmançı deyildir. Cavabdeh o, evdə yaşamamışdır, xanıma və evə Məmmədağa baxmışdır. İddiaçının dediyi kimi əgər hər şeyi Məmmədağa özü edirdisə, o zaman Elmira xanım oğluna niyə inanırdı. Burada ziddiyyət var. Elmira xanım əgər döyülürdüsə, onunla pis rəftar olunurdusa yaxud aldadılmışdırsa birinci bağışladığı mənzil iddiaçıya məxsus idi, ikinci dəfə bağışladığı mənzil özünə məxsus idi. İddiaçının vəkilinin dediyi kimi olsa idi öz əmlakını oğluna bağışlamazdı. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Bakı şəhər 14 saylı Notariat Ofisinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 sentyabr 2022-ci il tarixli, **********53 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 78, 50 saylı mənzil ilkin olaraq xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 4Ə-17 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - 11 yanvar 2021-ci il tarixli “daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı əvəzinə Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 78 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan 50 nömrəli mənzili Cavabdeh2 bağışlamışdır. - 309107 nömrəli, 14 yanvar 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 bütün əmlakın idarə etməyi (almaq, satmaq, bağışlamaq, dəyişmək və.s) Cavabdeh1 etibar etmişdir. - “Elektron Notariat” X2 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 verilən 14 yanvar 2014-cü il tarixli etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilib. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 yanvar 2021-ci il və 08 dekabr 2021-ci il tarixli ambulator kartlardan çıxarışdan görünür ki, Cavabdeh1 huşu aydın, adekvatdır. - 14 yanvar 2016-cı il tarixli 20/2 nömrəli, arayışdan görünür ki, İddiaçı və X6 nikahı haqqında 29 yanvar 1978-ci il tarixdə 207 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvad “İbrahimova” soyadını qəbul etmişdir. Qeyd edilən şəxsin nikahı 04 dekabr 2003-cü il tarixli, 343 nömrəli akt qeydinə əsasən pozulmuşdur. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 17 avqust 2022-ci il tarixli, MŞB/6-4709 saylı arayışdan görünür ki, Cavabdeh2 17 avqust 2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci ödəmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********73-05101-093063 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 78 saylı evin 50 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2017-ci il tarixdə **********3 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 78 saylı evin 50 saylı mənzilində qeydiyyatdadırlar. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-563-2014 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 14 mart 2023-cü il tarixli, 4/154-239 nömrəli məktubunun surətindən görünür ki, xəstə Cavabdeh1 ilk dəfə xx.xx.2020-ci il tarixində Milli Onkologiya Mərkəzinə maraciət etmişdir. Anamnezindən məlum olmuşdur ki, xəstə Bonadea Hospitalda KT müayinəsindən keçmiş, Ağciyər törəməsi- aşkar olunmuşdur. Milli Onkologiya Mərkəzində aparılan klinik laborator, instrumental, histoloji müayinələrə əsasən xəstəyə “Sağ ağciyərin alt payının xərçəngi üst, altparatraxeal, aortapulmonar, subkarinal limfa düyünlərinə metastaz" diaqnozu qoyulmuş (histoloji nəticə: Adenokarsinoma), həkim-mütəxəssislər tərəfindən baxılmış, kimyaterapiya məsləhət görülmüş, 01.10 2020-ci il tarixindən 28 12.2020-ci il tarixinə kimi 4 kurs PKT aparılmış, 3 həftə sonra kontrol müayinə və müalicə üçün müraciət etməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixində aparılan kontrol müayinələrə əsasən şüa terapiya məsləhət görülmüş, lakin xəstə müvəqqəti olaraq şüa müalicəsindən imtina etmiş, sahə onkoloqunun nəzarəti, arayış təqdim olunmuşdur. Daha sonra xəstə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində Milli Onkologiya Mərkəzində müayinələrdən keçmiş, şüa müalicəsi təyin olunmuş, yenidən xəstə imtina etmiş, sahə onkoloqunun nəzarəti məsləhət görülmüşdür. xx.xx.2021-ci il tarixində xəstə Milli Onkologiya Mərkəzinə müraciət etdikdə “Xəstəliyin proqressivləşməsi. baş beyinə metastaz’’ diaqnozu qoyulmuş (xx.xx.2021 -ci il tarixində aparılan baş beyin MRT müayinəsinə əsasən), radioloq, nevroloq tərəfindən konsultasiya olunmuş, nevroloqun təyin etdiyi 10 günlük simpomatik müalicənin aparılması, təkrar radioloqun baxışı məsləhət görülmüşdür. Xəstə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, 11.11,2022-ci il tarixlərində kontrol müayinələrdən keçmək üçün Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Daha sonra xəstə Milli Onkologiya Mərkəzinə müraciət etməmişdir. - 21 yanvar 2021-ci il tarixli, MN1201011 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İbrahimova X7 Rənanı döymüşdür. Həmin tarixli inzibati xəta haqqında protokol əsasında Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə edilmişdir. - AZ-İİ seriyalı, 334921 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 mart 2023-cü il tarixdə 355 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 958 saylı məktubunun surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh1 əri İddiaçı və oğlu Cavabdeh3 miras əmlakın qəbulu üçün notariat ofisinə yazılı müraciət etmiş vərəsələridirlər Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 14 yanvar 2014-cü il tarixli etibarnaməyə əsasən bütün əmlakın idarə etməyi Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 həmin etibarnamə əsasında 11 yanvar 2021-ci il tarixli “daşınmaz əmlakın bağışlanma müqaviləsi”nə əsasən İddiaçı əvəzinə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 78 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan 50 nömrəli mənzili Cavabdeh2 bağışlamışdır. 14 yanvar 2014-cü il tarixli etibarnaməyə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə gedişində Cavabdeh1 vəfat etmişdir. Oğlu Cavabdeh3 miras əmlakın qəbulu üçün notariat ofisinə müraciət etdiyi üçün hüquqi varisi kimi cavabdeh qizmində tanınmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə iddiaçının “İddiaçı Cavabdeh1 15 saylı Notariat Kontorunda vermiş olduğu 14 yanvar 2014-cü il tarixli etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı deyildir. Belə ki, İddiaçı 14 yanvar 2014-cü il tarixli etibarnaməni Cavabdeh1 verən zaman qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət etməklə verilmişdir və ölkə xaricində olduğu üçün bütün əmlakını idarə etməyi Cavabdeh1 etibar etmişdir. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 78 saylı evin 50 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********73-05101-093063 reyestr nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətinə xx.xx.2017-ci il tarixdə **********3 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Deməli iddiaçı mənzilə dair çıxarışın qeyd olunan etibarnamə ilə alınmasını etiraf edir və çıxarışın qanuniliyini mübahisələndirmədiyi, qeyd olunan mənzilin onun mülkiyyətində olmasını qəbul etdiyi və sırf Cavabdeh1 oğlu Cavabdeh2 bağışladığı üçün etibarsız hesab olunmasını tələb edir. Lakin məhkəmə hesab edir ki, etibarnamədə “bağışlamaq” hüququ verildiyindən Cavabdeh1 iddiaçıya məlumat vermədən və onun əlavə razılığını almadan həmin mənzilə dair etibarnamədə verilmiş hüquqlardan istifadə edərək mənzili istədiyi şəxsə bağışlaya bilərdi. Beləliklə iddiaçı faktiki olaraq qeyd olunan mənzilin idarə olunması barədə öz iradə ifadəsini 14 yanvar 2014-cü il tarixli etibarnamə ilə bildirmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 668.1-668.1.5-ci maddələrinə görə bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Göründüyü kimi, iddiaçı tərəf bağışlama müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edərkən, qeyd etmişdir ki, arvadına verdiyi etibarnamə əsasında oğlu anasının xəstəliyindən istifadə etmiş, onu aldatmış və evi öz adına keçirmişdir. Məhkəmə iclasına videokonfrans vasitəsilə qoşulmuş Cavabdeh1 ifadəsindən görünür ki, o, öz iradəsi ilə hərəkətlərinin mənasını dərk edərək qeyd olunan mənzili oğluna bağışlamışdır. Həmçinin ona notarius tərəfindən müqavilənin hüquqi nəticələrin izah edilməsini etiraf etmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş 19 yanvar 2021-ci il və 08 dekabr 2021-ci il tarixli ambulator kartların “status presens” hissəsindən görünür ki, Cavabdeh1 huşu aydın, adekvatdır. Yəni o, hərəkətlərinin mənasını başa düşür və onları idarə etməyi bacarır. Bununla yanaşı 14 saylı Notariat Ofisinin nümayəndəsinin ifadəsindən məlum olur ki, Cavabdeh1 müqaviləni özü imzalamışdır. Cavabdeh1 da bağışlama müqaviləsini özü imzaladığını bildirmişdir. Həmçinin o, İddiaçı zəng edib evi oğluna bağışladığını deməsindən də məlumdur ki, hərəkətlərini başa düşmüş və həmin anda nə etdiyini dərk etmişdir. Bundan başqa müqavilə bağlanan vaxta nisbətən xəstəliyinin daha da artmış vəziyyətdə olan zaman məhkəmə videogörüntü ilə danışarkən Cavabdeh1 notariusa gedərək, şəxsən imza etməsini və mənzili oğluna bağışladığını etiraf etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən 11 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin Cavabdeh1 təzyiq göstərməklə bağlanmasını sübut edəcək hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda iddiaçı Cavabdeh1 həmin bağışlama müqaviləsini bağlayarkən nə etdiyini bilməməsi, özünü idarə edə bilməməsi barədə mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “bağışlanma müqaviləsi əsasında DƏDRX tərəfindən Cavabdeh2 verilmiş 28 yanvar 2021-ci il tarixli çıxarışın ləğv edilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi törəmə tələbdir və prosessual qənaət prinsipinə əməl edərək hesab edir ki, tələb bu hissədə də təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ona görə məhkəmə qeyd edir ki, 21 yanvar 2021-ci il tarixli bağışlanma müqaviləsi ləğv edilməyi üçün onun əsasında DƏDRX tərəfindən Cavabdeh2 verilmiş 28 yanvar 2021-ci il tarixli çıxarış da ləğv edilə bilməz. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçının İddiaçı Cavabdeh1 15 saylı Notariat Kontorunda vermiş olduğu 14 yanvar 2014-cü il tarixli etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi (hal-hazırda ləğv olunub), həmin etibarnamə əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi və bağışlanma müqaviləsi əsasında DƏDRX tərəfindən Cavabdeh2 verilmiş 28 yanvar 2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının İddiaçı Cavabdeh1 15 saylı Notariat Kontorunda vermiş olduğu 14 yanvar 2014-cü il tarixli etibarnamənin həmin dövr üçün etibarsız hesab edilməsi (hal-hazırda ləğv olunub), həmin etibarnamə əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi və bağışlanma müqaviləsi əsasında DƏDRX tərəfindən Cavabdeh2 verilmiş 28 yanvar 2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə tələbi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-249/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-249/2023
03.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver