Məhkəmə qərarları › İş №2(007)-2495/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2495/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2495/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçılar İddiaçı1, X1, İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı3 Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh onlardan evi kirayəyə götürdüyü vaxtdan bütün yaranan borclarının və xərclərinin verilməsini, yəni icarə pulların, xx.xx.2024 (məhkəmə davam etdiyi müddət nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixədək, hüquqşunasa ödənilən pul 20 manat, məhkəmənin pulu 49 manat, 690 x 6 ay, bu edir 4000 manat və eyni vaxtda da cavabdehin onunla bağlanan müqaviləni ləğv edilməsini xahiş etmişlər.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onlardan xx.xx.2024-cü tarixindən xx.xx.2025-ci il tarixinədək notarius təsdiqi ilə evi kirayə götürüb, amma xx.xx.2024-cü il tarixdən kirayə pulu və kommunalı vermir, hələ üstəlik də xx.xx.2024-cü tarixdən də ki ümumiyyətlə yox olub və onunla heç bir əlaqə saxlamaq mümkün deyil, yəni ki, onlardan götürdüyü evdə yoxdur, telefon nömrələrinə edilən zəngləri qaldırmır və whatsappda mesajlarını görmür. Onunla da cavabdeh kirayə müqaviləsini dəfələrlə pozur. Ondan əlavə cavabdeh İddiaçı1 (evin yiyələrindən biri) 100 manat borc götürərək icarə pulu ilə birlikdə verəcəyini söz vermişdir. Cavabdeh yox olandan neçə gün əvvəl tanışlarını aldadaraq bəzilərindən pul, bəzilərindən satılıq əşyalar götürmüşdür. Ona görə də, onu polisə veriblər və onda məlum olub ki, cavabdeh dəfələrlə tutulmuşdur. Onların tərəfindən Kamran bəyə (doqovorun pozulması haqqında) qeydiyyatdakı ünvana poçtla ( sənəd var) bildiriş göndərilmişdir. Eləcə də, sahə müvəkkilinin (müraciətlərinə əsasən) mülkiyyətçinin iştirakı ilə evə baxışı olub və cavabdehin sözü gedən evdə qiymətli əşyası qalmadığı məlum olmuşdur. Amma bəzi qiymətsiz əşyalar qalıb, təxminən 55 manat dəyərində. Amma təəsüf ki, məsuliyyətsizlikdən sahə müvəkkili (dəfələrlə onların tərəfindən edilən xahişlərə va sahə sahə müvəkkilinin yanında yazılan baxış ərazisinə baxmayaraq) akt yazıb verməmişdir.

İş materialları :

3. Notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, “Mənzillərin, evlərin (bağların), müvəqqəti istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi)”ndən görünür ki, İddiaçı1, X3, İddiaçı3 ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2025-ci il tarixədək kirayə müqaviləsi bağlanılmışdır.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissə İddiaçı1, 1/3 hissə X2 , 1/3 hissə İddiaçı3 məxsusdur.

5. Bildirişdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh 5 gün ərzində kommunal, kirayə və vergi pullarını ödəməyəcəyi təqdirdə kirayə müqaviləsini ləğv edəcəkləri barədə xəbərdar etmişlər.

6. 21.06.24-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və sənədlərin geri qaytarılmasını xahiş etmişlər.

Tərəflərin izahatları :

8. İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişlər.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir.

10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

12. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

13. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd : Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

15. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişlər.

16. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

17. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

18. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı1, X3 və İddiaçı3 Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

19. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 49 manat məbləğində dövlət rüsumu (ödəyici: "xxxx" ASC, VÖEN:**********; qəbzin nömrəsi: **********; büdcə səviyyə kodu: 142211; tarix: 21.06.24, saat: 14:11) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 49 manat məbləğində dövlət rüsumu (ödəyici: "xxxx" ASC, VÖEN:**********; qəbzin nömrəsi: **********; büdcə səviyyə kodu: 142211; tarix: 21.06.24, saat: 14:11) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar