Məhkəmə qərarları › İş №2(007)-2506/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2506/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2506/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov RaminTofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.10.2019-cu il tarixli, 01000310 saylı müqaviləsinə əsasən, Samsung Galaxy S10 markalı mobil telefon üçün 1764 manat ödənilməmiş hissə, 441 manat dəbbə pulu, 21.10.2019-cu il tarixli, 00996460 saylı müqaviləsinə əsasən Samsung TV televizor üçün 2538 manat ödənilməmiş hissə, 423 manat dəbbə pulu, Sony televizor üçün 1398 manat ödənilməmiş hissə, 419 manat dəbbə pulu, hər iki müqavilələr üzrə ümumilikdə 6983 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7013 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 23.10.2019-cu il tarixli, 01000310 saylı müqaviləsinə əsasən, ümumi dəyəri 1933 manat məbləğində onlardan Sony markalı televizor əldə etmişdir bu şərtlə ki, 169 manat ilk ödəniş edəcək, borcun qalan hissəsini isə, hər ay 147 manat olmaqla, onu 12 ay müddətində ödəcəyəkdir. Lakın cavabdeh üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş və bu müqavilə üzrə 1764 manat ödənilməmiş hissə, 441 manat dəbbə pulu və cəmi 2205 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, cavabdeh, "xxxx" MMC ilə aralarında bağlanmış 21.10.2019-cu il tarixli, 00996460 saylı müqaviləsinə əsasən, onlardan ümumi dəyəri 2818 manat məbləğində Sansung TV markalı televizor almışdır bu şərtlə ki, 280 manat ilk ödəniş edəcək, borcun qalan hissəsini isə, hər ay 141 manat olmaqla, onu 18 ay müddətində ödəcəyəkdir. Lakın cavabdeh üzərinə götürdüyü bu öhdəliyi də, yerinə yetirməmiş, 2538 manat ödənilməmiş hissə, 423 manat dəbbə pulu və cəmi 2961 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, 21.10.2019-cu il tarixli, 00996517 saylı müqaviləyə əsasən onlardan ümumi dəyəri 1599 manat məbləğində Sony markalı televizor almışdır bu şərtlə ki, 201 manat ilk ödəniş edəcək, borcun qalan hissəsini isə, hər ay 233 manat olmaqla, onu 06 ay müddətində ödəcəyəkdir. Lakın cavabdeh üzərinə götürdüyü bu öhdəliyi də, yerinə yetirməmiş, 1398 manat ödənilməmiş hissə, 419 manat dəbbə pulu və cəmi 2961 manat məbləğində borcu qalmışdır. Hər üç müqavilə üzrə əldə etdiklə həmin 3 ədəd əmləkə görə cavabdehin "xxxx" Telecom MMC-yə 6983 manat məbləğində borcu qalmışdır. Həmin borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsümünün əvəzini, cavabdehdən MMC-nin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli 01000310 saylı, 21.10.2019-cu il tarixli 00996460 saylı və 21.10.2019-cu il tarixli, 00996517 saylı müqavilələrdən görünür ki, cavabdeh "xxxx" MMC-dən müvafiq olaraq ümumi dəyəri 1933 manat məbləğində Samsung Galaxy S10 markalı mobil telefonu,2818 manat dəyərində Sansung TV televizor və 1599 manat dəyərində Sony markalı televizor əldə etmişdir. Cavabdeh qeyd olunan müqavilələr üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; -12 avqust 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; -"xxxx" MMC-nin 11 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23.10. 2019-cu il tarixlı 01000310 saylı, 21.10.2019-cu il tarixli 00996460 Salı və 21.10.2019-cu il tarixli,00996517 saylı müqavilələr üzrə 5700 manat əsasə borc, 1283 manat dəbbə pulu olmaqla ümumilikdə 6983 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli 01000310 saylı, 21.10.2019-cu il tarixli 00996460 saylı və 21.10.2019-cu il tarixli, 00996517 saylı müqavilələr və onlara əlavələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən müvafiq olaraq ümumi dəyəri 1933 manat olan Samsung Galaxy S10 markalı mobil telefon, ümumi dəyəri 2818 manat məbləğində olan Samsung TV və 1599 manat məbləğində olan televizorlar almışdır. Cavabdeh qeyd olunan müqavilələr üzrə müəyyən olunmuş müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 23.10.2019-cu il tarixli 01000310 saylı, 21.10.2019-cu il tarixli 00996460 saylı və 21.10.2019-cu il tarixli, 00996517 saylı müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23.10.2019-cu il tarixli, 01000310 saylı müqaviləsi üzrə 1764.00 manat ödənilməmiş hissə, 44 manat dəbbə pulu, 21.10.2019-cu il tarixli 00996460 saylı müqavilə üzrə 2538.00 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 21.10.2019-cu il tarixli, 00996517 saylı müqavilə üzrə 1398.00 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu olmaqla, ümumillikdə 5700.00 manat əsas borc və 134 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 5834.00 (beş min səkkiz yüz otuz dörd) manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC-TELECOM" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraqvə Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23.10.2019-cu il tarixli, 01000310 saylı müqaviləsi üzrə 1764.00 manat ödənilməmiş hissə, 44 manat dəbbə pulu, 21.10.2019-cu il tarixli 00996460 saylı müqavilə üzrə 2538.00 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 21.10.2019-cu il tarixli, 00996517 saylı müqavilə üzrə 1398.00 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu olmaqla, ümumillikdə 5700.00 manat əsas borc və 134 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 5834.00 (beş min səkkiz yüz otuz dörd) manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC- Telecom " MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar