Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2507/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə aralarında bağlanmış 23 yanvar 2019-cu il tarixli, 00483020 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh onlardan 877 manat dəyərində İMEİ kodu **********27563 olan “Samsung Galaxy A7” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 49 manat məbləğində ilkin ödəniş edəcək, borcun qalan hissəsini, hər ay 69 manat olmaqla, 12 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. Lakın, X4 üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş, 303 manat məbləğində ödənişlər etmiş və 574 manat dəyərində MMC-yə borcu qalmışdır. Onun MMC-yə əsas borcu 574 manat və cərimə borcun məbləği 57 manat olmaqla, cəmi 631 manat həcmində borcu qalmışdır. Həmin borcun və 30 manat dəyərində ödənilmiş dövlət rüsümün əvəzinin cavabdehdən alınması və "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və cavabdeh X4 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 877 manat dəyərində “Samsung Galaxy A7” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 49 manat ilkin ödəniş edəcək, qalan borcu o, hər ay 69 manat olmaqla, 12 ay ərzində cədvəl üzrə ödəyəcəkdir. İşdə olan "xxxx" MMC və X3rasında bağlanmış 23 yanvar 2019-cu il tarixli müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, cavabdeh X4 tərəfindən iddiaçıdan 23 yanvar 2019-cu il tarixdə imza etməklə 877 manat dəyərində “Samsung Galaxy A7” markalı mobil telefon əldə edilmişdir. İşdə olan maliyyə arayışından və ödəniş cədvəllərindən görünür ki, "xxxx" MMC və X3rasında bağlanmış 23 yanvar 2019-cu il tarixli, 00483020 saylı müqavilə üzrə cavabdehin iddiaçıya 574 manat əsas borcu, 57 manat cərimə olmaqla, cəmi 631 manat məbələğində borcu qalmışdır. İşdə olan bildirişdən (pretenziyadan) görünür ki, iddiaçı "xxxx"MMC cavabdeh X2 onun MMC-yə borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. İşdə olan ********* saylı qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə iddia verilməsindən ötrü 30 manat məbləğində dövlət rüsümü ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 23 yanvar 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 23 yanvar 2019-cu il tarixli, 00483020 saylı nisyə alqı-satqı müqavilə üzrə 574 manat əsas borc, 57 manat cərimə borcu olmaqla, ümumi 631 (altı yüz otuz bir ) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2507/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2507/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver