Məhkəmə qərarları › İş №2(007)-2511/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2511/2021

21.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2511/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, qızı X1 anadangəlmə irsi daun xəstəliyinin daşıyıcısı olduğunu, 18 yaşı tamam olanda verilən müavinətin kəsildiyini, müavinəti bərpa etdirmək üçün, uşaq ərizə yaza bilmədiyi üçün qəyyumluq tələb edildiyini, bankdan ödəniş kartını almaq üçün bunun zəruriliyini bildirmiş, qızının əqli qüsurunun olmasını və danışa bilmədiyini bildirərək, bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən görünür ki, ərizənin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmiş, o cümlədən digər nöqsanlara yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.1.1 və 152.1.3-cü maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilməlidir ki, İddiaçı ərizəsində tələbinə cavab verməli olan cavabdeh qismində hesab etdiyi hüquqi şəxsi cəlb etməmiş, hüquqi şəxsin adını, poçt ünvanını göstərməmişdir. Bundan başqa, ərizəçinin tələbi də konkret deyildir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bununla bağlı qeyd edilməlidir ki, ərizəçi İddiaçı ərizəsinə əlavə etdiyi sənədlər kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilir. Bununla bağlı qeyd edilməlidir ki, ərizəçi ərizəni yalnız bir nüsxədə təqdim etmiş, cavabdehə göndərilməsi üçün surətini ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 108.1.3-cü maddəsinə əsasən hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr verildikdə dövlət rüsumu ödənilir. Lakin, ərizəçi tərəfindən ərizəsinə müvafiq olaraq dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, yuxarıda müəyyən edilmiş əsaslarla ərizə ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizə ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar