Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2516/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********01726 olan «X1 7» markalı telefon üçün 451 manat əsas borcun, 45 manat cərimənin, 20 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, «Samsung LED» markalı televizor üçün 1048,4 manat əsas borcun, 104,6 manat cərimənin, 09 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən «Panasonic» markalı ütü fen üçün 80,1 manat əsas borcun, 8,9 manat cərimənin, ümumilikdə isə 1738 manat borc, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 02 oktyabr 2019cu il, 20 yanvar 2020-ci il və 09 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01726 olan «X1 7» markalı telefon, «Samsung LED» markalı televizor və «Panasonic» markalı ütü fen almış və nəticədə 1738 (min yeddi yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh 02 oktyabr 2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1054 manat (yəni 12 ay x 80 manat + 94 manat ilkin ödəniş) olan, İMEİ kodu **********01726 olan «X1 7» markalı telefon üçün ümumilikdə 496 (dörd yüz doxsan altı) manat olmaqla ondan 451 (dörd yüz əlli bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 20 yanvar 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1211,4 manat (yəni 18 ay x 67,3 manat + 0 manat ilkin ödəniş), «Samsung LED» markalı televizor üçün ümumilikdə 1153 (min yüz əlli üç) manat olmaqla ondan 1048,4 (min qırx səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 104,6 (yüz dörd manat altmış qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 09 fevral 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 80,1 manat (yəni 9 ay x 8,9 manat + 0 manat ilkin ödəniş), «Panasonic» markalı ütü fen üçün ümumilikdə 89 (səksən doqquz) manat olmaqla ondan 80,1 (səksən manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,9 (səkkiz manat doxsan qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 766 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gıinünə hesablanmış 1%-i həcmində “Müştəri’' mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1054 manat olan, İMEİ kodu **********01726 olan «X1 7» markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 yanvar 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1211,4 manat olan «Samsung LED» markalı televizor satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 80,1 manat olan «Panasonic» markalı ütü fen satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 22 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 451 (dörd yüz əlli bir) manat əsas borc, 45 (qırx beş) manat cərimə borcu olmaqla, ümumilikdə 496 (dörd yüz doxsan altı) manat manat borcu vardır. Cavabdeh 20 yanvar 2020-ci il tarixli müqavilə üzrə 1048,4 (min qırx səkkiz manat qırx qəpik) manat əsas borc, 104,6 (yüz dörd manat altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1153 (min yüz əlli üç) manat borcu vardır. Cavabdeh 09 fevral 2020-ci il tarixli müqavilə üzrə 80,1 (səksən manat on qəpik) manat əsas borc, 8,9 (səkkiz manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 89 (səksən doqquz) manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 1738 (min yeddi yüz otuz səkkiz) manat borcu vardır. İşə əlavə olunmuş 23 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 02 oktyabr 2019-cu il, 20 yanvar 2020-ci il və 09 fevral 2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 02 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 451 (dörd yüz əlli bir) manat əsas borc, 45 (qırx beş) manat cərimə borcu, 20 yanvar 2020-ci il tarixli müqavilə üzrə 1048,4 (min qırx səkkiz manat qırx qəpik) manat əsas borc, 104,6 (yüz dörd manat altmış qəpik) manat cərimə borcu və 09 fevral 2020-ci il tarixli müqavilə üzrə 80,1 (səksən manat on qəpik) manat əsas borc, 8,9 (səkkiz manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1738 (min yeddi yüz otuz səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2516/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2516/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver