Məhkəmə qərarları › İş №2(007)-2520/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2520/2025

11.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2520/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: vərəsəlik hüququ; notariat işi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi və s.) X18 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdulova Lalə Adil qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin notairusa həvalə edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdehna qarşı “vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin notairusa həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin ½ hissəsi üzrə ¼ hissədə; Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin X4 əldə etdiyi (1/2 hissə) hissəsi üzrə ¼ hissədə; Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pul məbləği üzərində 5/8 hissədə miras payıma dair vərəsəlik hüququna dair şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1265/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi aşağıdakı məzmunda qət edilmişdir: “İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu. Naxçıvanski küçəsi, ev 28, mənzil 61-ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair verilmiş xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin X12 və X4 adına qeydiyyata alınmasına dair Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 30/2073 saylı, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi ləğv edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin 1\2 hissəsi üzrə 1\4 hissədə və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin X4 əldə etdiyi pay hissəsində 1\4 hissədə, Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pul məbləğində 5\8 hişsədə miras payı müəyyən edilsin. Hazırda qətnamə qanuni qüvvəsini almışdır və qeyd olunan miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qanuni əsaslar yaranmışdır ki, şəhadətnamə əsasında hüquqularım DƏDRX-də qeydiyyata alınsın. Miras qalan əmlaklar üzərində paylarını qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə keçirmək istəyir. Bununla bağlı aidiyyəti üzrə notariat orqanına ərizə ilə müraciət etmişdir. Notariat orqanı qanuni əsas olmadan ərizənin təmin edillməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuz, əsassız hesab edilməli, sözügedən miras əmlaklarla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilən hallardan və normaların mahiyyətindən aydın olur ki, Cavabdeh ərizəni təmin etməkdən əsassız olaraq imtina edir və bu da onun gözlənilən mülkiyyət hüququnun yaranmasına və onu həyata keçirməyinə maneəçilik yaradır. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuz, əsassız hesab edilməli, sözügedən miras əmlaklarla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinin xüsusi notariusu Osmanlı Saday xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri 15 saylı Notariat Ofisinə vərəsəlik hüququna dair şəhadətnamə verilməsinin təmin edilməsi barədə müraciət etmişdir. Bakı şəhəri 15 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 558 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə əsasən ona bildirilmişdir ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum X5 məxsus olmuş ünvan 1 ünvanında yerləşən mənzilə və SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair xx.xx.2023-cü il tarixli 2(103)-1265/2023 nömrəli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən mərhumun vərəsələri- X1, X8, X6, X12, X4 miras qalmış əmlak üzərində vərəsəlik payları müəyyən edilməmişdir. Həmçinin ünvan 3 ünvanında yerləşən mənzilə dair vərəsəlik işi ünvan 4 ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, payların müəyyən olunması ilə bağlı yenidən məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanskı küçəsində yerləşən 30 saylı evin 117 saylı mənzilinin İddiaçı ilə X2 birgə nikah dövründə satın alınmış əmlakı hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri qismində İddiaçı tərəfindən çəkilmiş 105 manat xərcin ona aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1265/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbi qismən təmin edilməsi, ünvan 1-ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair verilmiş xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin X12 və X4 adına qeydiyyata alınmasına dair Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 30/2073 saylı, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin 1\2 hissəsi üzrə 1\4 hissədə və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin X4 əldə etdiyi pay hissəsində 1\4 hissədə, Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pul məbləğində 5\8 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1265/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün göndərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən əmlak ümumi birgə mülkiyyət ilə X7 (xx.xx.2024) ilə X9 (xx.xx.2014) adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1265/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi tərəflərindən icra olunaraq, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 28 saylı evin 61 saylı mənzilinə dair X3 adına verilmiş dövlət reyestrindən çıxarış tərəflərindən ləğv edilmiş, X10 hissəsində isə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1301.1-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-cü maddəsinə əsasən, əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Həmin qanuna əsasən notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 107-ci bəndinə əsasən, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Kredit alınması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqlar məhdudlaşdırıldıqda və kreditor barədə məlumat, daşınmaz əmlakın təsviri bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən məlum olduqda, notarius kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik şəhadətnaməsi verilmişdir. Əmlak üzərində məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulmuşdursa, vərəsəlik şəhadətnaməsinin verilməsi həbs götürülənədək dayandırılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1265/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, ünvan 1-ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair verilmiş xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin X12 və X4 adına qeydiyyata alınmasına dair Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 30/2073 saylı, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmiş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin 1\2 hissəsi üzrə 1\4 hissədə və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin X4 əldə etdiyi pay hissəsində 1\4 hissədə, Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pul məbləğində 5\8 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir. Konstitusiyanın yuxarıda göstərilən 29-cu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə ilk növbədə cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməisindən imtina edilməsi barədə cavab məktubuna münasibətdə qeyd edir ki, həmin məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1265/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən mərhumun vərəsələrinin miras qalmış əmlak üzərində vərəsəlik payları müəyyən edilməmiş, həmçinin Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənziliə dair vərəsəlik işi açılmamışdır, bu səbəbdən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə notariusun sözügedən ərizəsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1265/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini iş materialları ilə birgə nəzərdən keçirib hesab edir ki, notariusun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etməsi əsassız olmuşdur. Belə ki, iddiaçının miras əmlaklara münasibətdə payları məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən müəyyən edilmiş və müvafiq qaydada icra edilməsi üçün göndərilmişdir. Belə olan halda həmin əmlaklara dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi üçün əsaslar mövcud olmamışdır. Məhkəmə notariusun məktubuna münasibətdə bir daha qeyd edir ki, iddiaçının paylarının hansı hissədə olması dəqiqliklə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmişdir. Beləliklə məhkəmə o qənaətə gəlir ki, iddiaçının hazırki tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin ½ hissəsi üzrə ¼ hissədə; Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin X4 əldə etdiyi (1/2 hissə) hissəsi üzrə ¼ hissədə; Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pul məbləği üzərində 5/8 hissədə miras payına dair vərəsəlik hüququna dair şəhadətnamə verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı Notariat Ofisinin üzərinə qoyulmalı, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin ½ hissəsi üzrə ¼ hissədə; Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin X4 əldə etdiyi (1/2 hissə) hissəsi üzrə ¼ hissədə; Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pul məbləği üzərində 5/8 hissədə miras payına dair vərəsəlik hüququna dair şəhadətnamə verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı Notariat Ofisinin üzərinə qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar