Məhkəmə qərarları › İş №2(007)-2560/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2560/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2560/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 23.12.2019-cu il, 23.12.2019-cu il,16.01.2020-ci il və 12.08.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh X1, İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon, İMEİ kodu **********17321 olan “Samsung Galaxy A40” markalı telefon, İMEİ kodu **********45263 olan “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 3315 manat borcu yaranmışdır.Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 23.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1199 manat (18 ay x 66 manat+11 manat ilkin ödəniş olan X1 üçün ümumilikdə 1313 manat olmaqla ondan 1056 manat ödənilməmiş hissə, 257 manat dəbbə, 23.12.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 624 manat (12 ay x 52 manat+0 manat ilkin ödəniş) olan İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon üçün ümumilikdə 676 manat olmaqla ondan 520 manat ödənilməmiş hissə, 156 manat dəbbə, 16.01.2020-ci il tarixli müqavilə üzrə alqısatqı qiyməti 624 manat olan İMEİ kodu **********17321 olan “Samsung Galaxy A40” markalı telefon üçün ümumilikdə 748 manat olmaqla ondan 576 manat ödənilməmiş hissə, 172 manat dəbbə, 12.08.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 832 manat (12 ay x 64 manat+64 manat ilkin ödəniş) olan İMEİ kodu **********45263 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 578 manat olmaqla ondan 444 manat ödənilməmiş hissə, 134 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 683 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq 23.12.2019-cu il tarixli müqaviləyə əsasən, X1 üçün 1056 manat ödənilməmiş hissə, 257 manat dəbbə, 23.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon üçün 520 manat ödənilməmiş hissə, 156 manat dəbbə, 16.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********17321 olan “Samsung Galaxy A40” markalı telefon üçün 576 manat ödənilməmiş hissə, 172 manat dəbbə, 12.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********45263 olan “Samsung Galaxy A50” markalı telefon üçün 444 manat ödənilməmiş hissə, 134 manat dəbbə, ümumilikdə 3315 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" MMC İlə Cavabdeh arasında bağlanmış 23.12.2019-cu il tarixli 01149843 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh X1 Atron H24 verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 23.12.2019-cu il tarixli 01149843 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 05-dən gec olmayaraq 18 ay müddətinə hər ay 66 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.12.2019-cu il tarixli 01149969 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 23.12.2019-cu il tarixli 01149969 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 05-dən gec olmayaraq 12 ay müddətinə hər ay 52 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.01.2020-ci il tarixli 20040203 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 16.01.2020-ci il tarixli 20040203 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 29-dan gec olmayaraq 12 ay müddətinə hər ay 48 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.08.2019-cu il tarixli 00841049 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon verilmişdir.Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 12.08.2019-cu il tarixli 00841049 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 20-dən gec olmayaraq 12 ay müddətinə hər ay 64 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. 29.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23.12.2019-cu il tarixli 01149843 nömrəli müqavilə üzrə X1 Atron üçün 1056 manat ödənilməmiş hissə, 257 manat dəbbə pulu, cəmi 1313 manat, 23.12.2019-cu il tarixli 01149969 nömrəli müqavilə üzrə İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon üçün 520 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu, cəmi 676 manat, 16.01.2020-ci il tarixli 20040203 nömrəli müqavilə üzrə İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon üçün 576 manat ödənilməmiş hissə, 172 manat dəbbə pulu, cəmi 748 manat, 12.08.2019-cu il tarixli 00841049 nömrəli müqavilə üzrə İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon üçün 444 manat ödənilməmiş hissə, 134 manat dəbbə pulu, cəmi 578 manat,bütün müqavilələr üzrə ümumilikdə 3315 manat borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 30.07.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. 30.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında 23.12.2019-cu il, 23.12.2019-cu il, 16.01.2020-ci il və 12.08.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır.Həmin müqavilələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən satış qiyməti 1199 manat olan bir ədəd X1, satış qiyməti 624 manat olan bir ədəd İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon, satış qiyməti 624 manat, İMEİ kodu **********17321 olan “Samsung Galaxy A40” markalı telefon və satış qiyməti 832 manat, İMEİ kodu **********45263 olan “Samsung Galaxy A50” markalı telefon almış, lakin müqavilədə müəyyən olunmuş qaydada ödənişlər etməmişdir.Bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bütün müqavillərə üzrə əsas borc hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd olunan müqavilələr üzrə dəbbə pulunun tutulması tələbinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı dəbbə pulu azaldılmalıdır. Belə ki, 23.12.2019-cu il tarixli 01149843 nömrəli müqavilə üzrə 257 manat dəbbə pulu azaldılaraq 20 manat, 23.12.2019-cu il tarixli 01149969 nömrəli müqavilə üzrə 156 manat dəbbə pulu azaldılaraq 15 manat, 16.01.2020-ci il tarixli 20040203 nömrəli müqavilə üzrə 172 manat dəbbə pulu azaldılaraq 15 manat, 12.08.2019-cu il tarixli 00841049 nömrəli müqavilə üzrə 134 manat dəbbə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23.12.2019-cu il tarixli müqaviləyə əsasən, X2 üçün 1056 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 23.12.2019-cu il tarixli müqaviləyə əsasən, MEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon üçün 520 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 16.01.2020-ci il tarixli 20040203 nömrəli müqavilə üzrə İMEİ kodu **********29113 olan “Samsung Galaxy A40” markalı telefon üçün 576 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 12.08.2019-cu il tarixli 00841049 nömrəli müqavilə üzrə İMEİ kodu **********45263 olan “Samsung Galaxy A50” markalı telefon üçün 444 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 23.12.2019-cu il tarixli müqavilə üzrə 1056 manat əsas borc, 20 manat dəbbə, 23.12.2019-cu il tarixli müqavilə üzrə 520 manat əsas borc, 15 manat dəbbə, 16.01.2020-ci il tarixli müqavilə üzrə 576 manat əsas borc, 15 manat dəbbə, 12.08.2019cu il tarixli müqavilə üzrə 444 manat əsas borc, 10 manat dəbbə, bütün müqavilələr üzrə cəmi 2656 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar