Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2561/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********35576 olan iPhone 11 markalı telefon üçün 738.6 manat ödənilməmiş hissə, 221.4 manat dəbbə pulu, 14.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********68399 olan iPhone 11 markalı telefon üçün 647.8 manat ödənilməmiş hissə, 194.2 manat dəbbə, 16.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********40707 olan iPhone 11 Pro markalı telefon, İMEİ kodu **********59693 olan iPhone 11 markalı telefon, İMEİ kodu **********19349 olan iPhone 11 markalı telefon üçün 7880.8 manat ödənilməmiş hissə, 2237.2 manat dəbbə, ümumilikdə 11920 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15.05.2020-ci il, 14.05.2020-ci il tarixli və 16.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********35576 olan iPhone 11 markalı telefon, üzrə İMEİ kodu **********68399 olan iPhone 11 markalı telefon və İMEİ kodu **********40707 olan iPhone 11 Pro markalı telefon, İMEİ kodu **********59693 olan iPhone 11 markalı telefon və İMEİ kodu **********19349 olan iPhone 11 markalı telefon almış və nəticədə 9267,2 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2214.6 (iki min iki yüz on dörd manat altmış qəpik) manat (2 ay x 738.3 manat - 738 manat ilkin ödəniş) olan İMEİ kodu **********35576 olan iPhone 11 markah telefon üçün ümumilikdə, 960 (doqquz yüz altmış) manat olmaqla ondan, 738.6 (yeddi yüz otuz səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 221.4 (iki yüz iyirmi bir manat qırx qəpik) manat dəbbə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1946.8 (min doqquz yüz qırx altı manat səksən qəpik) manat (2 ay x 648.4 manat 650 manat ilkin ödəniş) olan İMEİ kodu **********68399 olan iPhone 11 markalı telefoı üçün ümumilikdə, 842 (səkkiz yüz qırx iki) manat olmaqla ondan, 647.8 (altı yüz. qırx yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 194.2 (yüz doxsan dörd manat iyirmi qəpik) manat dəbbə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 8227.8 (səkkiz min iki yüz. iyirmi yeddi manat səksən qəpik) manat (12 ay x 678.9 manat 81 manat ilkin ödəniş) olan İMEİ kodu **********40707 olan iPhone 11 Pro markah telefon, İMEİ kodu **********59693 olan iPhone 11 markah telefon, İMEİ kodu **********19349 olan iPhone 11 markah telefon üçün ümumilikdə, 10118 (on min yüz on səkkiz) manat olmaqla ondan, 7880.8 manat (yeddi min səkkiz, yüz. səksən manat səksən qəpik) 2237.2 manat dəbbə pulu üzrə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3122 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilmosnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəəmnin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməsini, borcu ödəməkdən boyun qaçırmamasını, borc məbləğinin çox olmasını bildirərək ödəniş üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.05.2020-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 2214.6 manat olan iPhone 11 markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.05.2020-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 1946.8 manat olan iPhone 11 markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə X3 arasında bağlanmış 16.05.2020-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 10118 manat olan iPhone 11 markalı telefonlar almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 29 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC-nin 28 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15.05.2020-ci il tarixli müqaviləsinə əsasən, 738.6 (yeddi yüz otuz səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 221.4 (iki yüz iyirmi bir manat qırx qəpik) manat dəbbə, 14.05.2020-ci il tarixli müqaviləsinə əsasən, 647.8 (altı yüz qırx yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 194.2 (yüz doxsan dörd mamıt iyirmi qəpik) manat dəbbə, 16.05.2020-ci il tarixli müqaviləsinə əsasən, 7880.8 (yeddi min səkkiz yüz səksən manat səksən qəpik) manat ödənilməmiş hissə, 2237.2 (iki min iki yüz otuz yeddi manat iyirmi qəpik) manat dəbbə, ümumilikdə 11920 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh qız arasında bağlanmış 15.05.2020-ci il tarixli, 14.05.2020-ci il tarixli, 16.05..2020-ci il tarixli, müqavilələr və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən əşyalar almışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 15.05.2020-ci il tarixli, 14.05.2020-ci il tarixli, 16.05..2020-ci il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 15.05.2020-ci il tarixli, müqavilə üzrə, 738,6 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu, 14.05.2020-ci il tarixli, müqavilə üzrə, 647,8 manat ödənilməmiş hissə, 64 manat dəbbə pulu, 16.05.2020-ci il tarixli müqavilə üzrə, 7880,8 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, olmaqla, cəmi 9504,2 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmalı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 15.05.2020-ci il tarixli, müqavilə üzrə, 738,6 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu, 14.05.2020-ci il tarixli, müqavilə üzrə, 647,8 manat ödənilməmiş hissə, 64 manat dəbbə pulu, 16.05.2020-ci il tarixli müqavilə üzrə, 7880,8 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, olmaqla, cəmi 9504,2 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2561/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2561/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver