Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2564/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.04.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********01498 olan Samsung Galaxy J5 markalı telefon üçün 340 (üç yüz qırx) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, 09.02.2018-ci il tarixli müqavilə üzrə HOFFMANN markalı paltaryuyan üçün 159 (yüz əlli doqquz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, 31.10.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********15350 olan Samsung J2 markalı telefon üçün 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, ümumilikdə 884 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 914 manat Cavabdeh oğ undan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 13.04.2018-ci il, 09.02.2018-ci il və 31.10.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01498 olan Samsung Galaxy J5 markalı telefon, HOFFMANN markalı paltaryuyan, İMEİ kodu **********15350 olan Samsung J2 markalı telefon almış və nəticədə 884 (səkkiz yüz səksən dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.04.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 912 (doqquz yüz on iki) manat (24 ay x 38 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********01498 olan Samsung Galaxy J5 markalı telefon üçün ümumilikdə, 374 (üç yüz yetmiş dörd) manat olmaqla ondan, 340 (üç yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 (otuz dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 13.04.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01498 olan Samsung Galaxy J5 markalı telefonu 23.01.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 160 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. 09.02.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 887 (səkkiz yüz səksən yeddi) manat HOFFMANN markalı paltaryuyan üçün ümumilikdə 174 (yüz yetmiş dörd) manat olmaqla ondan 159 (yüz əlli doqquz) mıınat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 (on beş) manat cərimə; 31.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 420 (dörd yüz iyirmi) manat (12 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********15350 olan Samsung ,J2 markalı telefon üçün ümumilikdə, 336 (üç yüz otuz altı) manat olmaqla ondan 306 (üç yüz altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 (otuz) manat cərimə; Cavabdehin 09.02.2018-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş tarixi 30.05.2020-ci il tarixi olmaqla cəmi ödədiyi məbləğ 1414 nanat təşkil edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.10.2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 420 manat olan Samsung J2 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.02.2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 887 manat olan HOFFMANN markalı paltaryuyan satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.04.2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 912 manat olan Samsung Galaxy J5 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 09 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13.04.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 340 manat, cərimə borcu üzrə 34 manat olmaqla, ümumilikdə 374 manat borcu, 09.02.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 159 manat, cərimə borcu üzrə 15 manat olmaqla, ümumilikdə 174 manat borcu, 31.10.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 306 manat, cərimə borcu üzrə 30 manat olmaqla, ümumilikdə 336 manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 884 manat borcu vardır. İşə əlavə olunmuş 12 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 13.04.2018-ci il tarixli, 09.02.2018-ci il tarixli və 31.10.2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 13.04.2018-ci il tarixli müqavilə üzrə 340 manat əsas borc, 34 manat cərimə borcu, 09.02.2018-ci il tarixli müqavilə üzrə 159 manat əsas borc, 15 manat cərimə borcu, 31.10.2018-ci il tarixli müqavilə üzrə 306 manat əsas borc, 30 manat cərimə borcu, ümumilikdə 884 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2564/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2564/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver