Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2570/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********49913 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün 258 (iki yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09539 olan Samsung galaxy A10 markalı telefon üçün 196 (yüz doxsan altı) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, ümumilikdə 498 manat borc, 20 manat dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 26.05.2019-cu il və 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********49913 olan Samsung Galaxy A6 Plus markalı telefon, İMEİ kodu **********09539 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 498 (dörd yüz doxsan səkkiz) manat borc yaranmışdır. Cavabdeh 26.05.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 780 (yeddi yüz səksən) manat (yəni 12 ay x 65 manat + 0 manat itkin ödəniş), İMEİ kodu **********49913 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün ümumilikdə 283 (iki yüz səksən üç) manat olmaqla ondan 258 (iki yüz əlli səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 25.11.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 336 (üç yüz otuz altı) manat (yəni 12 ay x 28 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********09539 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 215 (iki yüz on bes) manat olmaqla ondan 196 (yüz doxsan altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 662 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələ aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 780 manat olan Samsung Galaxy A6 Plus markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 336 manat olan Samsung galaxy A10 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 16 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.05.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 258 manat, cərimə borcu üzrə 25 manat olmaqla, ümumilikdə 283 manat borcu vardır. Cavabdeh 25.11.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 196 manat, cərimə borcu üzrə 19 manat olmaqla, ümumilikdə 215 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 498 manat borcu vardır. İşə əlavə olunmuş 19 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 26.05.2019-cu il tarixli və 25.11.2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 26.05.2019-cu il tarixli müqavilə üzrə 258 manat əsas borc, 25 manat cərimə borcu, 25.11.2019-cu il tarixli müqavilə üzrə 196 manat əsas borc, 19 manat cərimə borcu olmaqla, ümumilikdə 498 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2570/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2570/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver